Mütaliə üçün tövsiyə
Ən vaciblərdən başlayın
Hamının mütaliə üçün vaxtı məhduddur. Bu vaxtdan necə səmərəli istifadə edə bilərik? Birincisi, tələsmədən oxumaq üçün kifayət qədər vaxt ayırın. Tez-tələsik çox şey oxumaqdansa, az oxuyun, amma saz oxuyun.
Sonra daha vacib materialları müəyyən edin (Efes. 5:15, 16). Növbəti təkliflər karınıza gələ bilər:
Hər gün Müqəddəs Kitabı oxuyun (Zəb. 1:2). Həftəiçi görüşdə araşdırılacaq fəsillərdən başlaya bilərsiniz.
«Gözətçi qülləsi»nin müzakirəsinə və həftəiçi görüşə hazırlaşın. Şərh verməyə hazır olun (Zəb. 22:22).
Çalışın digər ruhani qidalara da vaxt ayırasınız, məsələn, videolara baxın, jw.org saytında çıxan məqalələri və kütləvi nəşrləri oxuyun.
İstədiyiniz mövzuda araşdırma aparın. Üzləşdiyiniz problem, sizdə yaranan hansısa bir sual və ya daha yaxşı başa düşmək istədiyiniz mövzu barədə araşdırma apara bilərsiniz. jw.org saytında yerləşən «Allahın Kəlamından biliyini artır» bölməsində maraqlı təkliflər var.