TƏLİM MƏQALƏSİ 25
Stressli anlarınızda Yehovaya güvənin
«Kədər məni çulğayıb, qəddim tamam bükülüb, bütün günü qəmli-qəmli gəzirəm» (ZƏB. 38:6).
NƏĞMƏ 30 Allahım, Atam və Dostum
İCMAL *
1. Nə üçün İsa Məsihin xəbərdarlığına qulaq asmalıyıq?
AXIRZAMANLA bağlı peyğəmbərliyində İsa Məsih demişdi: «Özünüzə fikir verin, ürəyinizi... həyatın qayğıları ilə yükləməyin» (Luka 21:34). Bu məsləhətə qulaq asmaq çox vacibdir. Çünki biz də hamı kimi, stress yaradan problemlərlə üzləşirik.
2. Dindaşlarımız stress yaradan hansı problemlərlə üzləşir?
2 Bəzən eyni vaxtda bir neçə problemlə üzləşirik. Gəlin bir neçə nümunəyə baxaq. Səpələnmiş skleroz xəstəliyindən əziyyət çəkən Con * adlı Yehovanın Şahidi 19 illik həyat yoldaşının onu tərk etməsinə görə çox sarsılır. Bunun ardından iki qızı Yehovaya ibadəti dayandırır. Bob və Linda adlı bir ər-arvad isə başqa problemlərlə üzləşir. Onların ikisi də işini, daha sonra isə evlərini itirir. Bu azmış kimi, Lindaya potensial risk daşıyan ürək xəstəliyi diaqnozu qoyulur, başqa bir xəstəlik isə onun immun sistemini dağıtmağa başlayır.
3. Filippililərə 4:6, 7 ayələri bizi nəyə əmin edir?
3 Əmin ola bilərik ki, Yaradanımız, məhəbbətli Atamız Yehova stressli anlarda keçirdiyimiz hissləri anlayır. O, problemlərimizin öhdəsindən gəlməyə kömək etmək istəyir. (Filippililərə 4:6, 7 ayələrini oxuyun.) Müqəddəs Kitabda Yehovanın xidmətçilərinin üzləşdiyi çətinliklərdən və Onun bəndələrinə necə kömək etdiyindən bəhs edən çoxlu nümunə var. Gəlin onlardan bir neçəsinə nəzər salaq.
İLYAS — «BİZİM KİMİ ADİ BİR İNSAN»
4. İlyas peyğəmbərin həyatında hansı çətinliklər olub və bu çətin anlarında Yehovanın əlini necə hiss edirdi?
4 İlyas peyğəmbər çox ağır bir dönəmdə Yehovaya xidmət edib və ciddi çətinliklərlə üzləşib. İsrailin sədaqətsiz padşahlarından biri olan Əhəb padşah Baala sitayiş edən zalım bir qadınla, İzəbillə ailə qurmuşdu. Onlar qoşalaşıb bütün ölkədə Baala ibadəti yaymış, Yehovanın çoxlu peyğəmbərini qətlə yetirmişdilər. İlyas onların əlindən qaça bilmişdi. O həmçinin Yehovaya güvənməyin sayəsində ölkədə olan güclü aclıq zamanı sağ qalmışdı (1 Pad. 17:2—4, 14—16). İlyas Baala sitayiş edənlərə və onun peyğəmbərlərinə meydan oxuyanda da Yehovaya bel bağlamışdı. O, israilliləri Yehovaya ibadət etməyə səsləmişdi (1 Pad. 18:21—24, 36—38). Həyatının bu gərgin, stressli anlarında peyğəmbər dəfələrlə Yehovanın ona dayaq olduğunu hiss edirdi.
5, 6. 1 Padşahlar 19:1—4 ayələrinə əsasən, İlyas peyğəmbər hansı hissləri keçirirdi və Yehova onu sevdiyini necə göstərdi?
5 1 Padşahlar 19:1—4 ayələrini oxuyun. Bununla belə, İzəbil İlyası ölümlə hədələyəndə o, bərk qorxmuşdu və canını qurtarmaq üçün Biir-Səbaya qaçmışdı. Peyğəmbər o qədər pərişan idi ki, özünə ölüm diləmişdi. Nəyə görə İlyas belə hisslər keçirirdi? Çünki o da qeyri-kamil, «bizim kimi adi bir insan idi» (Yaq. 5:17, haş.). Ola bilsin, peyğəmbər güclü stress keçirirdi, üstəlik, taqəti qalmamışdı. Bəlkə də, o fikirləşirdi ki, pak ibadəti dəstəkləmək üçün çəkdiyi bütün zəhmət hədərdir, İsraildə heç nə yaxşılığa doğru dəyişməyib və Yehovaya ibadəti davam etdirən təkcə o qalıb (1 Pad. 18:3, 4, 13; 19:10, 14). Belə bir sədaqətli peyğəmbərin bu cür hisslər keçirməsi bizə qəribə gələ bilər. Amma Yehova onun hisslərini başa düşürdü.
6 Yehova hisslərini dilə gətirdiyinə görə İlyası danlamadı. Əksinə, ona gücünü toplamağa kömək etdi (1 Pad. 19:5—7). Daha sonra heyrətamiz qüdrətini göstərərək İlyas peyğəmbərin düşüncəsinə mülayim tərzdə düzəliş etdi. Yehova vurğuladı ki, İsraildə hələ də Baala ibadət etməkdən imtina edən 7000 nəfər var (1 Pad. 19:11—18). Bu cür praktiki yollarla Yehova İlyas peyğəmbərə sevgisini göstərdi.
YEHOVA BİZƏ KÖMƏYİ NECƏ GÖSTƏRƏCƏK?
7. Yehovanın İlyas peyğəmbərlə rəftarı bizi nəyə əmin edir?
7 Ola bilsin, siz də stress yaradan problemlərlə çarpışırsınız. Yehovanın İlyas peyğəmbərin hisslərinə anlayışla yanaşmasını bilmək hər birimiz üçün əsl təsəllidir! Bu, bizi əmin edir ki, Yehova bizim də keçirdiyimiz mənəvi iztirabları başa düşür. O, bizim məhdudiyyətlərimizdən, fikir və hisslərimizdən agahdır (Zəb. 103:14; 139:3, 4). İlyas peyğəmbər kimi Yehovaya güvənsək, O, stressə səbəb olan problemlərimizin öhdəsindən gəlməyə kömək edəcək (Zəb. 55:22).
8. Yehova stressin öhdəsindən gəlməyinizə necə kömək edəcək?
8 Stress bədbin düşüncələrə qapılmağınıza və beləcə, ruhdan düşməyinizə səbəb ola bilər. Belə olanda yadda saxlayın ki, Yehova sizə stressin öhdəsindən gəlməyə kömək edəcək. Necə? Yehova ürəyinizin dərdini Onunla bölüşməyə səsləyir. O, imdad diləyinizi cavabsız qoymayacaq (Zəb. 5:3; 1 But. 5:7). Odur ki, probleminiz barədə Yehovaya tez-tez dua edin. O, sizinlə İlyas peyğəmbərin hadisəsində olduğu kimi birbaşa danışmasa da, Kəlamı və təşkilatı vasitəsilə danışacaq. Müqəddəs Kitabdan oxuduğunuz parça sizə toxtaqlıq və ümid verməyə qadirdir. Üstəlik, yığıncaqdakı bacı-qardaşlar da sizi ruhlandıra bilər (Rom. 15:4; İbr. 10:24, 25).
9. Etibarlı dost sizə necə kömək edə bilər?
9 Yehova İlyas peyğəmbərə buyurur ki, ona həvalə etdiyi işin yarısını Əlyəsəyə tapşırsın. Beləcə, ona ruhdan düşdüyü anlarda dayaq ola biləcək bir dost yetirir. Eynilə, biz də ürəyimizin dərdini etibar etdiyimiz bir dostumuza açanda o, bizə ürəyimizdəki yükü daşımağa kömək edə bilər (2 Pad. 2:2; Məs. 17:17). Əgər belə bir dostunuz yoxdursa, Yehovaya dua edin ki, sizə dayaq olub dirçəldəcək yetkin bir məsihi tapmağınıza kömək etsin.
10. İlyas peyğəmbərin hadisəsi bizə necə ümid verir və Əşiya 40:28, 29 ayələrində yazılmış vəd bizə necə kömək edə bilər?
10 Yehova İlyas peyğəmbərə stressin öhdəsindən gəlməyə və Ona uzun illər xidmət etməyə kömək etdi. Bu, bizdə ümid hasil edir. Bəzən o qədər güclü stress keçiririk ki, həm emosional, həm də fiziki cəhətdən əldən düşürük. Lakin Yehovaya bel bağlasaq, xidmətimizi davam etmək üçün bizə lazımi gücü verəcək. (Əşiya 40:28, 29 ayələrini oxuyun.)
HƏNNƏ, DAVUD VƏ MƏZMURÇU YEHOVAYA GÜVƏNİRDİ
11—13. Allahın qədimdə yaşamış üç xidmətçisinə stress necə təsir etmişdi?
11 Müqəddəs Kitabda böyük stress keçirən 1 İşm. 1:2, 6). Hənnə o qədər stress keçirirdi ki, gecə-gündüz ağlayırdı, heç yemək də yemirdi (1 İşm. 1:7, 10).
digər şəxslər haqda da bəhs olunur. Məsələn, Hənnə sonsuz olduğuna görə el içində rüsvay olmuşdu, üstəlik, ərinin o biri arvadı da onu alçaldırdı (12 Davud padşahın da dərin stress keçirdiyi anlar olmuşdu. O, çoxlu çətinliklərlə üzləşmişdi. Etdiyi səhvlərə görə vicdan əzabı çəkirdi (Zəb. 40:12). Sevimli oğlu Absalam ona qarşı üsyan qaldırmış, bir müddət sonra isə qətlə yetirilmişdi (2 İşm. 15:13, 14; 18:33). Ən yaxın dostlarından biri ona xəyanət etmişdi (2 İşm. 16:23—17:2; Zəb. 55:12—14). Davudun yazdığı məzmurlardan onun nə qədər iztirab çəkdiyini, eləcə də Yehovaya sarsılmaz etibarını duymaq olar (Zəb. 38:5—10; 94:17—19).
13 Bir məzmurçu isə günahlı insanların sürdüyü həyat tərzinə həsəd aparmağa başlamışdı. Ola bilsin, o, lavili Asəfin nəslindən idi və Allahın müqəddəs məkanında xidmət edirdi. Keçirdiyi stress sevincini əlindən almış və giley-güzarına səbəb olmuşdu. Hətta Yehovaya xidmətin ənam olduğuna şübhə etməyə başlamışdı (Zəb. 73:2—5, 7, 12—14, 16, 17, 21).
14, 15. Müqəddəs Kitabdakı üç personajın kömək üçün Yehovaya üz tutmasından nə öyrənirik?
14 Yehovanın bu üç xidmətçisinin hər biri kömək üçün Ona üz tutmuşdu. Onlar narahatlıqları barədə hərarətlə dua etmişdilər. Ürəklərini üzən şeylər barədə Yehova ilə açıq danışmışdılar. Bundan əlavə, Yehovanın evinə getməyə davam edirdilər (1 İşm. 1:9, 10; Zəb. 55:22; 73:17; 122:1).
15 Yehova bu üç bəndəsinin hər birinə şəfqətlə cavab vermişdi. Hənnə qəlb 1 İşm. 1:18). Davud peyğəmbər yazmışdı: «Salehin dərdi-səri çox olar, lakin Yehova onu bütün bəlalardan qurtarar» (Zəb. 34:19). Məzmurçu isə Yehovanın, sanki onun əlindən tutaraq öyüd-nəsihətilə yol göstərdiyini demişdi. O söyləyirdi: «Mənimçünsə Allaha yaxınlaşmaq xoşdur. Külli-İxtiyar Yehovaya sığındım» (Zəb. 73:23, 24, 28). Bu nümunələrdən nə öyrənirik? Hərdən problemlərin çoxluğundan güclü stress keçirə bilərik. Lakin Yehovanın Öz xidmətçilərinə necə dayaq olduğu haqda düşünməklə, duada dərdimizi Ona açmaqla və bizə buyurduğu kimi davranmaqla bunun öhdəsindən gələ bilərik (Zəb. 143:1, 4—8).
rahatlığı tapmışdı (YEHOVAYA BEL BAĞLASANIZ, ÖHDƏSİNDƏN GƏLƏCƏKSİNİZ
16, 17. a) Nəyə görə tənhalığa qapılmamalıyıq? b) Yenidən möhkəmlənmək üçün nə edə bilərik?
16 Bu üç nümunədən daha bir vacib şey öyrənirik: özümüzü nə Yehovadan, nə də Onun xalqından təcrid etməməliyik (Məs. 18:1). Əri tərəfindən tərk edilən Nensi adlı bacı güclü sarsıntı keçirmişdi. O deyir: «Günlərlə nə kimisə görmək istəyirdim, nə də danışmaq. Amma tənhalığa qapıldıqca daha betər olurdum». Nensi bacı çətinliklərlə üzləşənlərə kömək etmək üçün yollar axtarmağa başlayanda vəziyyəti dəyişdi. O deyir: «Bacı-qardaşların dərdini dinləyirdim. Fikir verdim ki, onların halına yandıqca özümü daha az yazıqlayıram».
17 İbadət görüşlərinə gəlmək gücümüzü bərpa etməyə kömək edir. Burada Yehovadan yardım və təsəlli almaq üçün daha çox imkanımız olur (Zəb. 86:17). İbadət görüşlərində Yehova bizi Öz müqəddəs ruhu, Kəlamı və xalqı vasitəsilə möhkəmləndirir. Görüşlərdə bir-birimizi ruhlandırmaq imkanımız olur (Rom. 1:11, 12). Sofiya adlı bir bacı deyir: «Yehova Allah və dindaşlarım mənə ayaqda qalmağa kömək etdi. Mənim üçün ən vacibi yığıncaq görüşləri idi. Xidmətə və yığıncağıma nə qədər çox vaxt ayırırdımsa, stress və narahatçılığın öhdəsindən bir o qədər yaxşı gəlirdim».
18. Ruhdan düşəndə Yehova bizə necə kömək edir?
18 Ruhdan düşəndə unutmayaq ki, Yehova gələcəkdə bütün əzablarımıza son qoymağı vəd etməklə yanaşı, günü bu gün də stresslə mübarizə aparmağımıza kömək edir. Yehova məyusluqdan və ümidsizlikdən qurtulmağımız üçün qəlbimizdə arzu oyadır, bizə güc verir (Filip. 2:13).
19. Romalılara 8:37—39 ayələri bizi nəyə əmin edir?
19 Romalılara 8:37—39 ayələrini oxuyun. Həvari Bulus heç nəyin bizi Allahın məhəbbətindən ayıra bilməyəcəyinə dair əminlik vermişdi. Bəs stresslə mübarizə aparan dindaşlarımıza necə kömək edə bilərik? Növbəti məqalədə stress keçirən bacı-qardaşlarımıza şəfqət göstərməklə və onlara dayaq olmaqla Yehovanı necə təqlid edə biləcəyimizi araşdıracağıq.
NƏĞMƏ 44 Məzlumun duası
^ abz. 5 Güclü və ya uzun sürən stress bizə fiziki və emosional zərbə vura bilər. Bəs bu zaman Yehova necə kömək edir? Məqalədə Yehovanın stress keçirən İlyas peyğəmbərə necə dayaq olduğunu araşdıracağıq. Müqəddəs Kitabdakı digər nümunələrdən isə stressli anlarda Yehovaya üz tutmağın yolunu öyrənəcəyik.
^ abz. 2 Bu məqalədə adlar şərtidir.