MÜQƏDDƏS KİTABDAN İFADƏ
İman sahibisiniz?
Yehovanı razı salmaq üçün imanımız olmalıdır. Bununla belə, Müqəddəs Kitabda yazılıb ki, «hamı iman sahibi deyil» (2 Salon. 3:2). Həvari Bulus bu sözləri yazanda onu təqib edən «pis və yaramaz adamları» nəzərdə tuturdu. Lakin onun iman barədə dedikləri daha geniş kütləyə aiddir. Bəzi insanlar Yaradanın — Allahın var olduğunu göstərən aydın sübutları danırlar (Rom. 1:20). Bir başqaları isə hansısa üstün qüvvənin olduğuna inandıqlarını deyirlər. Amma sadəcə buna inanmaq Yehovanın bizdən gözlədiyi əsl iman deyil.
Bizim Yehovanın var olduğuna və möhkəm iman sahiblərinə mükafat verəcəyinə tam əminliyimiz olmalıdır (İbr. 11:6). İman müqəddəs ruhun bəhrəsidir. Müqəddəs ruhu almaq üçün Yehovaya dua etmək lazımdır (Luka 11:9, 10, 13). Onu almağın digər vacib yolu Allahın ilhamı ilə yazılmış Müqəddəs Kitabı oxumaqdır. Onda biz oxuduğumuz barədə düşünə və öyrəndiklərimizə əməl etməyə çalışa bilərik. Beləcə, Allahın ruhu həyatımızda öz təsirini göstərəcək və Onun bəyəndiyi imana sahib olmağa kömək edəcək.