TƏLİM MƏQALƏSİ 10
Gəlin hamımız şagirdlərə vəftiz olunmağa kömək edək
«Hər bir üzv... bədənin böyüməsinə... kömək edir» (EFES. 4:16).
NƏĞMƏ 85 Bir-birimizə qarşı mehriban olaq
İCMAL *
1, 2. Şagirdin vəftizə doğru irəliləməsində kimlərin əməyi ola bilər?
«MÜQƏDDƏS KİTABDAN öyrəndiklərim çox xoşuma gəlirdi. Bilirdim ki, bu, həqiqətdir. Amma mən həyatımda ruhani addımları bacı-qardaşlarla yaxın münasibət qurduqdan sonra atdım və vəftizə hazır oldum», — deyə Ficidə yaşayan Emi bacı deyir. Onun hadisəsindən bir şeyi öyrənirik: şagirdin vəftizə doğru irəliləməsində yığıncaqdakı digər bacı-qardaşların da böyük rolu var.
2 Hər bir təbliğçi yığıncağın böyüməsinə kömək edə bilər (Efes. 4:16). Vanuatuda yaşayan Leylani adlı bir öncül bacı deyir: «Belə bir deyim var: “Bir uşağın böyüməsində bütün kəndin əməyi var”. Məncə, şagird hazırlamaq işi də belədir: “Bir insanın həqiqətə gəlməsində bütün yığıncağın əməyi var”». Həqiqətən də, uşağın böyüməsində ailə üzvləri, dostlar və müəllimlər vacib rol oynayır. Onlar uşağı həvəsləndirir, ona vacib öyüd-nəsihət verir. Eynilə təbliğçilər məsləhətləri, ruhlandırıcı sözləri və yaxşı nümunələri ilə Müqəddəs Kitabı öyrənənlərə vəftiz olunmağa kömək edə bilər (Məs. 15:22).
3. Anna, Dorin və Leylaninin sözlərindən hansı nəticəni çıxarırsınız?
3 Nəyə görə şagirdi olan təbliğçi digər təbliğçilərin köməyini məmnuniyyətlə qəbul etməlidir? Moldovada xüsusi öncül kimi xidmət edən Anna qeyd edir: «Təbliğçinin təkbaşına şagirdə hərtərəfli kömək etməsi çətin məsələdir». Həmin ölkədə xüsusi öncül kimi xidmət edən Dorin adlı qardaş deyir: «Bəzən başqa təbliğçilər şagirdin ürəyinə təsir edən elə sözlər deyir ki, bu mənim heç ağlıma da Yəh. 13:35).
gəlməzdi». Leylani isə başqa bir məqamı qeyd edir: «Bacı-qardaşların şagirdə məhəbbət və diqqət göstərməsi sayəsində o görəcək ki, biz Yehova Allahın xalqıyıq» (4. Bu məqalədə nəyi müzakirə edəcəyik?
4 Amma bizdə sual yarana bilər. «Müqəddəs Kitabı öyrənənə mən dərs keçmədiyim halda necə kömək edə bilərəm?» Gəlin görək bizi Müqəddəs Kitab dərsinə dəvət edəndə, yaxud öyrənən şəxs yığıncaqlara gəlməyə başlayanda biz öz tərəfimizdən nə edə bilərik. Həmçinin görək ağsaqqallar şagirdin vəftiz olunmasına necə kömək edə bilər.
MÜQƏDDƏS KİTAB DƏRSİNƏ DƏVƏT ALANDA
5. Müqəddəs Kitab dərsinə dəvət olunanda sizdən nə gözlənilir?
5 Allahın Kəlamını şagirdə öyrətmək ilk növbədə müəllimin məsuliyyətidir. Əgər müəllim sizi şagirdinin dərsinə dəvət edirsə, bir əməkdaş kimi, ona dəstək olmalısınız (Vaiz 4:9, 10). Bəs yaxşı əməkdaş olmaq üçün nə edə bilərsiniz?
6. Müqəddəs Kitab dərsinə dəvət alan zaman Məsəllər 20:18 ayəsindəki prinsipi necə tətbiq edə bilərsiniz?
6 Qabaqcadan hazırlaşın. Əvvəla, şagird haqqında məlumat alın. (Məsəllər 20:18 ayəsini oxuyun.) Müəllimdən soruşa bilərsiniz: «Kimə dərs keçəcəyik? Hansı mövzunu araşdıracağıq? Bu dərs zamanı şagirdə əsas hansı məqamı vurğulamaq lazımdır? Nə desəm və ya deməsəm daha yaxşıdır? Şagirdi ruhani addımlar atmağa necə təşviq edə bilərəm?» Sözsüz ki, müəllim şagirdi haqda şəxsi məlumatları bölüşməyəcək, amma lazım olan şeyləri sizə deyəcək. Coy adlı xüsusi təyinatlı müjdəçi bu kimi məqamları qabaqcadan müzakirə edir: «Bunun sayəsində əməkdaşım şagirdə daha çox canıyananlıq göstərir və artıq o bilir, dərs zamanı nə demək lazımdır».
7. Bir əməkdaş kimi, dərsə nəyə görə hazırlaşmalısınız?
7 Həmçinin yaxşı olardı ki, araşdıracağınız mövzuya qabaqcadan hazırlaşasınız (Üzr. 7:10). Dorin qardaş deyir: «Əməkdaşım dərsə əvvəlcədən hazırlaşanda mən sevinirəm. Çünki onda o, faydalı fikirlər söyləyə bilir». Həm də şagird görəndə ki, ikiniz də dərsə əvvəlcədən yaxşı hazırlaşmısınız, bu onun üçün də gözəl nümunə olur. Əgər dərsə ətraflı hazırlaşmaq imkanınız yoxdursa, ən azından, vaxt ayırıb əsas fikirlərə nəzər sala bilərsiniz.
8. Duanızın şagirdə xeyri olması üçün nə edə bilərsiniz?
8 Dua Müqəddəs Kitab dərsinin vacib Zəb. 141:2). Yaponiyadan olan Hanae müəllimi ilə ona dərs keçməyə gələn bacının duasını indiyədək xatırlayır. O deyir: «Hiss olunurdu ki, onun Yehova ilə möhkəm dostluq münasibəti var, mən də onun kimi olmaq istədim. Duasında mənim adımı çəkməsi mənə çox xoş oldu, özümü dəyərli hiss etdim».
hissəsidir. Ola bilsin, əməkdaşınız sizdən dua etməyi xahiş etsin. Buna görə də duada nə deyəcəyinizi əvvəlcədən düşünün. Onda duanızın şagirdə daha çox xeyri olacaq (9. Yaqub 1:19 ayəsinə əsasən, dərs zamanı yaxşı əməkdaş olmaq üçün nə edə bilərsiniz?
9 Dərs vaxtı müəllimə dəstək olun. Nigeriyadan olan xüsusi öncül Omamuyovi bacı deyir: «Yaxşı əməkdaş dərsin gedişatını diqqətlə izləyir. O, çox danışmır, çünki başa düşür ki, dərsi aparmaq müəllimin məsuliyyətidir. Amma yeri düşdükcə faydalı fikirlər deyir». Bəs necə müəyyən etmək olar ki, nə vaxt danışasınız və nə deyəsiniz? (Məs. 25:11). Müəllim və şagird danışan zaman diqqətlə qulaq asın. (Yaqub 1:19 ayəsini oxuyun.) Onda ona lazımi köməyi göstərməyə hazır olacaqsınız. Əlbəttə, bu zaman nə deyəcəyinizə fikir verməlisiniz. Məsələn, diqqət yetirin ki, çox danışmayasınız, müəllim nə isə izah edəndə sözünü kəsməyəsiniz və ya başqa mövzuya keçməyəsiniz. Lakin qısa fikir, nümunə və suallar vasitəsilə şagirdə mövzunu aydın başa düşməyə kömək edə bilərsiniz. Bəzən elə olacaq ki, əlavə etməyə heç bir fikriniz olmasın. Bu zaman şagirdi tərifləməklə, səmimi maraq göstərməklə onun inkişaf etməsinə kömək edə bilərsiniz.
10. Öz həyatınızdan danışmaqla şagirdə necə kömək edə bilərsiniz?
10 Öz həyatınızdan danışın. Münasibdirsə, qısa olaraq şagirdə həqiqəti necə öyrəndiyinizi, hər hansı çətinliyin öhdəsindən necə gəldiyinizi, yaxud da Yehovanın kömək əlini həyatınızda necə gördüyünüzü danışın (Zəb. 78:4, 7). Sizin dedikləriniz məhz şagirdə lazım olan fikirlər ola bilər. Bu onun imanını möhkəmləndirə və vəftiz olunması üçün ruhən inkişaf etməyə təşviq edə bilər. Həmçinin, ola bilsin, danışdıqlarınızın sayəsində hazırda üzləşdiyi sınağın öhdəsindən gələ biləcək (1 But. 5:9). Braziliyada yaşayan və öncül kimi xidmət edən Qabriel Müqəddəs Kitabı öyrənərkən bunun ona necə kömək etdiyini xatırlayır. O deyir: «Bacı-qardaşlar öz həyatlarından danışanda görürdüm ki, Yehova bizim üzləşdiyimiz çətinliklərdən agahdır və əmin olurdum ki, onlar bunu bacarıbsa, mən də bacararam».
ŞAGİRD İBADƏT GÖRÜŞLƏRİNƏ GƏLƏNDƏ
11, 12. Yığıncağa gələn şagirdləri nə üçün mehribanlıqla qarşılamalıyıq?
11 Şagirdin ruhən inkişaf etməsi üçün o, müntəzəm yığıncaq görüşlərinə gəlməlidir (İbr. 10:24, 25). Bunun ona böyük köməyi dəyəcək. Sözsüz ki, müəllim onu yığıncağa dəvət edəcək. O gələndə hər birimiz onu bundan sonra da yığıncaqlara gəlməyə təşviq edə bilərik. Bunu necə edə bilərik?
12 Şagirdi mehriban qarşılayın (Rom. 15:7). Əgər şagird yığıncağa gələndə ona xoş münasibət göstərilsə, çox ehtimal ki, bundan sonra da görüşlərə gəlmək istəyəcək. Düşünməyin ki, yəqin onunla müəllimi maraqlanar, ola bilər ki, müəllimin işi var və ya hələ yığıncağa gəlməyib. Həddən artıq canfəşanlıq göstərmədən şagirdi mehribanlıqla salamlayın və başqaları ilə tanış edin. Söhbət edərkən onu dinləyin və diqqət göstərin. Şagirdi mehribanlıqla qarşılamağımız ona necə təsir bağışlaya bilər? Gəlin bir neçə il öncə vəftiz olunmuş və hal-hazırda yığıncaq xidmətçisi olan Dmitri qardaşın nümunəsinə baxaq. O, yığıncağa gəldiyi ilk günü xatırlayaraq deyir: «Mən ibadət evinin yaxınlığında durub gözləyəndə bir qardaş mənim həyəcanlı olduğumu gördü və mehribancasına məni içəri dəvət etdi. Hamı gəlib mənimlə salamlaşdı. Mən heyran qalmışdım. O qədər xoşuma gəlmişdi ki, istəyirdim hər gün yığıncaq olsun. Belə şey heç yerdə görməmişdim».
13. Nümunənizlə şagirdə necə kömək edə bilərsiniz?
13 Nümunə qoyun. Davranışımız şagirdi əmin edə bilər ki, bu yol haqq yoldur (Mət. 5:16). Moldovada öncül kimi xidmət edən Vitaliy deyir: «Mən yığıncaqdakıların həyat tərzini, müxtəlif məsələlərə dair baxışını və davranışını gördüm. Bu məni əmin etdi ki, doğrudan da Yehovanın Şahidləri Allahın yolu ilə gedirlər».
14. Sizin nümunəniz şagirdə ruhən inkişaf etməyə necə kömək edə bilər?
14 Vəftizə yararlı olmaq üçün şagird öyrəndiklərini tətbiq etməlidir. Bu, həmişə asan olmur. Amma görəndə ki, Müqəddəs Kitab prinsiplərini tətbiq etmək sizə xeyir gətirir, o da sizdən örnək götürmək istəyəcək (1 Kor. 11:1). Yuxarıda adı çəkilən Hanae bacının nümunəsinə baxaq. O deyir: «Bacı-qardaşlar öyrəndiklərimin canlı nümunəsi idi. Onlara baxıb ruhlandırmağı, bağışlamağı və sevməyi öyrəndim. Onlar başqaları haqqında heç vaxt pis danışmırdılar. İstəyirdim ki, onlar kimi olum».
15. Məsəllər 27:17 ayəsinə əsasən, yığıncağa gələn şagirdlərlə nə üçün dostlaşmalıyıq?
15 Şagirdlə dostlaşın. Hər dəfə şagird yığıncağa gələndə onunla maraqlanın. Diqqət göstərin (Filip. 2:4). Söhbət edib bir-birinizi yaxından tanıyın. Şəxsi məsələlərə girmədən müsbət dəyişikliklərə görə onu tərifləyə və dərsləri, ailəsi, işləri barədə hal-əhval tuta bilərsiniz. Bu cür ünsiyyət sizi bir-birinizə yaxınlaşdıra bilər. Şagirdlə dostlaşmaqla ona vəftizə doğru irəliləməyə kömək edirsiniz. (Məsəllər 27:17 ayəsini oxuyun.) Hanae indi öncül kimi xidmət edir. Yığıncağa gəlməyə başladığı vaxtı xatırlayaraq o deyir: «Yığıncaqdakılarla dostlaşdıqca hər yığıncağı səbirsizliklə gözləyirdim və hətta yorğun olsam da, yığıncağa qatılırdım. Yeni dostlarımla vaxt keçirmək mənə xoş idi və bu mənə kömək etdi ki, imanıma şərik olmayan köhnə dostlarımla münasibətimi kəsim. Mən Yehovaya və bacı-qardaşlara daha yaxın olmaq istəyirdim. Beləcə, vəftiz olunmaq qərarına gəldim».
16. Şagirdin özünü yığıncağa doğma hiss etməsi üçün daha nə edə bilərsiniz?
16 Şagird özündə dəyişiklik etdikcə kömək edin ki, o özünü yığıncağa doğma hiss etsin. Bunun üçün ona qonaqpərvərlik göstərə bilərsiniz (İbr. 13:2). Moldovada xidmət edən Denis dərs keçdiyi vaxtları xatırlayaraq deyir: «Bacı-qardaşlar dəfələrlə məni və həyat yoldaşımı birgə vaxt keçirməyə dəvət edirdilər və bizə Yehovanın onlara necə kömək etdiyini danışırdılar. Bu bizi ruhlandırırdı. Beləcə, biz Yehovaya xidmət etməyə qərarlı olduq və əmin idik ki, bizi qarşıda gözəl həyat gözləyir». Şagird təbliğçi olandan sonra onu xidmətə dəvət edə bilərsiniz. Braziliyadan olan Diyeqo adlı qardaş deyir: «Bacı-qardaşlar məni təbliğ etməyə dəvət edirdi. Bu onları yaxından tanımağın ən yaxşı yolu idi. Bunun sayəsində çox şey öyrəndim, Yehova və İsa Məsihə daha yaxın oldum».
AĞSAQQALLARIN KÖMƏYİ
17. Ağsaqqallar Müqəddəs Kitabı öyrənənlərə necə kömək edə bilər?
17 Şagirdlərə vaxt ayırın. Əziz ağsaqqallar, sizin şagirdə diqqət göstərməyiniz onu vəftiz olunmağa təşviq edə bilər. Çalışın, şagird yığıncağa gələndə həmişə onunla söhbət edəsiniz. Əgər onların adını yadınızda saxlasanız, xüsusilə şərh verən zaman adları ilə müraciət etsəniz, onlar sizin diqqətinizi hiss edəcəklər. Şagirdin
dərsini keçmək üçün onu öyrədən təbliğçi ilə vaxtaşırı əməkdaşlıq edə bilərsiniz? Bu, şagirdə təsəvvürünüzə gətirə bilməyəcəyiniz qədər kömək edə bilər. Nigeriyada yaşayan Caki adlı bir öncül qeyd edir: «Şagirdlərim biləndə ki, mənimlə onların dərsini keçməyə gələn qardaş ağsaqqaldır, məəttəl qalırdılar. Bir şagird demişdi: “Mənim keşişim heç vaxt durub mənim evimə gəlməz. O, təkcə varlıları və ona pul verənləri ziyarət edir”». Bu şagird indi yığıncaqlara gəlir.18. Ağsaqqallar Həvarilərin işləri 20:28 ayəsində yazılanlara necə əməl edə bilərlər?
18 Şagirdi olan təbliğçilərə təlim verin və onları ruhlandırın. Bir ağsaqqal kimi sizin üzərinizə böyük məsuliyyət düşür. Siz təbliğçilərə həm təbliğ işində, həm də şagird hazırlamaq işində səriştəli müjdəçi olmağa kömək etməlisiniz. (Həvarilərin işləri 20:28 ayəsini oxuyun.) Əgər təbliğçi sizin yanınızda dərs keçməyə çəkinirsə, dərsi siz apara bilərsiniz. Yuxarıda adı çəkilən Caki qeyd edir: «Ağsaqqallar həmişə məndən şagirdlərim haqda hal-əhval tuturlar. Müqəddəs Kitab dərsi ilə bağlı çətinliklərlə üzləşəndə onlar mənə yaxşı məsləhətlər verirlər». Ağsaqqallar müəllimləri möhkəmləndirmək, dərs keçməyə davam etməyə təşviq etmək üçün çox şey edə bilər (1 Salon. 5:11). Caki deyir: «Ağsaqqallar məni ruhlandıranda, çəkdiyim zəhməti qiymətləndirdiklərini deyəndə bu mənə xoş olur. Onların sözləri mənə qızmar havada içilən sərin su kimi təravət verir. Ağsaqqallar məni tərifləyəndə özümə əminliyim artır və şagird hazırlamaq işindən daha çox sevinc duyuram» (Məs. 25:25).
19. Nəyə görə hamımızın sevinmək üçün səbəbi var?
19 Hal-hazırda heç kimə Müqəddəs Kitab dərsi keçməsək də, başqa şagirdlərə ruhani cəhətdən inkişaf etməyə kömək edə bilərik. Dərs zamanı söhbəti ələ almadan, düşünülmüş fikirlər söyləyərək müəllimə dəstək ola bilərik. İbadət evinə gələn şagirdlərlə dostlaşa və onlara yaxşı nümunə qoya bilərik. Ağsaqqallar şagirdlərə vaxt ayıraraq onları ruhlandıra bilər. Həmçinin müəllimlərə təlim verməklə, tərifləməklə ürəkləndirə bilərlər. Çox xoşbəxtik ki, insanların Yehovanı sevməsində və Ona qulluq etməsində bizim də, kiçik də olsa, payımız var.
NƏĞMƏ 79 Onlara mətin olmağı öyrədək
^ abz. 5 Bəzilərimiz hal-hazırda heç kimə Müqəddəs Kitab dərsi keçmirik. Amma hər birimiz başqa şagirdlərə ruhən inkişaf edib vəftiz olunmağa kömək edə bilərik. Bu məqalədə şagirdlərə vəftiz olunmağa kömək etməyin yollarını öyrənəcəyik.