TƏLİM MƏQALƏSİ 9
Gənc qardaşlar, siz başqalarının etibarını qazana bilərsiz
«Şehə bənzər bir yığın gənc... yanına gələcək» (ZƏB. 110:3).
NƏĞMƏ 39 Yaxşı ad sahibi olaq
İCMAL *
1. Gənc qardaşlar haqda nə demək olar?
ƏZİZ gənc qardaşlar, siz bacı-qardaşlar üçün çox şey edə bilərsiniz. Çünki siz güclüsünüz, enerji dolusunuz (Məs. 20:29). Yığıncaqda sizin kimi qardaşların olması böyük üstünlükdür. Ola bilsin, yığıncaq xidmətçisi olmaq istəyirsiniz, amma sizə elə gəlir ki, başqaları sizin məsuliyyətli işlər üçün hələ çox gənc, təcrübəsiz olduğunuzu düşünür. Gənc olsanız da, unutmayın ki, bacı-qardaşların etibarını və hörmətini qazanmaq üçün elə indinin özündə nələrsə edə bilərsiniz.
2. Bu məqalədə nə haqda danışacağıq?
2 Bu məqalədə gənc qardaşların nümunə götürə biləcəyi üç şəxsdən danışacağıq. Əsas etibarilə, Davud padşahın, həmçinin iki Yəhuda padşahı, Asanın və Yəhuşafatın həyatına nəzər salacağıq. Gəlin görək onlar hansı çətinliklərlə üzləşmişdi və bunun öhdəsindən necə gəlmişdi.
DAVUD PADŞAHIN NÜMUNƏSİ
3. Gənclər yığıncaqdakı bacı-qardaşlara necə kömək edə bilər?
3 Ta kiçik yaşlarından Davudun Yehova ilə sıx münasibəti var idi. Amma bununla yanaşı, o, vaxt ayırıb insanların dəyər verdiyi bacarıqlara da yiyələnmişdi. Məsələn, yaxşı musiqiçi olmaq üçün çox çalışmışdı. Onun bu bacarığının Allahın padşah kimi təyin etdiyi Taluta böyük köməyi dəymişdi (1 İşm. 16:16, 23). Əziz gənc qardaşlar, bəs sizin yığıncaqdakılara fayda gətirəcək hansısa bacarığınız var? Əksəriyyətinizdə var. Sizin elektron cihazlardan yaxşı başı çıxır. Yəqin fikir vermisiniz ki, bəzi bacı-qardaşlar elektron cihazlarından fərdi mütaliə və yığıncaq proqramı üçün istifadə etməyi elə də yaxşı bacarmır. Sizin bu bacarığınızın onlara çox xeyri dəyə bilər, onlar bunu çox qiymətləndirir.
4. Davud kimi, gənc qardaşlar da özlərində hansı xüsusiyyətləri yetişdirməlidirlər? (Üz qabığındakı şəklə baxın.)
4 Davud gündəlik həyatında məsuliyyətli, etibarlı insan olduğunu sübut etmişdi. Məsələn, o, gənc yaşlarında canla-başla atasının sürüsünü otarırdı. Əslində, bu, təhlükəli tapşırıq idi. Sonralar Davud Talut padşaha demişdi: «Bu qulun atasının sürüsünə çobanlıq edir. Vaxt olub ki, şir, yaxud ayı gəlib sürüdən qoyun aparıb. Onda mən onun dalınca düşüb onu vurmuşam, qoyunu ağzından almışam» (1 İşm. 17:34, 35). Sürü Davuda tapşırıldığı üçün o buna görə məsuliyyət hiss edirdi və sürünü qorumaq üçün cəsarətlə vuruşurdu. Gənc qardaşlar, Davuddan örnək alaraq sizə tapşırılan istənilən işi canla-başla yerinə yetirin.
5. Zəbur 25:14 ayəsinə əsasən, gənc qardaşlar ən əsası nə etməyə çalışmalıdırlar?
5 Davud gənc yaşlarından Yehova ilə möhkəm münasibət qurmuşdu. Bu onun cəsarətli olmasından, simli alətdə çalmağı bacarmasından daha önəmli idi. Yehova Davudun təkcə Allahı deyildi, həm də Dostu idi, özü də, yaxın Dostu. (Zəbur 25:14 ayəsini oxuyun.) Gənc qardaşlar, ən əsası Yehova ilə münasibətinizi möhkəmləndirməyə çalışın. Onda əlavə məsuliyyətlər də ala biləcəksiniz.
6. Bəziləri Davud haqda hansı fikirdə idi?
6 Davudun üzləşdiyi çətinliklərdən biri o idi ki, bəziləri onun haqqında səhv fikirdə idi. Məsələn, o, Calutla döyüşmək istəyəndə padşah Talut onu fikrindən daşındırmaq üçün demişdi: «Sən hələ uşaqsan» (1 İşm. 17:31—33). Bundan öncə isə Davudun doğma qardaşı onu məsuliyyətsizlikdə ittiham etmişdi (1 İşm. 17:26—30). Lakin Yehova Davudun heç də uşaq və ya məsuliyyətsiz olduğunu düşünmürdü. O, Davudu yaxşı tanıyırdı. Davud da Dostu Yehovaya bel bağladığı üçün Calutu məğlub edə bilmişdi (1 İşm. 17:45, 48—51).
7. Davudun hadisəsindən nə öyrənə bilərsiniz?
7 Davuddan nə öyrənə bilərsiniz? Səbirli olmağın vacibliyini. Sizi uşaqlıqdan tanıyanlara böyüdüyünüzü qəbul etmələri üçün vaxt lazım ola bilər. Amma əmin ola bilərsiniz ki, Yehova təkcə sizin zahirinizi yox, daxilinizi də görür. O sizin necə insan olduğunuzu, nəyi bacardığınızı yaxşı bilir (1 İşm. 16:7). Bundan əlavə, Davud kimi, Yehova ilə münasibətinizi möhkəmləndirin. Davud Yehovanın yaratdıqlarını müşahidə edərək buna nail olmuşdu. O, bütün bunlara baxıb Yaradanın keyfiyyətləri haqda düşünürdü (Zəb. 8:3, 4; 139:14; Rom. 1:20). Bundan əlavə, duada Yehovadan güc diləyin. Məsələn, əgər sinif yoldaşlarınız Yehovanın Şahidi olduğunuz üçün sizi lağa qoyursa, bunun öhdəsindən gəlmək üçün duada Yehovadan kömək istəyin. Həmçinin Müqəddəs Kitabdan, nəşrlərimizdən, videolardan tapdığınız məsləhətləri tətbiq edin. Hər dəfə Yehovanın sizə necə kömək etdiyini gördükcə Ona daha çox bel bağlayacaqsınız. Başqaları da Yehovaya güvəndiyinizi görəndə sizə daha çox etibar edəcək.
8, 9. Davuda padşah olana qədər səbirlə gözləməyə nə kömək etdi və gənc qardaşlar ondan nə öyrənə bilər?
8 Gəlin görək Davudun başqa hansı çətinliyi olmuşdu. O, padşah kimi məsh olunandan sonra Yəhudada taxta çıxana qədər uzun illər gözləməli olmuşdu (1 İşm. 16:13; 2 İşm. 2:3, 4). Bu vaxt ərzində Davuda səbirlə gözləməyə nə kömək etdi? Davud əl-qolunu yanına salmadı, diqqətini edə biləcəyi işlərə cəmlədi. Məsələn, filiştlilərin ərazisində qaçaq kimi yaşadığı vaxt yaranan fürsəti fövtə vermirdi, İsrailin düşmənlərinə qarşı vuruşurdu. Bununla o, Yəhuda ərazisinin sərhədlərini qoruyurdu (1 İşm. 27:1—12).
9 Davuddan nə öyrənə bilərsiniz? Yehovaya və bacı-qardaşlara xidmət etmək üçün yaranan imkanlardan istifadə edin. Görün Rikardo * adlı qardaş necə davranmışdı. Haradasa on yaşı olanda onun ən böyük arzusu öncül olmaq idi. Amma ağsaqqallar demişdi ki, hələ hazır deyil. Rikardo bundan incimədi, nə də həvəsdən düşmədi. Əksinə, o, xidmətdə daha çox iştirak etməyə başladı. O deyir: «Geriyə boylananda başa düşürəm ki, o vaxt mənə ruhən inkişaf etmək lazım idi. Qarşıma məqsəd qoydum ki, həqiqətə maraq göstərən hər kəsi ziyarət edim və təkrar söhbətlərə yaxşı hazırlaşım. Hətta bir nəfərə Müqəddəs Kitab dərsi keçməyə başladım. Təbliğdə daha çox iştirak etdikcə əminliyim də artdı». Hal-hazırda Rikardo səriştəli öncül və yığıncaq xidmətçisi kimi xidmət edir.
10. Bir dəfə Davud vacib qərar verməzdən öncə nə etmişdi?
10 Gəlin Davudun həyatında baş verən başqa bir hadisəyə baxaq. Davud və adamları qaçaq yaşadığı dövrdə ailələrini qoyub döyüşə getmişdilər. Düşmənlər bu fürsətdən istifadə edib onların evlərinə basqın etdilər və ailələrini əsir götürdülər. Davud elə düşünə bilərdi ki, döyüşçü kimi o, böyük təcrübə sahibidir və o özü tədbir töküb əsirləri geri qaytara bilər. Amma Davud kömək üçün Yehovaya 1 İşm. 30:7—10). Bəs bu hadisədən nə öyrənə bilərsiniz?
üz tutdu. O, Əbyatarın köməyilə Yehovadan soruşdu: «Basqınçıları təqib edim?» Yehova bildirdi ki, təqib etsin. Həmçinin onu arxayın etdi ki, əsirləri azad edəcək (11. Qərar verməzdən öncə nə edə bilərsiniz?
11 Qərar verməzdən öncə məsləhətləşin. Valideynlərinizin fikrini öyrənin. Təcrübə sahibi olan ağsaqqallar da sizə gözəl məsləhət verə bilər. Yehova təyin etdiyi bu şəxslərə etibar edir, siz də etibar edə bilərsiniz. Yehova onları yığıncağa «hədiyyə» olaraq verib (Efes. 4:8). Onların imanından örnək almağın, hikmətli məsləhətlərinə qulaq asmağın böyük xeyrini görəcəksiniz. İndi isə gəlin görək Asa padşahdan nə öyrənə bilərik.
ASA PADŞAHIN NÜMUNƏSİ
12. Hakimiyyətə gələndə Asada hansı xüsusiyyətlər var idi?
12 Gənc padşah olan Asa təvazökar və cəsarətli idi. O, atası Əbiyyadan sonra taxta çıxdı və bütpərəstliyin kökünü kəsmək üçün tədbirlər gördü. Asa «yəhudalılara ata-babalarının Allahı Yehovaya ibadət etməyi, Onun Qanununa, əmrlərinə əməl etməyi buyurdu» (2 Saln. 14:1—7). Həbəş Zarah 1 000 000 nəfərlik ordu ilə Yəhudaya yürüş edəndə Asa hikmətli davranaraq Yehovaya üz tutdu. Ona belə dedi: «Yehova, Sənin üçün fərq etməz, Sən güclünün də, gücsüzün də dadına çatırsan. Yetiş dadımıza, ey Allahımız Yehova! Biz Sənə arxalanırıq». Asanın dediyi bu gözəl sözlər göstərir ki, Asada Yehovanın həm onu, həm də xalqı xilas edəcəyinə necə böyük əminlik var idi. Asa Yehovaya güvənirdi, Yehova da həbəşləri məğlub etdi (2 Saln. 14:8—12).
13. Asa ilə nə baş verdi və nəyə görə?
13 Razı olarsınız ki, bir milyonluq orduya qarşı çıxmaq hələm-hələm asan iş deyildi, amma Asa bunun öhdəsindən müvəffəqiyyətlə gəldi. Başqa vaxt isə o, bunun qədər qorxulu olmayan hücuma — İsrailin mənfur padşahı olan Başanın hücumuna məruz qalanda, əfsuslar olsun ki, Yehovaya üz tutmadı, Aram padşahından kömək istədi. Bu yanlış qərarının aqibəti pis oldu! Yehova Hənani peyğəmbər vasitəsilə Asaya dedi: «Sən 2 Saln. 16:7, 9; 1 Pad. 15:32). Buradan hansı nəticəni çıxarırıq?
Allahın Yehovaya yox, Aram padşahına arxalandığın üçün Aram padşahının ordusu sənin əlindən qurtuldu». O vaxtdan sonra Asanın başı müharibədən açılmadı (14. Yehovaya arxalandığınızı necə göstərə bilərsiniz və 1 Timutiyə 4:12 ayəsinə əsasən, belə davransanız, nəyə nail olacaqsınız?
14 Təvazökar qalın və Yehovaya həmişə etibar edin. Vəftiz olunmaqla siz Yehovaya iman etdiyinizi və güvəndiyinizi göstərmişdiniz. Yehova da böyük məmnuniyyətlə sizə xalqının arasında olmaq şərəfi nəsib etdi. İndi gərək bundan sonra da Yehovaya bel bağlayasınız. Ola bilsin, həyati vacib qərarlar verəndə Yehovaya etibar etmək sizin üçün asan olsun. Bəs digər qərarlar haqda nə demək olar? Çox vacibdir ki, əyləncə, iş və gələcək məqsədlər də daxil olmaqla, hər bir qərarınızda Yehovaya etibar edəsiniz. Öz ağlınıza güvənməyin. Müqəddəs Kitabdan sizin vəziyyətinizə uyğun olan prinsipləri tapın və bu prinsiplərə əməl edin (Məs. 3:5, 6). Onda Yehovanın qəlbini sevindirəcəksiniz və yığıncaqdakı bacı-qardaşların hörmətini qazanacaqsınız. (1 Timutiyə 4:12 ayəsini oxuyun.)
YƏHUŞAFAT PADŞAHIN NÜMUNƏSİ
15. 2 Salnamələr 18:1—3 və 19:2 ayələrinə əsasən, Yəhuşafat padşah hansı səhvləri etmişdi?
15 Əlbəttə ki, hər birimiz kimi, siz də qeyri-kamilsiniz və bəzən səhvlər edəcəksiniz. Amma bu, Yehovaya xidmətdə əlinizdən gələni etməyə mane olmamalıdır. Yəhuşafat padşahın nümunəsinə nəzər salaq. Onun çox gözəl xüsusiyyətləri var idi. Gənc yaşlarında o, «atasının Allahına ibadət edir, Onun əmrlərinə tabe olurdu». Bundan əlavə, o, ağsaqqallara bütün Yəhudanı gəzib, xalqa Yehova haqda öyrətməyi buyurmuşdu (2 Saln. 17:4, 7). Buna baxmayaraq, Yəhuşafat bəzi səhv qərarlar da vermişdi. Verdiyi bir səhv qərarından sonra Yehovanın elçisi onu məzəmmət etmişdi. (2 Salnamələr 18:1—3; 19:2 ayələrini oxuyun.) Müqəddəs Kitabın bu parçasından özünüz üçün hansı dərsi götürə bilərsiniz?
16. Racivin nümunəsindən nə öyrənə bilərsiniz?
16 Məsləhət alın və məsləhətə uyğun 1 Timutiyə 4:8 ayəsində yazılan prinsip üzərində düşünməyə təşviq etdi». Raciv onun məsləhətini təvazökarlıqla qəbul etdi və həyatında nəyə üstünlük verdiyinə bir daha nəzər saldı. O deyir: «Həyatımda Yehovaya xidməti hər şeydən üstün tutmaq qərarına gəldim». Bunun nəticəsi nə oldu? «Bu məsləhəti alandan bir neçə il sonra mən yığıncaq xidmətçisi kimi təyin olundum», — deyə Raciv bildirir.
davranın. Ola bilsin, bir çox gənc kimi, sizin üçün də Yehovaya xidməti həyatda hər şeydən üstün tutmaq çətindir. Ruhdan düşməyin. Raciv adlı bir gənc qardaşın nümunəsinə nəzər salaq. Yeniyetməlik yaşları barəsində o deyir: «O yaşlarımda bəzən bilmirdim həyatdan nə istəyirəm. Bir çox gənc kimi, mənim üçün də yığıncaqdan və xidmətdən çox idman və əyləncə maraqlı idi». Bəs Racivə nə kömək etdi? Bir qayğıkeş ağsaqqal ona bəzi məsləhətlər verdi. Raciv deyir: «Qardaş məniSƏMAVİ ATANIZIN FƏXRİ OLUN
17. Bacı-qardaşlar Yehovaya xidmət edən gənc qardaşlara necə yanaşır?
17 Bacı-qardaşlar sizin kimi gənc qardaşlarla birgə Yehovaya «çiyin-çiyinə» qulluq etməyi çox qiymətləndirir! (Səf. 3:9). Onlar sizin nə qədər şövqlü, tapşırılan işi necə canla-başla, həvəslə etdiyinizi görəndə ürəkləri fərəhlə dolur. Siz onların rəğbətini qazanmısınız (1 Yəh. 2:14).
18. Məsəllər 27:11 ayəsinə əsasən, Yehova gənc qardaşlara necə yanaşır?
18 Gənc qardaşlar, heç vaxt unutmayın ki, Yehova sizi sevir və etibar edir. Yehova demişdi ki, axırzamanda bir yığın gənc Ona xidmət etmək üçün hazır duracaq (Zəb. 110:1—3). O bilir ki, siz Onu sevirsiniz və Ona xidmətdə bacardığınız qədər çox şey etmək istəyirsiniz. Odur ki, həm özünüzə qarşı, həm başqalarına qarşı səbirli olun. Səhv edəndə tərbiyəni və tənbehi qəbul edin. Buna Yehovanın öyüd-nəsihəti kimi baxın (İbr. 12:6). Sizə tapşırılan istənilən işi canla-başla edin. Ən əsası, hər şeyi elə edin ki, səmavi Atanız sizinlə fəxr etsin. (Məsəllər 27:11 ayəsini oxuyun.)
NƏĞMƏ 135 Yehova nəvazişlə çağırır: «Oğlum, hikmətli ol»