Kontentə keç

Mündəricatı göstər

Mütaliə üçün tövsiyə

Mütaliə üçün tövsiyə

«Yeniliklər» bölməsindən məharətlə istifadə edin

«JW Library®» tətbiqində və jw.org saytında olan «Yeniliklər» bölməsində ən son dərc olunan nəşrlər göstərilir. Yeniliklərdən xəbərdar olmaq üçün bu bölmədən necə istifadə edə bilərsiniz?

«JW Library»

  • Silsilə məqalələrə aid hansısa yeni məqalə çıxanda bu bölmədə göstərilir. Buna görə də «Yeniliklər» bölməsində hansısa silsilə məqalə görəndə bu silsilənin son versiyasını yükləyə bilərsiniz. Sonra açılan səhifənin başında olan yeni məqaləni oxuyun. Onlar tarixə görə sıralanır.

  • Jurnalları və bu kimi başqa böyük nəşrləri yəqin ki, bir dəfəyə oxuyub qurtara bilməyəcəksiniz. Buna görə də həmin nəşri «Seçilmişlər» bölməsinə əlavə edə bilərsiniz. Beləcə, hələ axıra kimi oxumadığınız nəşrləri daha tez tapacaqsınız.

JW.ORG

Xəbərlər və elanlar kimi bəzi məlumatlar «JW Library» tətbiqində yox, yalnız jw.org saytında yerləşdirilir. Ona görə də saytımızdakı «Yeniliklər» bölməsinə tez-tez nəzər salın.