GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) May 2020

Bu sayda 2020-ci il iyulun 6-dan avqustun 2-dək olan təlim məqalələri yerləşir.

Axırzamanda «şimal padşahı» olmuş dövlətlər

Təlim məqaləsi 19 | 6—12 iyul 2020. Dənyalın peyğəmbərliyində «şimal padşahı» və «cənub padşahı» barədə deyilənlərin bu gün də yerinə yetdiyinə şahidik. Buna hansı sübutlar var? Nəyə görə bu peyğəmbərliyin təfərrüatlarını başa düşməliyik?

Axırzamanda rəqib padşahlar

«Şimal padşahı» və «cənub padşahı» ilə bağlı peyğəmbərlik digər peyğəmbərliklərlə eyni zaman kəsiyində yerinə yetib. Bu peyğəmbərliklər axırzamanda yaşadığımızı necə göstərir?

Şimal padşahı bu gün kimdir?

Təlim məqaləsi 20 | 13—19 iyul 2020. Bu gün «şimal padşahı» kimdir və o, necə məhv ediləcək? Bunu bilmək imanımızı möhkəmləndirəcək və yaxın gələcəkdə üzləşəcəyimiz sınaqlara hazır olmağa kömək edəcək.

Allahın verdiyi ənamları qiymətləndirək

Təlim məqaləsi 21 | 20—26 iyul 2020. Bu məqalə Yehovaya və Onun bəxş etdiyi üç ənama minnətdarlığımızı artıracaq. Həmçinin Allahın varlığına şübhə edən kəslərlə söhbət aparmağa kömək edəcək.

Görünməyən ənamları qiymətləndirək

Təlim məqaləsi 22 | 27 iyul — 2 avqust 2020. Əvvəlki məqalədə Allahın bizə bəxş etdiyi gözlə görünən bəzi ənamları nəzərdən keçirdik. Bu məqalədə isə gözlə görünməyən ənamlardan danışacağıq və bu ənamları necə qiymətləndirə biləcəyimizi öyrənəcəyik. Məqalə bu ənamların sahibi Yehova Allahımıza minnətdarlığımızı artıracaq.