MÜTALİƏ ÜÇÜN TƏKLİF
Haqsızlığa dözmək
Yaradılış 37:23—28; 39:17—23 ayələrini oxuyun və görün Yusifin haqsızlığa dözməsindən nə öyrənə bilərsiniz.
Konteksti dərindən araşdırın. Yusifin haqsızlığa məruz qalmasına səbəb nə idi? (Yar. 37:3—11; 39:1, 6—10). O, haqsızlığa neçə müddət qatlaşmalı oldu? (Yar. 37:2; 41:46). Yehova bu müddət ərzində Yusif üçün nə etdi və nə etmədi? (Yar. 39:2, 21; w23.01 s. 17—18, abz. 13).
Təfərrüatları dərindən araşdırın. Fitfirin arvadı Yusifi haqsız yerə ittiham etsə də, Müqəddəs Kitabda Yusifin özünə bəraət qazandırmaq üçün nəsə dediyi yazılmayıb. Abzasdakı ayələrin köməyi ilə bu suallara cavab tapmağa çalışın: «Əgər Yusif susmuşdusa, o nəyə görə belə davranmış ola bilərdi? Nəyə görə düşünməməliyik ki, Müqəddəs Kitabda bununla bağlı bütün təfsilatlar yazılmalı idi?» (Məs. 20:2; Yəh. 21:25; Həv. 21:37). «Yusifə haqsızlığa qatlaşmağa hansı xüsusiyyətlər kömək etmiş ola bilərdi?» (Mik. 7:7; Luka 14:11; Yaq. 1:2, 3).
Nə öyrəndiniz? Düşünün:
-
«İsa Məsihin şagirdi olduğum üçün hansı sahədə haqsızlıqla üzləşə bilərəm?» (Luka 21:12, 16, 17; İbr. 10:33, 34).
-
«Üzləşəcəyim haqsızlığa qatlaşmaq üçün indidən nə edə bilərəm?» (Zəb. 62:7, 8; 105:17—19; w19.07 s. 2—7).