Şəraitimiz dəyişəndə qəlb rahatlığını itirməyək
«Qəlbimi ovundurub sakitləşdirdim» (ZƏB. 131:2).
1, 2. a) Baş verən gözlənilməz dəyişikliklər məsihilərin həyatına necə təsir edə bilər? (Məqalənin əvvəlindəki şəklə baxın.) b) Zəbur 131-ci məzmura əsasən, nəyin sayəsində qəlb rahatlığımızı qoruya bilərik?
BEYTELDƏ 25 il xidmət etmiş Loid və Aleksandra eşidəndə ki, sahə xidmətinə təyin olunublar, çox məyus olmuşdular. Loid deyir: «Düşünürdüm ki, həmişə Beyteldə xidmət edəcəyəm, həmişə bu işi görəcəyəm. Bu dəyişikliyin nə üçün edildiyini dərk etsəm də, həftələr, aylar keçdikcə özümü atılmış hiss edirdim». Loidin hissləri tez-tez dəyişirdi, bir anın içində gah özünü yaxşı hiss edirdi, gah da dilxor olurdu.
2 Həyatımızda gözlənilməz dəyişiklik baş verəndə narahatçılıq və stress keçiririk (Məs. 12:25). Hətta bəzən dəyişikliklə barışmaq çətin olur. Bu kimi vəziyyətlərdə qəlbimizi ovundurub sakitləşdirmək üçün nə edə bilərik? (Zəbur 131:1—3 ayələrini oxuyun.) Gəlin görək Yehovanın həm keçmişdə, həm də müasir dövrdə yaşayan bəzi xidmətçiləri həyatlarında baş verən dəyişikliklərə baxmayaraq, qəlb rahatlıqlarını necə qoruya biliblər.
«ALLAHIN... SÜLHÜ»
3. Həzrəti Yusif hansı vəziyyətlə üzləşmişdi?
3 Həzrəti Yusif atasının sevimlisi idi. 17 yaşı olanda doğma qardaşları paxıllıqdan onu qul kimi satır (Yar. 37:2—4, 23—28). O, təxminən 13 il ərzində əziz atası Yaqubdan uzaqda, Misir ölkəsində qul və məhbəs həyatı yaşayır. Yaşadıqları onu ümidsizliyə qərq edə, zalımlaşdıra bilərdi. Amma belə olmadı. Nəyin sayəsində?
4. a) Həzrəti Yusif məhbəsdə olanda diqqətini nəyə cəmləmişdi? b) Yehova Yusifin dualarına necə cavab verdi?
4 Həzrəti Yusif həbsdə olduğu müddətdə çox yəqin ki, diqqətini Yehovadan aldığı nemətlərə cəmləmişdi (Yar. 39:21; Zəb. 105:17—19). Bəlkə də, o, kiçik yaşlarında gördüyü peyğəmbərlik mənası daşıyan yuxular barədə düşünür və Yehovanın onunla olduğuna əmin olurdu (Yar. 37:5—11). Şübhəsiz ki, o, daima Yehovaya dua edir, ürəyinin dərdini Onunla bölüşürdü (Zəb. 145:18). Yehova Yusifin səmimi dualarına cavab olaraq, bütün çətinliklərdə onunla olacağına dair daxili əminlik vermişdi (Həv. 7:9, 10) *.
5. «Allahın... sülhü» Yehovaya xidmət etmək qətiyyətimizi necə artıra bilər?
5 Üzləşdiyimiz vəziyyətin nə qədər çətin olmasından asılı olmayaraq, «Allahın... sülhü» fikirlərimizi qoruyaraq bizi sakitləşdirməyə qadirdir. (Filippililərə 4:6, 7 ayələrini oxuyun.) Narahatçılıq keçirəndə Yehovaya üz tutsaq, Allahın sülhü təslim olmamağa və Yehovaya xidmətimizi davam etdirməyə kömək edəcək. Gəlin öz təcrübələrində buna əmin olan bəzi bacı-qardaşlarımızın nümunəsinə nəzər salaq.
ALLAHDAN QƏLB RAHATLIĞI DİLƏYƏK
6, 7. Konkret dualar yenidən qəlb rahatlığı duymağımıza necə kömək edə bilər? Nümunə çəkin.
6 Rayan və Cülyetta müvəqqəti xüsusi öncül təyinatlarının başa çatdığını öyrənəndə çox məyus olmuşdular. Rayan deyir: «Dərhal bu haqda Yehovaya dua etdik. Anlayırdıq ki, Ona etibarımızı göstərmək üçün imkan yaranıb. Yığıncağımızdakıların bir çoxu həqiqətə yeni gəlmişdi. Ona görə də yaxşı iman örnəyi olmaq üçün duada Yehovadan kömək istədik».
7 Yehova onların duasına necə cavab verdi? Rayan xatırlayır: «Dua etdikdən dərhal sonra keçirdiyimiz mənfi hisslər və narahatlıqlar yoxa çıxdı. Ürəyimizi və fikirlərimizi Allahın sülhü qoruyurdu. Başa düşürdük ki, düzgün əhval-ruhiyyədə olsaq, yenə də Yehovaya xidmətdə çox şey edə bilərik».
8—10. a) Ürəyimiz narahat olanda Allahın ruhu bizə necə kömək edir? b) Fikrimizi xidmətə cəmləyəndə Yehovadan hansı köməyi alırıq?
8 Allahın ruh həm ürəyimizi sakitləşdirir, həm də diqqətimizi Müqəddəs Kitab ayələrinə yönəldərək nəyin daha vacib olduğunu anlamağa kömək edir. (Yəhya 14:26, 27 ayələrini oxuyun.) Təxminən 25 il Beyteldə xidmət etmiş Filip və Meri adlı bir ər-arvadın nümunəsinə nəzər salaq. Dörd ayın içində hər ikisinin anası və başqa bir qohumları vəfat edir. Üstəlik, Merinin atası demensiya xəstəliyindən əziyyət çəkdiyindən ona qulluq etməli olurlar.
9 Filip xatırlayır: «Elə bilirdim ki, Koloslulara 1:11 ayəsi diqqətimi çəkdi. Düzdür, mən dözürdüm, amma buna sözün əsl mənasında dözüm demək olmazdı. Üzləşdiyim vəziyyətə “sevinclə və səbirlə” tab gətirməli idim. Bu ayə mənə xatırlatdı ki, xoşbəxtliyim hansı vəziyyətdə olmağımdan yox, Allahın ruhunun həyatıma göstərdiyi təsirdən asılıdır».
vəziyyətin öhdəsindən yaxşı gəlirəm, amma bir məqam diqqətimdən yayınmışdı. “Gözətçi qülləsi”nin təlim məqalələrinin birində10 Filip və Meri diqqətlərini xidmətə cəmlədiklərinə görə Yehovadan çoxlu nemətlər aldılar. Beyteldən gedəndən qısa müddət sonra onlar Müqəddəs Kitab dərsləri keçməyə başladılar. Hətta şagirdləri həftədə bir neçə dəfə dərs keçmək istəyirdi. Ötən günləri xatırlayaraq Meri deyir: «Onlar bizim sevincimiz idilər, elə bil Yehova onların vasitəsilə “hər şey yaxşı olacaq” deyirdi».
BİZDƏN HƏRƏKƏT, ALLAHDAN BƏRƏKƏT
11, 12. a) Həzrəti Yusif nəyin sayəsində Allahdan nemətlər aldı? b) Allah Yusifə hansı mükafatı verdi?
11 Həyatımızda gözlənilməz dəyişikliklər baş verəndə gələcəklə bağlı narahatlıqlar ürəyimizi didib-parçalaya bilər. Gözlənilmədən həbsə düşən Hz. Yusif narahatlığın onu ağuşuna almasına yol verməmişdi. Əksinə, düşdüyü vəziyyətdə bacardığını eləmişdi. O, Fitfirin yanında çalışdığı vaxtlardakı kimi, zindanda da rəisinin tapşırıqlarını canla-başla yerinə yetirirdi (Yar. 39:21—23).
12 Bir gün Yusifə əvvəllər vəzifədə olmuş iki dustağa nəzarət etmək tapşırılır. Yusif mülayim rəftarı ilə dustaqların rəğbətini qazanır. Beləcə, onlar sıxıntılarını və gördükləri yuxuları ona danışırlar (Yar. 40:5—8). Yusifin həmin vaxt xəbəri də yox idi ki, bu söhbət onun xeyrinə olacaq. Bu əhvalatdan sonra daha iki il həbsdə yatan Yusif nəhayətdə azadlığa buraxılır. O, elə həmin gün firondan sonra ikinci şəxs təyin olunur (Yar. 41:1, 14—16, 39—41).
13. Şəraitimizdən asılı olmayaraq, Yehovadan xeyir-dua almaq üçün nə edə bilərik?
13 Biz də, Hz. Yusif kimi dəyişə bilməyəcəyimiz vəziyyətlərlə üzləşə bilərik. Lakin səbir göstərsək və mövcud vəziyyətdə əlimizdən gələni etsək, əmin ola bilərik ki, Yehova bunların müqabilində bizə bərəkət verəcək (Zəb. 37:5). Bəzən «çaşqınlıq içində» olsaq da, həvari Bulus demişkən, heç vaxt çarəsiz və ya «ümidsiz» qalmayacağıq (2 Kor. 4:8, haş.). Xüsusilə də, diqqətimizi xidmətə cəmləmişiksə!
DİQQƏTİMİZİ XİDMƏTƏ CƏMLƏYƏK
14—16. Müjdəçi Filip həyatında baş verən dəyişikliklərə baxmayaraq, nəyin sayəsində diqqətini xidmətə cəmləmişdi?
14 Müjdəçi Filip həyatında baş verən dəyişikliklərə baxmayaraq, diqqətini xidmətə cəmləməklə bizə gözəl nümunə qoyub. Yerusəlimdə Stefanın qətli * ilə təqiblər şiddətlənən vaxt Filip aldığı yeni təyinatı canla-başla icra edirdi (Həv. 6:1—6). Lakin məsihilərin Yerusəlimdən qaçdığını görəndə o, boş oturmur, Səməriyyəyə, xoş xəbərin təbliğ olunmadığı şəhərə yollanır (Mət. 10:5; Həv. 8:1, 5).
15 Filip Yehovanın ruhunun yönəltdiyi istənilən yerə getməyə hazır idi. Buna görə də Yehova onu xoş xəbərin təbliğ olunmadığı ərazilərə göndərdi. Yəhudilər səməriyyəlilərə yuxarıdan aşağı baxırdı. Lakin Filipin qərəzsizliyi, görünür, səməriyyəlilərə xoş təsir bağışlayır. Təəccüblü deyil ki, camaat onun dediklərinə diqqətlə qulaq asır (Həv. 8:6—8).
16 Sonra Allahın ruhu Filipi qeyri-yəhudilərin üstünlük təşkil etdiyi Aşdod və Qeysəriyyə şəhərinə yönəldir (Həv. 8:39, 40). Səməriyyədə təbliğ etdiyi vaxtdan təxminən 20 il keçmişdi. Filipin vəziyyəti yenə dəyişmişdi, o, artıq ailəli idi və bir ərazidə məskunlaşmışdı. Həyat şəraitinin dəyişməsinə baxmayaraq, Filip hələ də diqqətini xidmətə cəmləyirdi. Buna görə də Yehova həm ona, həm də ailəsinə bol-bol bərəkət vermişdi (Həv. 21:8, 9).
17, 18. Həyatımızda dəyişikliklər baş verən zaman fikrimizi xidmətə cəmləmək tarazlığı qorumağa necə kömək edə bilər?
17 Tamvaxtlı xidmətdə olan bir çox məsihi qeyd edir ki, həyatlarında baş verən dəyişikliklər zamanı fikirlərini xidmətə cəmləməyin sayəsində tarazlığı qoruya biliblər. Cənubi Afrikadan olan Ozborn və Polayt adlı bir cütlük Beyteldən gedəndən sonra tezliklə yaşamağa yer və yarımgünlük iş tapacaqlarına ümid edirdilər. Ozborn deyir: «Əfsuslar olsun ki, işi gözlədiyimiz qədər tez tapmadıq». Həyat yoldaşı Polayt da həmin vaxtları xatırlayaraq deyir: «Üç ay işsiz qaldıq, əlimizdə pul da yox idi. Həqiqətən, çətin idi».
18 Nəyin sayəsində onlar bu çətinliyin öhdəsindən gələ bildilər? Ozborn deyir: «Yığıncaqla birgə təbliğ etmək fikrimizi
ibadətə cəmləməyə və müsbət əhval-ruhiyyəni qorumağa çox kömək elədi. Oturub dərd çəkməkdənsə, bütün gücümüzü təbliğ işinə sərf etmək qərarına gəldik. Hər yerdə iş axtarırdıq və axırda tapdıq».SƏBİRLƏ YEHOVANI GÖZLƏYƏK
19—21. a) Daxili sülhü qorumağımıza nə kömək edəcək? b) Yeni vəziyyətə uyğunlaşmağın şəxsən bizə hansı faydası var?
19 Gördüyümüz kimi, üzləşdiyimiz vəziyyətdə əlimizdən gələni edib ümidimizi Yehovaya bağlasaq, ürəyimiz arxayın olacaq. (Mikə 7:7 ayəsini oxuyun.) Hətta bir müddət sonra vəziyyətə uyğunlaşmağın Yehova ilə münasibətlərimizi necə möhkəmləndirdiyini görəcəyik. Yuxarıda adı çəkilən Polayt bacı öz təcrübəsini bölüşür: «Təyinatımızın dəyişməsi sayəsində, hətta hər şey tərs gətirəndə belə, Yehovaya güvənməyin əslində nə demək olduğunu öyrəndim. Onunla münasibətlərim daha da sıx oldu».
20 Haqqında danışdığımız Meri bacı hələ də yaşlı atasına baxır. O deyir: «Başa düşdüm ki, ürəyim narahat olanda dayanmalı, dua etməli və sakitləşməliyəm. Hər şeyi Yehovanın öhdəsinə buraxmaq öyrəndiyim ən böyük dərs oldu. Bu dərs bütün ömrüm boyu mənə lazım olacaq».
21 İlk abzasda haqqında danışdığımız Loid və Aleksandra qeyd edir ki, şəraitlərinin dəyişməsi imanlarını ağıllarına belə gəlməyən tərzdə sınadı. Onlar deyirlər: «İman sınaqları imanımızın çətin vaxtlarda bizə təsəlli verəcək qədər güclü və həqiqi olub-olmadığını üzə çıxarır. Beləcə, biz daha yaxşı insan oluruq».
22. Hal-hazırkı vəziyyətimizdə əlimizdən gələni ediriksə, nəyə əmin ola bilərik?
22 Həyatınızda gözlənilməz dəyişiklik baş verəndə, məsələn, təyinatınız dəyişəndə, səhhətinizdə problemlər yarananda, yaxud ailə məsuliyyətiniz artanda, əmin olun ki, Yehova sizin qayğınıza qalacaq və ən düzgün vaxtda kömək edəcək! (İbr. 4:16; 1 But. 5:6, 7). O vaxta qədər isə, mövcud vəziyyətdə əlinizdən gələni etməyə çalışın. Səmavi Atanıza dua edin və hər şeyi Onun üzərinə qoymağı öyrənin. Beləcə, istənilən vəziyyətdə qəlb rahatlığınızı qoruya biləcəksiniz.
^ abz. 4 Həbsdən çıxandan bir müddət sonra ilk oğlu dünyaya gələndə Yusif Allahın ona təsəlli vermək istədiyini anlayır. O: «Allah bütün dərdlərimi... unutdurdu» deyərək ilk oğlunun adını Mənəssə qoyur (Yar. 41:51, haş.).
^ abz. 14 Bu sayın «Bilirsiniz?» adlı məqaləsinə baxın.