GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) Oktyabr 2019

Bu sayda 2019-cu il dekabrın 2-dən 29-dək olan təlim məqalələri yerləşir.

1919. Yüz il əvvəl

Yehovanın Öz xalqına güc verməsi sayəsində 1919-cu ildə təbliğ işində yeni era başlandı. Amma bundan öncə, Müqəddəs Kitab Tədqiqatçıları üçün böyük bir dəyişiklik baş verməli idi.

Allahın hökmləri. O, həmişə öncədən xəbərdar edir?

Bu gün Yehova insanları hava proqnozunda eşidə biləcəklərindən daha dəhşətli bir «tufan» barədə xəbərdar edir. O bunu hansı yollarla edir?

Axırzamanın axırında Rəbbin işində çox çalışın

Axırzamanın axırında hansı hadisələr cərəyan edəcək? Yehova bizim həmin vaxt necə davranmağımızı istəyir?

«Böyük müsibət» zamanı sadiq qalın!

Yehova «böyük müsibət» zamanı bizim necə davranmağımızı istəyir? Həmin vaxt sadiq qalmaq üçün indidən özümüzü necə hazırlaya bilərik?

Yehovanın istədiyi kəs ola bilərsiniz

Qədimdə Yehova xidmətçilərinin qəlbində həm arzu oyatmışdı, həm də fəaliyyət göstərmələri üçün güc vermişdi. Bəs bu gün Yehova bizi xidmətə necə yararlı edir?

Yehovaya tam sədaqət göstərin

Həyatımızın iki konkret sahəsi Yehovaya nə dərəcədə sadiq olduğumuzu müəyyən etməyə kömək edə bilər.