1923. Yüz il əvvəl
«GÖZƏTÇİ QÜLLƏSİ» jurnalının 1923-cü il 1 yanvar sayında yazılmışdı: «1923-cü ilin çox ruhlandırıcı olacağına ümid edirik... Bu dünyada zülm çəkən insanlara şahidlik vermək, onlara bizi gözləyən gözəl gələcək barədə danışmaq böyük şərəfdir». Doğrudan da, həmin il Müqəddəs Kitab Tədqiqatçıları həm ibadətlərində, həm də təbliğ fəaliyyətlərində möhtəşəm dəyişikliklər etdilər. Nəticədə aralarındakı birlik getdikcə möhkəmləndi.
VƏHDƏT İÇİNDƏ İBADƏT
Həmin il təşkilat müəyyən dəyişikliklər etdi. Bu da Müqəddəs Kitab Tədqiqatçıları arasındakı birliyi daha da möhkəmləndirdi. Məsələn, «Gözətçi qülləsi»ndə ayələrin izahı dərc olunmağa başladı. Bu ayələr hər həftə keçirilən «Dua və mədh görüşü»ndə müzakirə edilirdi. Üstəlik, təqvimlər nəşr olunurdu, orada həftəlik ayələr, həmçinin fərdi mütaliə və ailəvi ibadət üçün nəğmələr dərc edilirdi.
Müqəddəs Kitab Tədqiqatçıları görüşlərdə şərhlər verirdilər. Bu şərhlərə təbliğdə başlarına gələn hadisələr, Yehovaya şükran sözləri, nəğmələr və hətta dualar daxil idi. İva Barni bacı 1923-cü ildə 15 yaşında vəftiz olunub. O, həmin günləri xatırlayaraq demişdi: «Şərh vermək istəyən ayağa qalxıb buna bənzər sözlər deyirdi: “Mənə etdiyi bütün yaxşılıqlara görə Rəbbimə minnətdarlığımı bildirmək istəyirəm”». Bəzi qardaşlar şərh verməyi çox xoşlayırdı. İva bacı sözünə davam edir: «Yaşlı qardaşımız olan Qodvinin Rəbbə şükran sözləri aşıb-daşırdı. Amma həyat yoldaşı görəndə ki, görüşü aparan qardaşın hövsələsi daralır, ərinin pencəyindən dartırdı, o da əyləşirdi».
Ayda bir dəfə hər yığıncaq xüsusi «Dua və mədh görüşü» keçirirdi. «Gözətçi qülləsi»nin 1923-cü il 1 aprel sayında bu görüş haqda deyilir: «Görüşün bir yarısında verilən şərhlərdə yalnız təbliğ işi ilə bağlı fikirlər və hadisələr səslənməlidir, həmçinin təbliğçilər xidmətə təşviq olunmalıdır... Əminik ki, bu ruhlandırıcı görüşlər dostlarımızı bir-birinə daha da yaxınlaşdıracaq».
Bu görüşlərin Kanadanın Vankuver şəhərindən olan 19 yaşlı Çarlz Martin adlı bir təbliğçiyə böyük köməyi dəymişdi. Həmin dövrlə bağlı qardaş sonralar belə demişdi: «Qapı ağzında deyəcəyim sözləri elə ilk dəfə bu görüşlərdə öyrənmişəm. Tez-tez kimsə ev-ev xidmət zamanı başına gələn hansısa hadisəni danışırdı. Bu mənə təbliğdə nə deyəcəyimi bilməyə və etirazın öhdəsindən gəlməyə kömək edirdi».
VƏHDƏT YARADAN XİDMƏT
Həmçinin «xidmət günləri» də təşkilatda birlik yaradırdı. «Gözətçi qülləsi»nin 1923-cü il 1 aprel sayında belə bir elan yerləşdirilmişdi:
«1923-cü il 1 may, çərşənbə axşamı ümumi xidmət günü təyin olunur. Hamımızın eyni işlə məşğul olmağı aramızda birlik yaradacaq. Bundan sonra hər ayın ilk çərşənbə axşamı belə olacaq... Yığıncaqdakı hər bir təbliğçi bu işdə iştirak etməlidir».Təbliğ işində hətta gənclər də iştirak edirdilər. Həmin vaxt 16 yaşı olan Heyzel Berford bacı deyir: «“Bülleten”də söhbət planları olurdu, onları əzbərləyirdik a. Babamla mən təbliğ işində var gücümüzlə çalışırdıq». Amma heç gözləmədiyi biri Heyzel bacıya bu işdə mane olmuşdu. O deyir: «Bizim yaşlı bir qardaşımız mənim insanlarla danışmağımın qəti əleyhinə idi. O vaxt bəziləri başa düşmürdü ki, gənc «oğlanlar» və «qızlar» da daxil olmaqla, bütün Müqəddəs Kitab Tədqiqatçıları Ulu Yaradanımızın adına alqış etməlidir» (Zəb. 148:12, 13). Amma bu, Heyzel bacının qol-qanadını sındırmadı. Sonralar o, Gilad məktəbinin ikinci sinfində təlim aldı və xüsusi təyinatlı müjdəçi kimi Panamaya təyin olundu. Vaxt keçdikcə bu qardaşlar gənclərin təbliğ işində iştirakı ilə bağlı fikirlərini dəyişdilər.
VƏHDƏT YARADAN TOPLANTILAR
Toplantılar da bacı-qardaşlar arasında birlik yaradırdı. Bu toplantıların çoxunda xidmət günləri olurdu. Onlardan biri Kanadanın Vinnipeq şəhərində keçirilmişdi. Martın 31-i toplantıda iştirak edənlərin hamısı «Vinnipeqin xüsusi bombardmanı» adlı təbliğ kampaniyasında iştirak etməyə dəvət olundu. Bu kimi xidmət günləri böyük artıma təməl qoydu. Avqustun 5-i Vinnipeqdə keçirilən başqa bir toplantıda təxminən 7000 nəfər iştirak etdi. Bu o vaxta qədər Kanadada keçirilən toplantılarda iştirak edənlərin ən yüksək sayı idi.
1923-cü ildə keçirilən ən əlamətdar toplantı 18—26 avqust tarixində Los-Ancelesdə (Kaliforniya) keçirilmişdi. Toplantıdan əvvəlki həftələrdə bununla bağlı qəzetlərdə elanlar yerləşdirilmişdi. Həmçinin Müqəddəs Kitab Tədqiqatçıları 500 000-dən çox reklam vərəqələri paylamışdılar. Maşınlara və tramvaylara posterlər yapışdırılmışdı.
Vəhy 18:2, 4). Sonralar bütün dünyada Müqəddəs Kitab Tədqiqatçıları əl-ələ verib bu qətnamənin milyonlarla nüsxəsini payladılar.
Avqustun 25-i, şənbə günü Ruterford qardaş «Qoyunlar və keçilər» adlı nitq söylədi. O, nitqində açıq-aydın göstərdi ki, qoyunlar salehlik yolunda yeriməyə meyli olan insanlardır, onlar yer üzündə cənnətdə yaşayacaq. Həmçinin qardaş «Xəbərdarlıq!» adlı qətnamə səsləndirdi. Qətnamədə xristian dini mühakimə olunurdu və səmimi-qəlbli insanlar «Böyük Babil»dən çıxmağa səslənirdi («Bu ruhlandırıcı görüşlər dostlarımızı bir-birinə daha da yaxınlaşdıracaq»
Toplantının sonuncu günündə iştirak edənlərin sayı 30 000-dən çox idi. Onlar Ruterford qardaşın «Bütün xalqlar Armageddona doğru gedir, amma hal-hazırda yaşayan milyonlarla insan heç vaxt ölməyəcək» adlı nitqinə qulaq asdılar. Müqəddəs Kitab Tədqiqatçıları toplantıya böyük bir izdihamın gələcəyini gözlədiyi üçün Los-Ancelesdə yeni tikilmiş bir stadionu icarəyə götürdülər. Toplantını hamı yaxşı eşitsin deyə qardaşlar stadionda səsgücləndiricilər quraşdırdılar. Bu da həmin dövr üçün yeni texnologiya idi. Hələ xeyli insan görüşə radio vasitəsilə qulaq asmışdı.
ÜMUMDÜNYA ARTIM
1923-cü ildə Afrikada, Avropada, Hindistanda və Cənubi Amerikada təbliğ işi vüsət aldı. Hindistanda yaşayan Cozef qardaş həyat yoldaşının və altı uşağının qeydinə qalırdı. Üstəlik, hind, tamil, teluqu və urdu dillərində ədəbiyyatların hazırlanmasına kömək edirdi.
Syerra-Leonedə Müqəddəs Kitab Tədqiqatçısı olan Alfred Cozef və Leonard Blekman qardaş Bruklindəki (Nyu-York) baş idarəyə məktub yazıb kömək istəmişdilər. 1923-cü il aprelin 14-ü onların xahişinə cavab verildi. Alfred deyir: «Bir şənbə günü gecə telefona gözlənilməz zəng gəldi. Dəstəyin ucunda bir kişi uca səslə məndən soruşdu: “Gözətçi Qülləsi Cəmiyyətinə yazıb təbliğçi istəyən siz idiniz?” Mən dedim: “Bəli”. “Lap yaxşı. Onlar məni göndəriblər”,— deyə kişi cavab verdi». Bu, Vilyam Braun qardaş idi. O, elə həmin gün həyat yoldaşı Antonya, iki qızı Luis və Lüsi ilə birgə Karibdən gəlmişdi. Qardaşlar bu ailə ilə görüşməyi çox gözləməli olmadılar.
Alfred sözünə davam edir: «Səhəri gün Leonard ilə birgə həftəlik Müqəddəs Kitab araşdırmamızı edərkən qapıda hündür
bir kişi peyda oldu. O, Braun qardaş idi. Braun qardaş həqiqətə qarşı o qədər şövqlü idi ki, elə səhəri gün açıq nitq söyləmək istədi». O, bir aydan qısa müddət ərzində özü ilə gətirdiyi bütün nəşrləri payladı. Çox keçməmiş ona əlavə 5000 kitab gəldi. Bir az sonra hələ bundan da artıq kitaba ehtiyac yarandı. Amma Braun qardaş kitab satıcısı kimi tanınmırdı. Yehovaya şövqlə xidmət etdiyi uzun illər boyunca qardaş nitqlərində həmişə Müqəddəs Kitaba istinad edirdi. Buna görə də insanlar onu «Baybl Braun» (Müqəddəs Kitab Braun) adlandırırdı.Almaniyada qardaşlar Barmen şəhərindəki filialı başqa əraziyə köçürməyi planlaşdırırdılar. Çünki filial çox balaca idi. Həmçinin onlar eşitmişdilər ki, qonşu ölkə olan Fransa yaxın zamanlarda bu şəhərə hücum etməyi planlaşdırır. Müqəddəs Kitab Tədqiqatçıları Maqdeburq şəhərində bir kompleks tapdılar. Ora çap işlərini görmək üçün əlverişli yer idi. İyunun 9-u qardaşlar çap avadanlıqlarını və digər əşyaları paketləməyi bitirdilər və Maqdeburqdakı yeni Beytelə köçdülər. Onlar baş idarəyə köçdüklərini xəbər verdilər və elə həmin gün qəzetdə elan çıxdı ki, Fransa Barmen şəhərini ələ keçirib. Qardaşlar bu məsələdə Yehovanın qayğısını və müdafiəsini gördülər.
Braziliyada Corc Yanq yeni filial təsis etdi və «Gözətçi qülləsi»nin portuqal dilinə nəşr olunması üçün tədbir gördü. O, xoş müjdəni yaymaq üçün səyahətlər edirdi. Corc qardaş bir neçə ayın içində 7000-dən çox nəşr payladı. Onun Braziliyaya gəlişinə ən çox sevinən Sara Ferquson idi. Bu qadın 1899-cu ildən bəri «Gözətçi qülləsi»ni oxuyurdu. Amma hələ də vəftiz olunmaq imkanı olmamışdı. Bir neçə ay sonra Sara bacı və dörd uşağı bu vacib addımı atdı.
«ŞÖVQLƏ VƏ SEVİNCLƏ XİDMƏT EDƏK»
İlin sonunda «Gözətçi qülləsi»nin 1923-cü il 15 dekabr sayında Müqəddəs Kitab Tədqiqatçılarının ibadətlərinə etdiyi dəyişikliyin gətirdiyi müsbət nəticələr vurğulanmışdı: «Yığıncaqların ruhani cəhətdən möhkəm olduğu göz qabağındadır... Gəlin yaraqlarımızı qurşayaq və qarşıdan gələn il ərzində daha şövqlə və sevinclə xidmət edək».
Növbəti il də Müqəddəs Kitab Tədqiqatçıları üçün əlamətdar il oldu. Beyteldəki qardaşlar Bruklindəki baş idarənin yaxınlığında olan Steyton-Aylenddə bir ərazidə aylardır işləyirdilər. 1924-cü ilin əvvəlində həmin ərazidə yeni binaların tikintisi yekunlaşdı. Bu, bacı-qardaşlar arasındakı birliyi möhkəmləndirdi və xoş müjdənin həmişəkindən qat-qat çox vüsət almasına şərait yaratdı.
a İndiki adı «Məsihi həyatı və ibadəti. İş dəftəri».