Kontentə keç

Mündəricatı göstər

MÜTALİƏ ÜÇÜN TÖVSİYƏ

Əsas fikirləri təkrarlayın

Əsas fikirləri təkrarlayın

Bəzən sizə yenicə oxuduğunuz məlumatı yadınıza salmaq çətin olur? Bu, vaxtaşırı hər birimizlə baş verir. Bəs sizə nə kömək edə bilər? Əsas fikirləri təkrarlamaq.

Mütaliə edən zaman arabir dayanıb əsas fikirləri gözdən keçirin. Görün həvari Bulus onun məktubunu araşdıran bacı-qardaşlara bu sahədə necə kömək etmişdi. O yazmışdı: «Dediyimiz bu şeylərin məğzi budur» (İbr. 8:1). Bu yolla onlara onun yazdıqlarının mənasını anlamağa və fikirlərin əsas mövzu ilə necə bağlı olduğunu görməyə kömək edirdi.

Mütaliə edəndən sonra axırda bir az, məsələn, 10 dəqiqə vaxt ayırıb oxuduğunuz əsas fikirlər üzərində düşünə bilərsiniz. Əgər onları yada sala bilmirsinizsə, başlıqları və hər abzasın birinci cümləsini nəzərdən keçirin. Yeni bir şey öyrənəndə onu öz sözünüzlə izah etməyə çalışın. Əsas fikirləri təkrarlamağın sayəsində həm onlar yadınızda qalacaq, həm də oxuduqlarınızı həyatınızda tətbiq etməyin yolunu daha aydın görəcəksiniz.