Kontentə keç

Mündəricatı göstər

Axtarış üçün tövsiyə

Axtarış üçün tövsiyə

Uşaqlar üçün məşğələ vəsaitləri

Valideynlər uşaqlarına Yehova barədə öyrətmək məsuliyyəti daşıyır (Efes. 6:4). Yehovanın təşkilatı bu işdə valideynlərə kömək etmək üçün çoxlu material dərc edib. Onların vasitəsilə uşaqlarınıza necə tərbiyə verə bilərsiniz?

  • Materialı tapın. JW.ORG saytında, videolar və tapşırıqlar da daxil olmaqla, uşaqlar üçün nəzərdə tutulan bütün materiallar var a. Onları tapmaq üçün axtarış xanasına «Uşaqlar» və ya «Yeniyetmələr» yazın.

  • Lazımi materialı seçin. «Uşaqlar» başlığı altında dərc olunan materiallar sizə uşağınıza uyğun məşğələ vəsaitlərini tapmağa kömək edəcək. Bunun üçün «Ailəvi ibadət üçün» bölməsinə daxil olun.

  • Özünüz də iştirak edin. Videolar və çap olunan məşğələ vəsaitləri uşaqların başını qatmaq üçün nəzərdə tutulmayıb. Onları uşağınızla birlikdə müzakirə edin və onlara Yehova ilə dostluqlarını möhkəmləndirməyə kömək edin.

a Hal-hazırda «JW Library®» tətbiqində uşaqlar üçün olan bütün videolar var, məşğələ vəsaitləri isə məhduddur.