Kontentə keç

Mündəricatı göstər

Bilirsiniz?

Bilirsiniz?

Qədim İsraildə kiçik hüquqi mübahisələrin tənzimlənməsində Tövratdakı prinsiplər həqiqətən tətbiq olunurdumu?

BƏLİ, hərdən tətbiq olunurdu. Növbəti misala nəzər salaq. Qanunun təkrarı 24:14, 15 ayələrində buyurulur: «Dara düşən yoxsul muzduru aldatmayın, istər soydaşınız olsun, istərsə də ölkənizdə, şəhərlərinizdə yaşayan yadelli... Əks təqdirdə, o, sizin əlinizdən Yehovaya fəryad edər və siz günahkar sayılarsınız».

Sahə işçisinin xahişnaməsi yazılan saxsı parçası

Aşdod şəhərinin yaxınlığında saxsı parçası üzərində yazılmış bir xahişnamə tapılmışdır. E.ə. 7-ci əsrə aid edilən bu sənəd ehtimal ki, taxıl planını təhvil verə bilməmiş bir sahə işçisinin adından yazılıb. Sənəddə deyilir: «Bir neçə gün əvvəl qulunuz məhsulu anbara yığıb qurtaranda Şobay oğlu Hoşayahu gəlib qulunuzun libasını əlindən aldı... Günün istisində biçində mənimlə birgə çalışan əməkdaşlarım dediyimin doğru olduğunu təsdiq edə bilərlər. Mən heç bir günah iş tutmamışam... Əgər ağam libası quluna qaytarmağa məcbur olmadığını düşünürsə, qoy bunu heç olmasa halıma rəhm edib eləsin. Qulunuz libasından məhrum edildiyi halda siz susa bilməzsiniz».

Tapıntı ilə bağlı tarixçi Saymon Şama şərh verir ki, bu xahişnamə «bir fəhlənin [libasının] qaytarılması üçün edilən adi yalvarış deyil. Buradan həmçinin görünür ki, ərizəçi Bibliyanın hüquq kodeksi ilə, ələlxüsus, Lavililər və Qanunun təkrarı kitablarında yazılmış kasıblara zülm etməyi qadağan edən əmrlərlə tanış idi».