TƏLİM MƏQALƏSİ 1
Sakitliyinizi qoruyun və Yehovaya etibar edin
2021-Cİ İLİN AYƏSİ: Sakitlik və etibar sizin gücünüz olacaq (ƏŞY. 30:15).
NƏĞMƏ 3 Yehova gücümüz, ümidimiz, güvənc yerimiz
İCMAL *
1. Davud padşah kimi bəzən bizi hansı sual narahat edir?
QAYĞILARDAN uzaq dinc həyat. Bu hamının arzusudur. Kim istəyər ki, narahatlıq keçirsin? Amma istər-istəməz həyatımızda elə anlar olur ki, biz nəyinsə fikrini çəkirik. Bu səbəbdən bəzən Yehovanın xidmətçiləri Ona Davud padşahın verdiyi sualı verirlər: «Nə vaxtadək canım bu əzaba dözəcək, günbəgün bu dərdi qəlbimdə daşıyacağam?» (Zəb. 13:2).
2. Bu məqalədə nə müzakirə olunacaq?
2 Baxmayaraq ki, narahatlıq hissindən tamamilə azad olmaq mümkün deyil, amma bu hisslərə müəyyən dərəcədə hakim kəsilmək mümkündür. Bu məqalədə ilk növbədə müəyyən edəcəyik ki, nələr narahatlıq keçirməyimizə səbəb ola bilər. Sonra problemlər zamanı sakitliyimizi qorumağa kömək edəcək altı üsulu araşdıracağıq.
NARAHATLIQ KEÇİRMƏYİMİZƏ SƏBƏB OLAN AMİLLƏR
3. Nələr narahatlıq keçirməyimizə səbəb ola bilər, bəs onların qarşısını almaq bizim əlimizdədir?
3 Yəqin, razılaşarsınız ki, narahatlıq keçirməyimizə səbəb olan bəzi şeylərin qarşısını almaq bizim əlimizdə deyil. Yeməyin, paltarın, evin qiymətinin hər il artıb-artmamasına təsir edə bilmərik. İş yoldaşımızın, sinif yoldaşımızın bizi nadürüstlüyə və əxlaqsızlığa sövq etməməsi üçün onların düşüncəsini idarə edə bilmərik. Ərazimizdə baş verən cinayətkarlığa son qoymaq da bizim Mət. 13:22; 1 Yəh. 5:19). Ona görə də dünyada bu qədər stressli vəziyyətin olması təəccüblü deyil.
əlimizdə deyil. Bu cür çətinliklərlə üzləşməyimizə səbəb insanların Müqəddəs Kitab prinsiplərinə uyğun yaşamamasıdır. Üstəlik, bu dünyanın tanrısı Şeytan istəyir ki, başımız bu zəmanənin qayğılarına qarışsın və Yehovaya xidmət etməyək (4. Həddən artıq narahatlıq nəyə gətirib çıxara bilər?
4 Ola bilər, bu kimi problemlərə görə o qədər narahat olaq ki, daha heç nə düşünə bilməyək. Məsələn, bizi fikir götürə bilər ki, özümüzü dolandıra biləcəyikmi, birdən xəstələnərik, işləyə bilmərik, yaxud birdən işimizi itirərik. Həmçinin Allahın qanununu pozmağa təhrik olunanda sadiq qalıb-qalmayacağımıza görə narahatlıq keçirə bilərik. Tezliklə Şeytan əlaltılarını Allahın xalqına qarşı hücuma qaldıracaq. Ona görə də, ola bilsin, bizi fikir götürsün ki, bu hücum zamanı necə davranacağıq. Digər tərəfdən də, düşünə bilərik: «Belə şeylərə görə narahat olmağım səhv deyil ki?»
5. İsa «daha qayğı çəkməyin» deyərkən nəyi nəzərdə tuturdu?
5 Bildiyimiz kimi, İsa Məsih davamçılarına demişdi: «Daha qayğı çəkməyin» (Mət. 6:25). İsa bununla demək istəyirdi ki, biz heç nəyə görə qayğı çəkməməliyik? Əlbəttə ki, yox! Keçmişdə Yehovanın bəzi xidmətçiləri güclü narahatlıq keçirirdi. Amma buna görə Yehovanın rəğbətini itirməmişdilər * (1 Pad. 19:4; Zəb. 6:3). İsa bu sözləri bizə təskinlik üçün demişdi. O istəmirdi ki, bu həyatın qayğıları Yehovaya ibadətimizi üstələsin. Bəs həddən artıq narahat olmamaq üçün nə edə bilərik? (« Buna nail olmağın üsulları» adlı çərçivəyə baxın.)
DAXİLİMİZDƏ SAKİTLİYİ QORUMAĞIN ALTI ÜSULU
6. Filippililərə 4:6, 7 ayələrinə əsasən, sakitlik tapmağa bizə nə kömək edə bilər?
6 1) Tez-tez dua edin. Qayğılar bizi çulğayanda Yehovaya dua etmək ürəyimizə aramlıq gətirəcək (1 But. 5:7). Dualarınıza cavab olaraq «Allahın hər bir ağıldan üstün olan sülhü»nü alacaqsınız. (Filippililərə 4:6, 7 ayələrini oxuyun.) Yehova bizə aman verməyən fikirləri müqəddəs ruhu vasitəsilə ram edəcək (Qal. 5:22).
7. Yehovaya dua edərkən nəyi yadda saxlamalıyıq?
7 Yehovaya dua edəndə bütün ürəyinizi Ona boşaldın. Sizi nəyin narahat etdiyini konkret deyin; hansı probleminiz var, özünüzü necə hiss edirsiniz, hamısını Yehova ilə bölüşün. Həll olunası problemdirsə, həlli üçün Yehovadan hikmət və güc istəyin. Yox əgər problemin həlli sizdən asılı deyilsə, Yehovaya dua edin ki, sizə bu məsələyə görə çox narahat olmamağa kömək etsin. Sizi narahat edən məsələni Yehovaya aydın desəniz, Yehovanın cavabını da aydın görəcəksiniz. İşdir, dualarınıza cavabı dərhal almasanız, ruhdan düşməyin. Yehova konkret dua etməyinizlə yanaşı, təkidlə dua etməyinizi istəyir (Luka 11:8—10).
8. Dua edərkən nəyi vurğulamağı unutmamalıyıq?
8 Yehovaya duada dərdinizi deyəndə şükran sözlərini də deməyi unutmayın. Yaxşı olar ki, hətta problemlər başımızdan aşanda belə, Yehovanın bizə verdiyi 2 Saln. 18:31; Rom. 8:26).
nemətlərə görə minnətdarlığımızı bildirək. Ola bilsin, bəzən o qədər narahat olacaqsınız ki, Yehovaya duada nə deyəcəyinizi bilməyəcəksiniz. Bu zaman sadəcə «kömək et» desəniz belə, Yehova duanıza cavab verəcək (9. Əsl müdafiəni harada tapa bilərik?
9 2) Özünüzün yox, Yehovanın hikmətinə arxalanın. Eramızdan əvvəl VIII əsrdə aşşurlular Yəhudaya hücum etmək istəyirdi. Aşşurlulara məğlub olmaqdan qorxan xalq kömək üçün bütpərəst Misirə üz tutdu (Əşy. 30:1, 2). Yehova onları xəbərdar etdi ki, Misirə üz tutmaları onlara baha başa gələcək, axırları yaxşı olmayacaq (Əşy. 30:7, 12, 13). Həmçinin Yehova Əşiya peyğəmbər vasitəsilə əsl müdafiəni harada tapacaqlarını da demişdi: «Sakitlik və [Yehovaya] etibar sizin gücünüz» olacaq (Əşy. 30:15b).
10. Hansı vəziyyətlərdə Yehovaya etibar etdiyimizi göstərə bilərik?
10 Yehovaya etibar etdiyimizi necə göstərə bilərik? Məsələn, növbəti vəziyyətlər yarana bilər. Təsəvvür edin ki, yüksək maaşlı iş təklifi almısınız. Amma iş saatı çox olduğuna görə ruhani işlərə əvvəlki qədər vaxt ayıra bilməyəcəksiniz. Yaxud işdə kimsə sizə romantik maraq göstərir. Amma həmin insan Yehovanın vəftiz olmuş xidmətçisi deyil. Ya da ki, doğma ailə üzvünüz sizin qarşınıza şərt qoyub deyir: «Ya mən, ya da Allahın». Bu vəziyyətlərin hər birində siz qərar verməlisiniz. Amma hər vəziyyətlə bağlı Yehova sizə yol göstərəcək (Mət. 6:33; 10:37; 1 Kor. 7:39). Bəs Yehovaya etibar edib, Onun göstərdiyi yolla gedəcəksiniz?
11. Allahın Kəlamındakı hansı hadisələr təqiblərlə üzləşərkən sakitliyimizi qorumağa bizə kömək edə bilər?
11 3) Yaxşı və pis nümunələrdən nəticə çıxarın. Allahın Kəlamında sakitliyimizi qorumağın və Yehovaya etibar etməyin önəmini göstərən çoxlu nümunələr var. Bu hadisələri oxuyarkən görün Allahın xidmətçilərinə güclü təqiblər qarşısında sakitliklərini qorumağa nə kömək etmişdi. Məsələn, yəhudi ali məhkəməsi həvarilərə əmr edəndə ki, təbliği dayandırsınlar, onlar qorxuya düşmədilər. Əksinə, cəsarətlə dedilər: «Biz insanlara yox, hökmdarımız Allaha itaət etməliyik» (Həv. 5:29). Hətta döyülsələr də, təlaşa düşmədilər. Çünki bilirdilər ki, Yehova onların tərəfindədir və onlardan razıdır. Buna görə də müjdəni təbliğ etməyə davam etdilər (Həv. 5:40—42). Eynilə, Stefan ölümlə üz-üzə duranda daxilində o qədər sakitlik var idi ki, üzü mələk üzünə bənzəyirdi (Həv. 6:12—15). Çünki Yehovanın ondan razı olduğuna əmin idi.
12. 1 Butrus 3:14 və 4:14 ayələrinə əsasən, təqiblərlə üzləşərkən nəyə görə xoşbəxt ola bilərik?
12 Həvarilər Yehovanın onlarla olduğunun aydın sübutunu görürdülər: Yehova onlara möcüzələr göstərmək qabiliyyəti vermişdi (Həv. 5:12—16; 6:8). Yehova bu gün bizə belə qabiliyyət verməsə də, Kəlamı vasitəsilə arxayın edir ki, salehlik uğrunda əzab çəkərkən xoşbəxt ola bilərik, çünki bizdən məmnundur və ruhu üzərimizdədir. (1 Butrus 3:14; 4:14 ayələrini oxuyun.) Ona görə də gələcəkdə təqiblərlə üzləşərkən necə davranacağımıza görə narahat olmaqdansa, yaxşı olar ki, indi diqqətimizi Yehovanın bizə qurtuluş verməyə qadir olduğuna əminliyimizi necə artıra biləcəyimizə cəmləyək. İlk şagirdlər kimi, biz də İsa Məsihin vədinə etibar etməliyik: «Mən sizin dilinizə elə sözlər qoyacağam, sizə elə hikmət verəcəyəm ki, düşmənləriniz sizə bata bilməyəcək, sözünüzün qabağında söz deyə bilməyəcək». Bizə belə bir zəmanət verilib: «Dözümlə həyatınızı xilas edəcəksiniz» (Luka 21:12—19). Bir şeyi də unutmayın: Yehova ölənə qədər sadiq qalan xidmətçiləri haqda ən xırda təfsilatları belə yadında saxlayır ki, onları həyata qaytarsın.
13. Sadiqliyini qorumayan və Yehovaya etibar etməyən insanların nümunəsini araşdırmaq nəyə görə lazımdır?
13 Müqəddəs Kitabda sakitliyini qorumayan və Yehovaya etibar etməyən insanlardan da danışılır. Bu pis nümunələr haqda oxumaq onların səhvlərini təkrarlamamağa kömək edəcək. Məsələn, Yəhuda padşahı olan Asanın üstünə böyük bir qoşun yürüş etmişdi. Asa padşah Yehovaya etibar etdiyi üçün Yehova ona qələbə nəsib etdi (2 Saln. 14:9—12). Amma sonralar İsrail padşahı Başa qat-qat kiçik ordusu ilə Asaya qarşı çıxanda o, xilas üçün Yehovaya üz tutmadı. Bu dəfə o, Aram padşahına qızıl-gümüş göndərib, ondan kömək istədi (2 Saln. 16:1—3). Həmçinin Asa ölümünün sonuna yaxın xəstə yatağına düşəndə də kömək üçün Yehovaya üz tutmadı (2 Saln. 16:12).
14. Asanın səhvlərindən hansı ibrət dərsini götürürük?
14 Əvvəl-əvvəl Asa problemlə üzləşəndə Yehovadan kömək istəyirdi. Amma sonradan Yehovaya güvənmək əvəzinə, məsələləri özü həll etməyə başladı. İlk baxışdan Asa padşahın İsrailə qarşı çıxmaq üçün Aram padşahına üz tutması ağlabatan görünə bilərdi. Amma onun nail olduğu sülh çox çəkmədi. Yehova peyğəmbər vasitəsilə ona belə dedi: «Sən Allahın Yehovaya yox, Aram padşahına arxalandığın üçün Aram padşahının ordusu sənin əlindən qurtuldu» (2 Saln. 16:7). Biz də problemlərimizin həllində özümüzə arxalanmaqdan ehtiyat etməliyik. Düşünməməliyik ki, Yehovanın Kəlamına üz tutub rəhbərlik axtarmağa lüzum yoxdur. Hətta vəziyyət təcili olsa belə, sakitliyimizi qoruyub, Yehovaya güvənməliyik. Onda O bizə düzgün qərar verməyə kömək edəcək.
15. Müqəddəs Kitabı mütaliə edərkən nə edə bilərik?
15 4) Müqəddəs Kitabdan ayələr əzbərləyin. Mütaliə zamanı sakitliyi qorumağın və Yehovaya etibarın vacibliyini göstərən ayələr qarşınıza çıxanda çalışın onları əzbərləyin. Bunun üçün ayələri ucadan oxumaq, yaxud bir yerə qeyd edib, tez-tez nəzərdən keçirmək olar. Yehova Yuşəyə buyurmuşdu ki, Tövratı alçaq səslə oxusun. Bunun sayəsində o, hikmətlə hərəkət edəcəkdi, onu qorxuya salacaq vəziyyətlər qarşısında cəsur olacaqdı (Yuş. 1:8, 9). Eynilə, Allahın Kəlamındakı ayələr sizə də kömək edə bilər. Onların sayəsində siz adətən narahatlıq və qorxu keçirdiyiniz vəziyyətlərdə qəlb rahatlığınızı qoruya biləcəksiniz (Zəb. 27:1—3; Məs. 3:25, 26).
16. Yehova sakitliyimizi qorumağımıza və Ona etibar etməyimizə yığıncaq vasitəsilə necə kömək edir?
16 5) Allahın xalqı ilə yaxın olun. Yehova bacı-qardaşlar vasitəsilə bizə sakitliyimizi qorumağa və Ona etibar etməyə kömək edir. Yığıncaq görüşlərimizdə İbr. 10:24, 25). Həmçinin yığıncaqdakı yaxın dostumuza ürəyimizin dərdini açmaq da bizi çox ruhlandıra bilər. Dostumuzun söylədiyi xoş sözün narahatlığımızın azalmasında əvəzsiz rolu ola bilər (Məs. 12:25).
səhnədən eşitdiyimiz fikirlərin, bacı-qardaşların verdiyi şərhlərin və ruhlandırıcı ünsiyyətin bizə böyük faydası var (17. İbranilərə 6:19 ayəsinə əsasən, ümidimiz çətin vəziyyətlər qarşısında möhkəm qalmağımıza necə kömək edir?
17 6) Ümidinizi möhkəmləndirin. Ümidimiz gəmi lövbəri kimi həyatımızın keşməkeşli, təlatümlü anlarında möhkəm qalmağımıza kömək edir. (İbranilərə 6:19 ayəsini oxuyun.) Yehovanın gələcəklə bağlı verdiyi vəd haqda düşünün. Həmin vaxt gərginlik yaradan vəziyyətlər olmayacaq (Əşy. 65:17). Bir düşünün, sülhün hökm sürəcəyi yeni dünyada artıq sizi təlaşa salan heç bir vəziyyətlə üzləşməyəcəksiniz (Mik. 4:4). Həmçinin yeni dünya barədə başqaları ilə danışanda da ümidiniz möhkəmlənir. Təbliğ və şagird hazırlamaq işində əlinizdən gələni edin. Bunun sayəsində siz ümidinizi axıradək möhkəm saxlayacaqsınız (İbr. 6:11).
18. Gələcəkdə bizi hansı çətinliklər gözləyir, onlara sinə gərməyə bizə nə kömək edəcək?
18 Bu dünyanın sonu yaxınlaşdıqca narahatlığımıza səbəb olan problemlər daha da artacaq. 2021-ci ilin ayəsi bizə problemlərə sinə gərməyə və sakitliyimizi qorumağa kömək edə bilər. Əlbəttə ki, buna öz gücümüzə yox, Yehovaya etibar sayəsində nail ola bilərik. Gəlin il boyunca Yehovanın növbəti vədinə imanımızı əməldə göstərək: Sakitlik və etibar sizin gücünüz olacaq (Əşy. 30:15).
NƏĞMƏ 8 Yehova pənahımızdır
^ abz. 5 2021-ci ilin ayəsi həm indiki, həm də gələcəkdəki çətinliklər zamanı Yehovaya etibar etməyin vacibliyini göstərir. Bu məqalədə ilin ayəsinə uyğun davranmağımıza kömək edəcək üsullar araşdırılır.
^ abz. 5 Bəzi bacı-qardaşlarımız İsanın dediyi narahatlıqdan daha şiddətli narahatlıq keçirirlər. Onlar təşviş hissindən və panik pozuntudan əziyyət çəkirlər, bu, insanın səhhətində yaranan ciddi problemdən qaynaqlanır.
^ abz. 63 ŞƏKLİN İZAHI: 1) Bacı keçirdiyi narahatlıq barədə gün ərzində tez-tez dua edir.
^ abz. 65 ŞƏKLİN İZAHI: 2) Nahar fasiləsində hikmətli məsləhətlər üçün Allahın Kəlamını oxuyur.
^ abz. 67 ŞƏKLİN İZAHI: 3) Müqəddəs Kitabda yazılmış pis və yaxşı nümunələr barədə düşünür.
^ abz. 69 ŞƏKLİN İZAHI: 4) Əzbərləmək istədiyi ayələri soyuducunun üzərinə yapışdırır.
^ abz. 71 ŞƏKLİN İZAHI: 5) Dindaşı ilə xidmətdə olarkən xoş ünsiyyət edir.
^ abz. 73 ŞƏKLİN İZAHI: 6) Gələcək barədə düşünərək ümidini möhkəmləndirir.