Kontentə keç

Mündəricatı göstər

Mütaliə üçün tövsiyə

Mütaliə üçün tövsiyə

Bacı-qardaşların bioqrafiyasını oxumağı xoşlayırsınız?

Bir ər-arvad hər səhər bir bioqrafiya oxuyur. Onlar deyir: «Bu məqalələri oxumaq bizə çox xoşdur, çox ruhlanırıq! Onlardan öyrənirik ki, istənilən sınaq zamanı biz də sadiq qala bilərik». Eyni hissləri keçirən bir bacı deyir: «Bu bioqrafiyalar insana qəlb rahatlığı verir, həvəsləndirir, ürəyi sevindirir. Bacı-qardaşlarımızın həyatı çox mənalı, məqsədyönlüdür. Onların hekayələri məni təşviq edir ki, daha çox xidmət edim və övladlarımı Yehovaya tamvaxtlı xidmət etməyə istiqamətləndirim».

Bioqrafiyalar sizdə istək oyada bilər ki, qarşınıza dəyərli məqsədlər qoyasınız, zəif cəhətlərinizə üstün gələsiniz və ağır sınaqlara sevinclə, ləyaqətlə tab gətirəsiniz. Bu bioqrafiyaları haradan tapa bilərsiniz?

  • «JW Library®» tətbiqində və ya jw.org saytında silsilə məqalələr olan «Yehovanın Şahidlərinin bioqrafiyaları» bölməsinə daxil olun.

  • «Gözətçi Qülləsinin ONLAYN KİTABXANASI» və ya «Gözətçi qülləsinin kitabxanası»nda «Yehovanın Şahidlərinin bioqrafiyaları» yazıb axtarın.