Kontentə keç

Mündəricatı göstər

MÜTALİƏ ÜÇÜN TÖVSİYƏ

Şəkil çək, yadda saxla

Şəkil çək, yadda saxla

Yəqin, bir çoxları kimi sizə də oxuduqlarınızı yadda saxlamaq çətin olur. Bəs fikir vermisiniz, İsanın çəkdiyi nümunələr, istifadə etdiyi bədii təsvirlər adamın yadına tez düşür? Çünki onları ağlımızda canlandıra bilirik və buna görə də onlar asan yadda qalır. Eynilə siz də öyrəndiklərinizi xəyalınızda canlandırsanız, daha çox şey yadınızda qalacaq. Bəs bunu necə etmək olar? Öyrəndiklərinizin şəklini çəkməklə.

İnsan öyrəndiyi yeni şeylərin rəsmini çəkəndə onu daha yaxşı yadda saxlayır. Bunun sayəsində təkcə ayrı-ayrı sözlər yox, həmçinin mücərrəd fikirlər və anlayışlar da yadda qalır. Adətən bu şəkillər rəsm əsərindən çox, cızma-qaraya bənzəyir. Təcrübə göstərir ki, yaşlı insanlar bu üsulun faydasını daha çox görür.

Bəlkə, növbəti dəfə mütaliə edəndə öyrəndiyiniz bəzi şeylərin şəklini çəkəsiniz? Özünüz də məəttəl qalacaqsınız ki, nə qədər şey yadınızda qalıb!