MÜTALİƏ ÜÇÜN TÖVSİYƏ
Ruhani incilər tapıb onları tətbiq edin
Müqəddəs Kitabı mütaliə edəndə oxuduğunuz parçaya dair axtarış aparsanız, ruhani incilər tapa bilərsiniz. Bəs mütaliədən tam fayda əldə etmək üçün nə etmək olar?
Dərinliyə varın. Oxuduğunuz parçadakı detallara fikir verin. Məsələn, bu suallar üzərində düşünün: «Bunu kim yazıb? Nə vaxt yazıb? Kimə ünvanlayıb? Hadisə hansı şəraitdə baş verib? Ondan əvvəl və sonra nələr olub?»
Özünüz üçün nəticə çıxarın. Bunun üçün növbəti suallar üzərində düşünə bilərsiniz: «Haqqında oxuduğum insanlar hansı hissləri keçirmişdi? Onlarda hansı xüsusiyyətlər var idi? Nəyə görə mən də bu xüsusiyyətləri təzahür etdirməliyəm və ya onlardan uzaq durmalıyam?»
Öyrəndiklərinizi tətbiq edin. Öyrəndiklərinizi digər insanlarla rəftarda və ya xidmətdə tətbiq edə bilərsiniz. Belə etsəniz, hikmətli olacaqsınız. Necə ki Müqəddəs Kitabda yazılıb: «Əmrlərinə əməl edən ağıllı adamdır» (Zəb. 111:10).
-
Tövsiyə: Görün həftəiçi görüşün «Allahın Kəlamındakı xəzinə» hissəsindəki materiallar diqqətimizi öyrəndiklərimizin tətbiqinə cəmləməyə necə kömək edir. Bu hissədə üzərində düşünmək üçün suallar, fikirlər və şəkillər olur.