Kontentə keç

Mündəricatı göstər

MÜQƏDDƏS KİTABDAN İFADƏ

Fidyədən öncə günahların bağışlanması

Fidyədən öncə günahların bağışlanması

Bizim günahlarımız yalnız İsa Məsihin öz qanı bahasına ödədiyi fidyə sayəsində bağışlanır (Efes. 1:7). Bununla belə, Müqəddəs Kitabda deyilir: «Allah səbir göstərib keçmişdə [fidyədən öncə] işlənmiş günahları bağışlayırdı» (Rom. 3:25). Yehova fidyədən əvvəl günahları necə bağışlayırdı və bu, Onun mükəmməl ədalət prinsipi ilə necə uzlaşır?

Yehova Ona və vədlərinə iman gətirən kəsləri xilas etmək üçün bir «övlad» gələcəyini vəd etmişdi. O, bu vədi verəndə sanki fidyə artıq ödənildi (Yar. 3:15; 22:18). Yehova tam əmin idi ki, təyin etdiyi vaxtda yeganə Oğlu könül xoşluğu ilə fidyəni ödəyəcək (Qal. 4:4; İbr. 10:7—10). İsa Allahın nümayəndəsi kimi yer üzündə olanda ona günahları bağışlamaq səlahiyyəti verilmişdi. Hələ onda fidyə ödənilməmişdi. O, imanlı insanların günahını bağışlayırdı, çünki bilirdi ki, verəcəyi fidyə onların günahlarını örtməyə qadirdir (Mət. 9:2—6).