Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDAKI MÖVZU | VƏRDİŞLƏRİNİZİN AĞASI OLUN

1 Realist olun

1 Realist olun

Ola bilsin, siz tez bir zamanda həyatınızda hər şeyi dəyişmək istəyirsiniz. Özünüzə söz verirsiniz: «Bu gündən siqareti atıram, söyüşü tərgidirəm, həmçinin vaxtında yatacağam, idman edəcəyəm, yeməyimə fikir verəcəyəm və yaxınlarımla maraqlanacağam». Ancaq eyni anda bütün məqsədlərinizə çatmaq istəsəniz, «Əli aşından da olacaqsınız, Vəli aşından da»!

MÜQƏDDƏS KİTABDAN AYƏ: «Hikmət isə təvazökar insanladır» (Məsəllər 11:2).

Təvazökar insan vəziyyətə real baxır. O, vaxtının, gücünün və imkanlarının məhdud olduğunu dərk edir. Bu cür insan hər şeyi bir dəfəyə yox, növbə ilə dəyişməyə çalışır.

Eyni anda bütün məqsədlərinizə çatmaq istəsəniz, «Əli aşından da olacaqsınız, Vəli aşından da».

TƏKLİF

Vərdişlərinizin üzərində növbə ilə çalışın. Məsələn:

  1. İki siyahı tutun. Birinə sahib olmaq istədiyiniz yaxşı vərdişlərinizi, digərinə isə tərgitmək istədiyiniz pis vərdişlərinizi yazın. Əgər siyahınızın uzun olarsa, narahat olmayın.

  2. Sonra yazdıqlarınızı vacibliyinə görə sıralayın.

  3. Hər iki siyahıdan bir-iki vərdişi seçin və ancaq onların üzərində işləyin. Bu vərdişlərə nail olandan sonra digər vərdişlərin üzərində də bu formada işləməyə davam edin.

Pis vərdişinizi yaxşısı ilə əvəz edərək bir güllə ilə iki quş vurun. Məsələn, əgər tərgitmək istədiyiniz vərdişlər sırasında televizora çox baxmaq, nail olmaq istədiyiniz vərdişlər arasında isə yaxınlarınıza vaxt ayırmaq varsa, belə edə bilərsiniz: hər gün evə qayıdanda televizorun qabağına qaçmaq əvəzinə, dostunuz və ya qohumunuzla əlaqə saxlayın.