Kontentə keç

Mündəricatı göstər

TƏLATÜMLÜ DÜNYADA

4. Ümidinizi itirməyin

4. Ümidinizi itirməyin

NƏ ÜÇÜN VACİBDİR?

Dünyada baş verənlərə görə narahatlıq insanların sağlamlığına, emosional vəziyyətinə ciddi zərbə vura bilər. Bu hadisələrdən zərər çəkən insanların çoxu gələcəyə olan ümidini itirir. Bu nəyə gətirib çıxarır?

  • Bəziləri gələcək barədə düşünmək belə istəmir.

  • Bir başqaları narahatlıqdan yaxa qurtarmaq üçün spirtli içkilərə, narkotikə qurşanır.

  • Kimlərsə fikirləşir ki, belə yaşamaqdansa, ölmək yaxşıdır. Buna görə də intihar barədə düşünürlər.

Nəyi bilməlisiniz?

  • Bəlkə də, üzləşdiyiniz bəzi problemlər müvəqqətidir və gözlənilmədən yoluna düşəcək.

  • Hətta vəziyyət dəyişmirsə də, buna tab gətirmək üçün müəyyən addımlar ata bilərsiniz.

  • Müqəddəs Kitab insana ümid verir. Orada yazılıb ki, Allah bəşəriyyətin problemlərini birdəfəlik həll edəcək.

Nə edə bilərsiniz?

Müqəddəs Kitabda deyilir: «Heç vaxt sabahkı gün üçün narahat olmayın, çünki sabahkı gün özü ilə yeni qayğılar gətirəcək. Hər günün dərdi özünə bəsdir» (Mətta 6:34).

Bu günlə yaşayın. Qoymayın ki, sabahkı günün dərdi sizi bu günün işini görməkdən saxlasın.

Sabahın dərdini çox çəksəniz, gərginliyiniz artacaq, gələcəyə nikbin baxa bilməyəcəksiniz.

Müqəddəs Kitab insana ümid verir

Qədimdə bir mömin insan Allaha dua edərkən demişdi: «Sözün addımlarıma çıraq, yollarıma işıqdır» (Zəbur 119:105). Gəlin görək Allahın Kəlamı hansı mənada çıraq və işıqdır.

Qaranlıq gecədə çıraq bizə kömək edir ki, addımlarımızı hara atdığımızı görək. Eynilə,Müqəddəs Kitabdakı hikmətli məsləhətlər də çətin məsələlərdə düzgün qərar verməyə bizə kömək edir.

İşıq bizim yolumuzu aydınlaşdırır. Beləcə, qarşıda nə olduğunu görürük. Buna bənzər tərzdə Müqəddəs Kitab bizim gələcəyə olan baxışımızı aydınlaşdıra bilər.