Ön söz
Uğurlu ailənin 12 sirri
Ailə həyatının nəyə görə uğursuzluğa düçar olduğu haqda çox şey eşidirik. Bəs uğura necə nail ola bilərik?
1990—2015-ci illər ərzində Birləşmiş Ştatlarda boşanmanın sayı 50 yaşdan yuxarı insanlar arasında ikiqat, 65 yaşdan yuxarı insanlar arasında isə üçqat artıb.
Valideynlər çaş-baş qalıblar: bəzi mütəxəssislər uşaqları tez-tez tərifləməyi, digərləri isə onları sərt şəkildə tərbiyə etməyi məsləhət görür.
Gənclər uğurlu olmaları üçün lazım olan qabiliyyətlərə yiyələnməmiş yetkinlik yaşına qədəm qoyurlar.
Fəqət, bu faktdır ki . . .
nikah telləri xoşbəxt və daimi ola bilər.
valideynlər övladlarını məhəbbətlə tərbiyə etməyi öyrənə bilər.
gənclər yetkin yaşda onlara lazım olacaq qabiliyyətlərə yiyələnə bilər.
Necə? «Oyanın!» jurnalının bu sayında uğurlu ailənin 12 sirri araşdırılacaq.