Kontentə keç

Mündəricatı göstər

Texnologiyanın təsiri. Övladlarınıza

Texnologiyanın təsiri. Övladlarınıza

Uşaqlar texnologiyadan elə məharətlə istifadə edirlər ki, onları çox vaxt «rəqəmsal yerlilər» adlandırırlar. Yetkin yaşda olan insanların isə texnologiyadan o qədər də başı çıxmadığı üçün onlara «rəqəmsal mühacirlər» deyirlər.

Bununla belə internetdə çox vaxt keçirən uşaqlar adətən...

  • elektron cihazlarından asılı olurlar.

  • kiberxuliqanlıq edir və ya kiberxuliqanlığa məruz qalırlar.

  • istər-istəməz pornoqrafik şəkillərlə rastlaşırlar.

NƏYİ BİLMƏK LAZIMDIR?

ASILILIQ

Bəzi onlayn məşğuliyyətlər, məsələn, oyunlar asılılıq yaradır. Bu, təsadüfi deyil. Bir kitabda deyilir: «Telefonlardakı tətbiqlər elə tərtib olunur ki, telefon əlimizdən düşməsin» («Reclaiming Conversation»). Tətbiqlərdən istifadə edərkən çıxan reklamlara baxdıqca reklamçılar üçün gəlir mənbəyinə çevrilirik.

DÜŞÜNÜN: Övladlarınız elektron cihazlarından asılıdır? Onlara vaxtın qədrini bilməyə necə kömək edə bilərsiniz? (EFESLİLƏRƏ 5:15, 16).

KİBERXULİQANLIQ

Bəzi insanlar onlayn məkanda aqressiv, kobud davranır, başqalarının hisslərini nəzərə almır. Bu isə xuliqanlığa gətirib çıxarır.

Bəziləri isə daha çox insan tərəfindən bəyənilmək və izlənilmək məqsədilə internetdə kobudluq edir. Yaxud da kimsə özünün kənarda qaldığını, məsələn, qonaqlığa dəvət olunmadığını görəndə düşünür ki, ona qarşı kobudluq edilib.

DÜŞÜNÜN: Övladlarınız internetdə ədəb qaydalarına riayət edir? (Efeslilərə 4:31). Nədənsə kənarda qaldıqlarını görəndə necə davranırlar?

PORNOQRAFİYA

İnternetdə əxlaqsız məzmunlu materiallar asanlıqla əlçatandır. Valideynlər başa düşməlidirlər ki, filtr tətbiqləri bu cür materialların qarşısını müəyyən qədər alsa da, tam müdafiəni təmin etmir.

Sekstinqə, yəni açıq-saçıq şəkillərin göndərilməsinə və qəbul edilməsinə görə insan cinayət məsuliyyətinə cəlb oluna bilər. Ölkənin qanunlarından və iştirakçıların yaşından asılı olaraq, sekstinqlə məşğul olanlar uşaq pornoqrafiyası yaymaqda ittiham oluna bilər.

DÜŞÜNÜN: Övladlarınıza necə başa sala bilərsiniz ki, internetdə əxlaqsız şəkillərə baxmasınlar və ya heç kimə bu cür şəkillər göndərməsinlər? (EFESLİLƏRƏ 5:3, 4).

NƏ EDƏ BİLƏRSİNİZ?

ÖVLADLARINIZI BAŞA SALIN

«Rəqəmsal yerlilər» texnologiyadan məharətlə istifadə etsələr də, onları istiqamətləndirmək lazımdır. Bir kitabda deyilir ki, uşağa düzgün istifadə etməyi öyrətməmiş smartfon və ya başqa bir cihaz vermək ona «üzməyi bacarmadığı halda suya baş vurmağa icazə vermək qədər məsuliyyətsizlikdir» («Indistractable»).

MÜQƏDDƏS KİTABDAN MƏSLƏHƏT: «Uşağa düzgün yolu öyrət, qocalanda da o yoldan çıxmaz» (MƏSƏLLƏR 22:6).

Sizə uyğun gələn məsləhətləri seçin, yaxud öz fikirlərinizi yazın.

  • Uşağa internet məkanında ədəb qaydalarına əməl etməyi öyrədin.

  • Nədənsə kənarda qaldığını düşünəndə düzgün davranmağı başa salın.

  • Ədəbsiz məzmunlu materialların mümkün qədər qarşısını alın.

  • Uşağın telefonunu vaxtaşırı yoxlayın.

  • Telefondan istifadə üçün gündəlik limit təyin edin.

  • Uşağa qapalı yerdə, xüsusən də, gecə elektron cihazlardan istifadə etməyi qadağan edin.

  • Süfrə arxasında elektron cihazlardan istifadə etməyə icazə verməyin.