Kontentə keç

Mündəricatı göstər

Maya göbələyi olduqca mürəkkəbdir. Onun əsaslı struktura malik nüvəsində DNT-si var. Bundan başqa, molekulları çeşidləyən, nəql edən və bir növ yanacağa çevirən mikroskopik mexanizmlərlə təchiz olunub. Bu proseslər isə həmin hüceyrənin yaşaması üçün son dərəcə vacibdir.

Canlı aləmdən nə öyrənirik?

Canlı aləmdən nə öyrənirik?

Canlı varlıqlar böyüyür, hərəkət edir və çoxalır. Onlar planetimizin bəzəyidir. Müasir dövrdə canlı varlıqlar barədə məlumat əvvəlki dövrlərdən qat-qat çoxdur. Bəs onları araşdırarkən həyatın başlanğıcı barədə nə öyrənirik? Gəlin bir az bu barədə danışaq.

Həyat yaradılıb. Hüceyrə «həyatın inşaat bloku» adlanır. Hüceyrələr sanki kiçik fabriklərdir. Canlının yaşaması və törəməsi üçün hər bir hüceyrə çoxlu sayda və son dərəcə mürəkkəb funksiyalar icra edir. Bu hətta ən bəsit canlılara da aiddir. Məsələn, götürək birhüceyrəli maya göbələyini. İnsan orqanizmindəki hüceyrələrlə müqayisədə maya göbələyi sadə görünə bilər. Bununla belə, o, olduqca mürəkkəbdir. Onun əsaslı struktura malik nüvəsində DNT-si var. Bundan başqa, molekulları çeşidləyən, nəql edən və bir növ yanacağa çevirən mikroskopik mexanizmlərlə təchiz olunub. Bu proseslər isə həmin hüceyrənin yaşaması üçün son dərəcə vacibdir. Qidası olmayanda hüceyrədə onun fəaliyyətini zəiflədən kimyəvi proses başlayır. Bunun sayəsində maya göbələyi sağ qalır, amma sanki yuxuya gedir. Onu yenidən xəmirə qatanda isə oyanır, yəni aktivləşir.

Alimlər insan hüceyrələrini daha yaxşı öyrənmək üçün onilliklərdir ki, maya göbələyini tədqiq edirlər. Amma hələ də başa düşmədikləri çox şey var. İsveçdə Çalmers Texnologiya Universitetində çalışan professor Ros Kinq deyir: «Biz kifayət qədər bioloq tapa bilmirik ki, heç olmasa, bəsit canlı olan maya göbələyinin fəaliyyətini başa düşmək üçün istədiyimiz təcrübələri həyata keçirək».

İndi necə düşünürsünüz? Sadə maya göbələyinin ağlasığmaz mürəkkəbliyi Yaradanın olduğuna dəlalət etmir? Belə bir canlı öz-özünə yarana bilər?

Canlı varlıq yalnız canlı varlıqdan törəyir. DNT nukleotid adlanan molekullardan təşkil olunub. Bir insan hüceyrəsində 3,2 milyard nukleotid var. Bu kimyəvi birləşmələrin əmələ gətirdiyi dəqiq kod, sxem sayəsində hüceyrə ferment və zülallar istehsal edir.

Alimlər deyirlər ki, bu nukleotidlərin təsadüf nəticəsində düzgün düzülərək DNT molekulu əmələ gətirməsi şansı 10 150-də (1 yanında 150 sıfır) 1-ə bərabərdir. Bu isə demək olar ki, qeyri-mümkündür.

Deməli, heç bir elmi təcrübə canlı varlığın təsadüf nəticəsində cansız maddədən əmələ gəldiyini sübut edə bilməyib.

İnsan ecazkar varlıqdır. İnsan digər canlılardan fərqli olaraq, elə xüsusiyyətlərə sahibdir ki, onların sayəsində həyatdan həzz ala bilir. Məsələn, insan sosial varlıqdır. İstedadlara, hisslərə malikdir. İnsan müxtəlif dadlardan, iylərdən, səslərdən, rənglərdən, gözəl mənzərələrdən zövq almağı bacarır. Gələcək üçün planlar qurur, həyatın mənasını anlamağa çalışır.

Necə düşünürsünüz? Bu xüsusiyyətlər sağ qalmaq və törəmək üçün vacib olduğuna görə insanda təkamül edib? Yoxsa bütün bunlar həyatın Yaradandan bir hədiyyə olduğunu göstərir?