«Bu, yeni bir şeydir!»
CƏNUBİ KOREYADA Syuconq adlı orta məktəb metodisti öz sinfində www.pr418.com saytında yerləşən videolardan istifadə edib. O bölüşür: «Şagirdlərim “Əsil dost kimdir?” videosunu çox bəyəndilər. Videoya baxdıqdan sonra onlar dedilər: “Biz dostluğun belə olduğunu təsəvvür etmirdik. Bu, yeni bir şeydir!” Bəziləri bildirdi ki, məsləhətə ehtiyacları olanda saytı ziyarət edəcəklər». Syuconq əlavə edir: «Bütün iş yoldaşlarıma bu videonu məsləhət gördüm. Onlar dərs üçün belə gözəl vəsaitin olduğuna görə çox sevinmişdilər».
Cənubi Koreyadakı bir çox şagirdin xoşuna gələn digər video isə «Əl-qol atmadan xuliqanın cavabını ver» adlı qələm animasiyasıdır. Gənclərarası zorakılıqla mübarizə aparan bir təşkilatla əməkdaşlıq edən bir müəllim bu videonu şagirdlərinə göstərdi. O deyir: «Bu videoda şagirdlərin ən çox xoşuna gələn şəkillər oldu. Bundan əlavə, videonun özəlliyi odur ki, orada nəinki zorakılığın öhdəsindən gəlmək, hətta belə vəziyyətə düşməməyin yolu göstərilir». Həmin təşkilat bu videonu ibtidai və orta məktəblərdə istifadə etmək üçün icazə istədi. Videonu istifadə etməyə icazə verildi. Hətta polis nümayəndələri də www.pr418.com saytındakı videolardan istifadə edirlər.
Siz bu saytla hələ tanış deyilsiniz? Onda sizə bu sayta daxil olmağı məsləhət görürük. Saytdan istifadə etmək çox asandır. Oradakı audio və video materialları, Müqəddəs Kitabı və digər nəşrləri pulsuz yükləyə bilərsiniz.