Kontentə keç

Mündəricatı göstər

TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Dəniz midiyasının ifraz etdiyi sap

Dəniz midiyasının ifraz etdiyi sap

MİDİYALAR (dəniz molyusku) taxtaya, qayalara və gəmilərə yapışırlar. Amma digər dəniz canlılarından fərqli olaraq, onlar səthə birbaşa yox, ifraz etdikləri nazik saplar (bises sap) vasitəsilə yapışırlar. Bunun sayəsində midiyalar rahat qidalana və «miqrasiya» edə bilirlər. Lakin saplar okeanın dalğalarına duruş gətirmək üçün olduqca nazikdir. Bəs necə olur ki, onlar səthə yapışır və dalğalar onları qopara bilmir?

Məlumat. Bu sapların bir ucu yumşaq və elastik, digər ucu isə sərtdir. Tədqiqatçılar aşkar etmişlər ki, onların səthə belə möhkəm yapışmalarının sirri ifraz etdikləri sapların sərt hissəsinin 80 faiz, yumşaq hissəsinin isə 20 faiz təşkil etməsidir. Beləcə, midiyalar dəniz sularının güclü zərbələrinə davam gətirə bilirlər.

Professor Qay Genin fikrincə, bu, «möhtəşəm» ixtiradır. O deyir: «Bu canlını qeyri-adi edən sərt hissəsi ilə yumşaq hissəsinin bir-birilə mükəmməl tərzdə birləşməsidir». Alimlərin fikrincə, bu quruluşdan hər bir sahədə, məsələn, hansısa qurğunu binalara və ya sualtı gəmilərə yapışdırmaq, sümüyü vətərə birləşdirmək, cərrahi kəsikləri bağlamaq üçün istifadə etmək olar. Santa Barbaradakı (ABŞ) Kaliforniya universitetinin professoru Herbert Veyt deyir: «Nə qədər ki yapışma texnologiyası sahəsi mövcuddur, təbiət sonsuz ideya mənbəyi olaraq qalacaq».

Necə fikirləşirsiniz? Dəniz midiyasının ifraz etdiyi sap təkamülün nəticəsidir, yoxsa yaradılış möcüzəsi?