Taqətdən düşməyin
«Gəlin yaxşılıq etməkdən yorulmayaq» (QALAT. 6:9).
1, 2. Yehovanın təşkilatı haqqında araşdırmaq etibarımızı necə möhkəmləndirəcək?
BÖYÜK təşkilatın bir hissəsi olduğumuzu düşünmək heyrətamizdir. «Yezekel» kitabının 1-ci, «Daniel» kitabının isə 7-ci fəslində qələmə alınmış görüntülərdə Yehovanın niyyətini yerinə yetirmək üçün hadisələri istədiyi səmtə yönəltməsi aydın təsvir olunur. Diqqəti xoş xəbərin təbliğinə cəmləmək, bu işi icra edənləri ruhani qida ilə təmin etmək və başqalarına Yehovanın xidmətçisi olmağa kömək etmək üçün İsa Onun təşkilatının yerüzü hissəsinə rəhbərlik edir. Bu, Yehovanın təşkilatına etibar etməyimizə kömək edir (Mat. 24:45).
2 Bəs sən bu möhtəşəm təşkilatla ayaqlaşırsanmı? Həqiqətə olan sevgin artır, yoxsa azalır? Ola bilsin, bu cür sualların üzərində düşünərkən taqətdən düşdüyünü və ya əvvəlki kimi səyli olmadığını müşahidə edəcəksən. Bu kimi şeylər birinci əsrdə yaşayan məsihçilərin də başına gəlmişdi. Həvari Pavel həmin məsihçiləri xidmətdə canla-başla iştirak edən İsanın nümunəsini izləməyə təşviq edirdi. Pavel demişdi ki, bu, onlara yorulub ruhdan düşməməyə kömək edəcək (İbr. 12:3). Ötən məqalədə Yehovanın təşkilatının nələri həyata keçirdiyini müzakirə etdik. Bu məlumatları dərindən araşdırmağımızın sayəsində şövqümüzü və dözümlülüyümüzü itirməyəcəyik.
3. Taqətdən düşməmək üçün nə etməliyik və bu məqalədə nəyi müzakirə edəcəyik?
3 Ancaq Pavel taqətdən düşməmək üçün daha çox şeyi, yəni yaxşılıq etməli olduğumuzu vurğuladı (Qalat. 6:9). Deməli, bizdən bu göstərişə əməl etmək tələb olunur. Gəlin Yehovaya sadiq qalmağa və Onun təşkilatı ilə ayaqlaşmağa kömək edəcək beş sahəni nəzərdən keçirək. Sonra da bizim və ya ailəmizin nədəsə düzəliş etməli olub-olmadığımızı müəyyən edək.
RUHLANMAQ VƏ İBADƏT ETMƏK ÜÇÜN BİRGƏ TOPLAŞAQ
4. Nəyə əsasən deyə bilərik ki, birgə toplaşmaq həqiqi ibadətin ayrılmaz bir hissəsidir?
4 Yehovanın xidmətçiləri həmişə bir yerə toplaşırdılar. Gözlə görünməyən ruhani aləmdə mələklər təyin olunmuş vaxtda Yehovanın hüzuruna qalxırdılar (1 Pad. 22:19; Əyy. 1:6; 2:1; Dan. 7:10). Qədimdə israillilər eşidib öyrənmək üçün bir yerə yığışırdılar (Qanun. t. 31:10—12). Birinci əsrdəki yəhudilər adətləri üzrə Müqəddəs Yazıları oxumaq məqsədi ilə sinaqoqlara gedirdilər (Luka 4:16; Həv. iş. 15:21). Bir yerə toplaşmaq adəti məsihçi yığıncağının formalaşması ilə davam etdi və bu, ibadətimizin hələ də vacib hissəsidir. Həqiqi məsihçilər bir-birinə qarşı diqqətcil olub bir-birini məhəbbətə və xeyirxah işlərə təşviq edirlər. Yehovanın gününün yaxınlaşdığını gördükcə bir-birimizi daha çox ruhlandırmalıyıq (İbr. 10:24, 25).
5. Yığıncaq görüşlərində bir-birimizi necə ruhlandıra bilərik?
5 Bir-birimizi ruhlandırmağın vacib üsullarından biri yığıncaq görüşlərində iştirak etməkdir. Məqalələrdəki sualları cavablandırmaqla, ayələrə şərh verməklə, Müqəddəs Kitab prinsiplərinə riayət etməyin müdriklik olduğunu göstərən qısa əhvalat danışmaqla və digər üsullarla imanımızı açıqca ifadə etmək imkanımız var (Məz. 22:22; 40:9). Sözsüz razılaşarsan ki, yığıncaq görüşlərində nə vaxtdan iştirak etməyimizdən asılı olmayaraq, yaşlı və gənc bacı-qardaşların verdiyi səmimi şərhləri dinləmək çox ruhlandırıcıdır.
6. Yığıncaqlar ruhani sayıqlığımızı qorumağa necə kömək edir?
6 Başqa hansı səbəblərə görə Allah bizim müntəzəm olaraq bir yerə yığışmağımızı istəyir? Yığıncaq görüşləri və konqreslər bizə cəsarətlə təbliğ etməyə, təqiblərə və ya laqeyd münasibətlərə tab gətirməyə kömək edir (Həv. iş. 4:23, 31). Müqəddəs Kitab əsasında müzakirələr imanımızı möhkəmləndirir (Həv. iş. 15:32; Rom. 1:11, 12). Yığıncaqlarda aldığımız təlimlər və bir-birimizi ruhlandırmağımız bizə əsil xoşbəxtliyi dadmağa kömək edir və «dar gündən çıxarıb dinclik [verir]» (Məz. 94:12, 13). Yehovanın xalqının maariflənməsi üçün Rəhbərlik Şurasının Təlim komitəsi ruhani qidanın hazırlanmasına nəzarət edir. Hər həftə yığıncaqlarımızda faydalı biliklər aldığımız üçün çox minnətdarıq!
7, 8. a) Yığıncaq görüşlərində iştirak etməkdə əsas məqsəd nədir? b) Yığıncaq görüşləri sənin ruhən inkişaf etməyinə necə kömək edir?
7 Lakin yığıncaqlarda iştirak etməyimizin yeganə səbəbi bizə fayda gətirməsi deyil. Bunun əsas səbəbi Yehovaya ibadət etməkdir. (Məzmur 95:6 ayəsini oxu.) Rəbbə həmd etmək böyük şərəfdir! (Kolos. 3:16). Biz yığıncaqlara müntəzəm olaraq gəlməli və şərhlər verməliyik, çünki Yehova bu cür ibadətə layiqdir (Vəhy 4:11). Buna görə də «bəzilərinin vərdiş etdiyi kimi, yığıncaqlarımızdan [qalmamaq]» məsləhəti lap yerinə düşür (İbr. 10:25).
8 Yığıncaqlara Yehova pis insanları məhv edənə qədər tab gətirməyə kömək edən bir vasitə kimi yanaşırıqmı? Əgər cavab müsbətdirsə, onda qayğılarla dolu həyatımızda yığıncaqlar «daha vacib şeyləri»n sırasında olacaq (Filip. 1:10). Ciddi səbəb olmadan yığıncaqları buraxmamalıyıq.
SƏMİMİ İNSANLARI AXTARAQ
9. Təbliğ etməyin vacib iş olduğunu haradan bilirik?
9 Yehovanın təşkilatı ilə ayaqlaşmağa kömək edən digər amil bacardığımız qədər Mat. 28:19, 20). O vaxtdan bəri Padşahlığın təbliği və şagird hazırlamaq işi Yehovanın təşkilatının əsas məqsədidir. Bir çox nümunələr göstərir ki, mələklər bizim xidmətimizi dəstəkləyir və bizə «ürəyində əbədi həyata düzgün meyli» olan insanları tapmağa kömək edir (Həv. iş. 13:48; Vəhy 14:6, 7). Hal-hazırda mövcud olan Yehovanın təşkilatının yerüzü hissəsi bu ən vacib işi dəstəkləmək üçün təşkil olunub. Bəs xidmət sənin həyatında ən vacib yeri tuturmu?
təbliğ işində iştirak etməkdir. İsa yer üzündə olanda bunun təməlini qoymuşdu (10. a) Həqiqətə olan sevgimizi necə qoruya biləcəyimizi izah et. b) Xidmət sənə taqətdən düşməməyə necə kömək edir?
10 Təbliğ işində canla-başla iştirak etmək həqiqətə olan sevgimizi qoruyub saxlamağa kömək edəcək. Uzun müddət ağsaqqal və daimi pioner kimi xidmət edən Mikelin sözlərinə diqqət yetirək. O deyir: «İnsanlara həqiqət haqda danışmağı çox sevirəm. “Gözətçi qülləsi” və ya “Oyanın!” jurnallarının yeni məqaləsi üzərində düşünərkən hər birinin aydın və məntiqlə izah olunması məni heyrətə gətirir. Mənim üçün maraqlıdır, görəsən, xidmətdə çatdırdığım xəbərə insanlar necə münasibət göstərəcək və onlarda necə maraq oyada bilərəm. Xidmət məni möhkəmləndirir. İşlərimi elə qururam ki, xidmətə ayırdığım vaxta heç nə mane olmasın». Eynilə, müqəddəs işi daima yerinə yetirmək bizə yaşadığımız bu son günlərdə möhkəm durmağımıza kömək 1 Korinflilərə 15:58 ayəsini oxu.)
edəcək. (RUHANİ QİDADAN FAYDALANAQ
11. Nəyə görə Yehovanın verdiyi bütün nəşrləri oxumalı və üzərində düşünməliyik?
11 Möhkəmlənməyimiz üçün Yehova bizə bol-bol ruhani qida, yəni nəşrlər verir. Yəqin ki, hər hansı bir nəşri oxuduqda: «Bu məqalə necə də yerinə düşdü! Yehova bunu elə mənim üçün yazdırıb», — deyə nə vaxtsa düşünmüsən. Bu heç də təsadüf deyil. Bu nəşrlərin vasitəsilə Yehova bizə təlim və rəhbərlik verir. O deyir: «Sənə təlim verəcəyəm, gedəcəyin yolu öyrədəcəyəm» (Məz. 32:8). Bütün nəşrləri oxuyur və üzərində düşünməyə çalışırıqmı? Belə etsək, biz bu çətin son günlərdə ruhən solmaq əvəzinə, daima bəhrə verəcəyik. (Məzmur 1:1—3; 35:28; 119:97 ayələrini oxu.)
12. Nəşrlərimizi qiymətləndirməyə bizə nə kömək edə bilər?
12 Nəşrlərimizin necə hazırlandığı üzərində daha çox düşünsək, onları qiymətləndirəcəyik. Rəhbərlik Şurasının Yazı komitəsi tədqiqatların aparılmasına, mövzuların yazılmasına və yoxlanılmasına, şəkillərin seçilməsinə, nəşrlərin tərcüməsinə, eləcə də məlumatların İnternetdə yerləşdirilməsinə nəzarət edir. Çap edən filiallar nəşrləri yaxın və uzaq ərazilərə çatdırır. Bütün bu işlər nə üçün görülür? Yehova istəyir ki, Onun xalqı ruhani bolluqda yaşasın (Yeşaya 65:13). Beləliklə, gəlin Yehovanın təşkilatı vasitəsilə aldığımız ruhani qidaları qiymətləndirək (Məz. 119:27).
YEHOVANIN TƏŞKİLATINI DƏSTƏKLƏYƏK
13, 14. Göylərdə Yehovanın quruluşunu kimlər dəstəkləyir və eyni cür dəstəyi biz necə göstərə bilərik?
13 Həvari Yəhya ona verilən görüntüdə İsanın ağ atın belində Yehovaya qarşı üsyan qaldıranlarla döyüşdüyünü görür (Vəhy 19:11—15). Sadiq mələklərin və artıq öz mükafatlarını almış məsh olunmuşların İsanın arxasınca gəldiklərini bilmək imanımızı möhkəmləndirir (Vəhy 2:26, 27). Bu, Yehovanın quruluşunun dəstəklənməsinin ən gözəl nümunəsidir!
14 Buna bənzər tərzdə, böyük izdiham hələ ki yer üzündə yaşayan və Yehovanın təşkilatında rəhbərlik edən Məsihin məsh olunmuş qardaşlarının gördüyü işi dəstəkləyir. (Zəkəriyyə 8:23 ayəsini oxu.) Bəs şəxsən biz Yehovanın quruluşunu dəstəklədiyimizi necə göstərə bilərik? Məsələn, yığıncaqda məsul qardaşlara tabe olmaqla (İbr. 13:7, 17). Bu, ilk öncə öz yığıncağımızdan başlayır. Ağsaqqallar barədə dediyimiz fikirlər onlara və onların etdiyi işlərə qarşı başqalarında hörmət hissi oyadırmı? Uşaqlarımızı bu sadiq kişilərə hörmət göstərməyə və onların Müqəddəs Kitabdan verdikləri məsləhətlərə qulaq asmağa təşviq edirikmi? Həmçinin ianələrlə ümumdünya işini necə dəstəkləməli olduğumuzu ailəlikcə müzakirə edirikmi? (Sül. məs. 3:9; 1 Kor. 16:2; 2 Kor. 8:12). Padşahlıq zalının təmizlənməsi və qorunub saxlanılması üçün səy göstəririkmi? Yehova hörmət və birliyin hökm sürdüyü yığıncağa Öz müqəddəs ruhundan bol-bol verir. Müqəddəs ruhun sayəsində yaşadığımız bu sistemin son günlərində taqətdən düşməyəcəyik (Yeşaya 40:29—31).
ÇATDIRDIĞIMIZ XƏBƏRƏ UYĞUN YAŞAYAQ
15. Yehovanın iradəsinə uyğun davranmaq üçün nəyə görə biz daima mübarizə aparmalıyıq?
15 Sona qədər dözmək və Yehovanın Efes. 5:10, 11). Qeyri-kamilliyin, Şeytanın və pis dünyanın ucbatından biz ömür boyu mənfi təsirlərə sinə gərməli oluruq. Əziz bacı-qardaşlarımız, sizlərdən bəziləri Yehova ilə münasibətlərini qorumaq üçün hər gün mübarizə aparır. Yehova bunu çox qiymətləndirir. Təslim olmayın! Çünki Allahın iradəsinə uyğun yaşamaq bizə məmnunluq gətirir və ibadətimizin boş yerə olmadığına əmin edir (1 Kor. 9:24—27).
təşkilatı ilə ayaqlaşmaq istəyiriksə, «Rəbbə nəyin məqbul olduğuna... əmin [olmalı]» və çatdırdığımız xəbərə müvafiq yaşamalıyıq (16, 17. a) Ciddi günah işlətmişiksə, nə etməliyik? b) Annanın nümunəsindən necə faydalana bilərik?
16 Ciddi günaha yol vermişiksə, nə etməliyik? Dərhal kömək istəməliyik. Günahımızı ört-basdır etsək, nəticəsi ağır olacaq. Günahlarını gizlətdiyi zaman Davudun hansı hissləri keçirdiyi yadımıza salaq. O demişdi: «Bütün gün nalə çəkməkdən sümüklərim taqətdən düşdü» (Məz. 32:3). Bəli, günahları ört-basdır etmək insanı mənəvi və ruhani cəhətdən əldən sala bilər, amma «onu etiraf edərək tərk edən mərhəmət tapar» (Sül. məs. 28:13).
17 Gəlin Annanın * nümunəsinə nəzər salaq. Gənc ikən Anna daimi pioner kimi xidmət edirdi. Lakin o, ikili həyat sürməyə başladı və bu, öz təsirini göstərdi. O bölüşür: «Vicdanım məni narahat edirdi. Mən özümü bədbəxt hiss edir və daima depressiyada olurdum». Bəs o nə etdi? Anna qeyd edir ki, bir dəfə yığıncaq görüşündə Yaqub 5:14, 15 ayələri müzakirə olunurdu. O, köməyə ehtiyac duyduğunu anladı və ağsaqqallara müraciət etdi. Anna həmin günləri xatırlayaraq deyir: «Bu ayələr ruhani sağlamlığı bərpa etmək üçün Yehovanın yazdığı reseptdir. Dərmanları qəbul etmək asan olmasa da, onlar faydalıdır. Həmin ayələrdə yazılan məsləhəti tətbiq etdim və faydasını gördüm». İndi Anna yenidən səylə Yehovaya təmiz vicdanla xidmət edir.
18. Sən nə etmək əzmindəsən?
18 Son günlərdə yaşamaq və Yehovanın möhtəşəm təşkilatının bir hissəsi olmaq böyük üstünlükdür. Gəlin heç vaxt əldə etdiyimiz şeylərə biganə yanaşmayaq. Əksinə, yığıncağımızla birgə ibadət etmək üçün bir yerə yığışaq, səmimi insanları axtaraq və müntəzəm olaraq aldığımız ruhani qidanı dəyərləndirək. Həmçinin üzərimizdə rəhbərlik edənləri dəstəkləyək və çatdırdığımız xəbərə müvafiq yaşayaq. Belə etsək, nəinki Yehovanın təşkilatı ilə ayaqlaşacağıq, üstəlik, yaxşılıq edərkən taqətdən düşməyəcəyik.
^ abz. 17 Ad dəyişdirilib.