Kontentə keç

Mündəricatı göstər

Oxucuların sualları

Oxucuların sualları

İsraillilər cəza tədbiri olaraq cinayətkarları dirəkdən asırdılarmı?

Qədimdə bir çox xalqlar bəzi cinayətkarları dirəkdən və ya şalbandan asırdılar. Romalılar cinayətkarı edam alətinə sarıyır və ya mıxlayırdılar, həmin insan bir neçə gün ərzində ağrılara, susuzluğa, aclığa və hava şəraitinə tab gətirə bilmirdi. Romalılar bu cür rüsvayedici edam cəzasına ən alçaq cinayəti törətmiş insanı məhkum edirdilər.

Bəs qədim İsrail xalqı barədə nə demək olar? İsraillilər cəza tədbiri olaraq cinayətkarları dirəkdən asırdılarmı? Bununla əlaqədar Musanın qanununda belə bir tələb var idi: «Bir adam bir günahdan ötrü ölüm cəzasına məhkum olunub ağacdan asılırsa, meyiti gecə ağacda asılı qoymayın, mütləq onu həmin gün basdırın» (Qanun. t. 21:22, 23). Buradan aydın görünür ki, İbranicə Müqəddəs Yazıların qələmə alındığı dövrdə ölümə məhkum edilən insan əvvəlcə öldürülür, sonra dirəkdən və ya ağacdan asılırdı.

Bununla əlaqədar Levililər 20:2 ayəsində qeyd olunub: «İsraillilərdən və İsraildə yaşayan yadellilərdən övladını Molekə təqdim edən hər kəs öldürülməlidir. Qoy ölkə xalqı onu daşqalaq etsin». Həmçinin «cindar yaxud ruh çağıran» da daşqalaq olunaraq öldürülürdü (Lev. 20:27).

Qanunun təkrarı 22:23, 24 ayələrində oxuyuruq: «Əgər bir qız kiməsə nişanlıdırsa, şəhərdə kimsə onu tapıb cinsi yaxınlıq etsə, o zaman onların ikisini də o şəhərin darvazasına çıxararaq daşqalaq edib öldürün. Şəhərdə olduğu halda qışqırmadığı üçün qızı, yaxınının nişanlısını ləyaqətsiz etdiyi üçün kişini öldürün. Beləliklə, İsraildən pisliyi atın». İsraillilər arasında vəhşicəsinə cinayət törətməkdə ittiham olunan kəslərin daşqalaq edilərək öldürülməsi əsas cəza tədbiri idi *.

İbranicə Müqəddəs Yazıların qələmə alındığı dövrdə ölümə məhkum edilən insan əvvəlcə öldürülür, sonra dirəkdən və ya ağacdan asılırdı

Qanunun təkrarı 21:23 ayəsində qeyd olunur ki, «asılan adam Allahın lənətinə düçar [olur]». Allahın lənətinə düçar olmuş günahkarın cəsədinin hamının gözü qarşısında nümayiş etdirilməsi, sözsüz ki, israillilərə təsir edirdi. Əslində, insanın cəsədinin dirəkdən və ya ağacdan bu cür asılması başqaları üçün ibrət idi.

^ abz. 6 Bir çox alimlərin fikrincə, Musanın qanununa əsasən, cinayətkarı öldürdükdən sonra ağaca asırdılar. Ancaq sübutlar göstərir ki, birinci əsrdə yəhudilər bəzi cinayətkarları diri-diri asırdılar və onlar ağacdaca can verirdi.