Kontentə keç

Mündəricatı göstər

«Şəklə bax!»

«Şəklə bax!»

«Gözətçi qülləsi» jurnalının təlim nəşrinin hər yeni sayını vərəqləyəndə öz-özünə və ya başqalarına neçə dəfə bu sözü demisən? Bu gözəl rəsmlər və şəkillər məqsədyönlü şəkildə səylə hazırlanır. Onlar bizə mövzunun üzərində düşünməyə və onu duymağa kömək edən təlim vasitələridir. Onlar xüsusilə «Gözətçi qülləsi»nə hazırlaşarkən və müzakirədə iştirak edərkən faydalı ola bilər.

Misal üçün, hər təlim məqaləsinin əvvəlində nə üçün məhz bu şəklin seçildiyi üzərində düşünmək olar. O nəyi təsvir edir? O, məqalənin adı və ya əsas ayəsi ilə necə əlaqəlidir? Digər şəkillərin hər birinin müzakirə olunan mövzu ilə və sənin həyatınla necə bağlı olduğu üzərində düşün.

Yığıncaqda «Gözətçi qülləsi»ni aparan qardaş imkan verməlidir ki, dinləyicilər hər bir şəkildən hansı ibrət dərsi götürdüklərini və ya onlara şəxsən hansı aidiyyəti olduğunu desinlər. Bəzi hallarda şəklin müəyyən bir abzasla əlaqəli olduğunu göstərən şəkilaltı yazılar olur. Başqa halda isə görüşü aparan qardaş hər bir şəkli hansı abzasla birlikdə müzakirə etməyin daha yaxşı olduğuna özü qərar verə bilər. Bunun sayəsində oxucular Allahın Kəlamından tapdıqları məsləhətləri təsəvvürlərində canlandıracaqlar və bu, onlara tam fayda gətirəcək.

Bir qardaş bunu belə təsvir edir: «Gözəl bir məqaləni oxuyandan sonra oradakı şəkillər tortun üzərindəki krem kimidir».