Aranızda olan yaşlılara hörmət edin
«Yaşlıların qarşısında ayağa durun, ağsaqqallara hörmət eləyin» (LEV. 19:32).
1. Bəşəriyyət hansı vəziyyətdədir?
YEHOVA heç vaxt insanların qocalıqdan əziyyət çəkməsini istəmirdi. Əksinə, Onun niyyəti o idi ki, insanlar Cənnətdə tamamilə sağlam yaşasınlar. Lakin hal-hazırda «bütün xilqət... inildəyib əzab çəkir» (Rom. 8:22). Necə düşünürsünüz, Allah insanların günahın nəticələrindən əziyyət çəkdiyini görəndə hansı hissləri keçirir? Üstəlik, ahıl yaşda olanların əksəriyyəti məhz köməyə ehtiyac duyduqları bir vaxtda etinasızlıqla üzləşirlər (Məz. 39:5; 2 Tim. 3:3).
2. Nə üçün məsihçilər yaşlıları xüsusilə qiymətləndirirlər?
2 Yehovanın xalqı yığıncaqdakı yaşlıları qiymətləndirir. Biz onların müdrikliyindən faydalanırıq və onların iman nümunələri bizi həvəsləndirir. Ola bilsin, onlardan kimsə hətta bizim qohumumuzdur. Amma onların bizim qohumumuz olub-olmamağından asılı olmayaraq, biz onların rifahı ilə maraqlanmalıyıq (Qalat. 6:10; 1 Pet. 1:22). Yehovanın yaşlılara münasibətini öyrənmək hər birimizə fayda gətirəcək. Biz həmçinin ailə üzvlərinin və yığıncaqdakı bacı-qardaşların sevdiyimiz yaşlı insanlarla bağlı üzərinə düşən məsuliyyətləri müzakirə edəcəyik.
«MƏNİ RƏDD ETMƏ»
3, 4. a) 71-ci məzmurun yazıçısı Yehovadan nə xahiş etmişdi? b) Yığıncağın ahıl yaşlı üzvləri Allahdan nə xahiş edə bilərlər?
3 Allahdan ilham alan məzmurçu Məzmur 71:9 ayəsində Ona yalvarır: «Yaşa dolanda da məni rədd etmə, taqətdən düşəndə də məni tərk etmə». Görünür, bu məzmur Davudun yazdığı 70-ci məzmurun davamıdır. Buna görə də, çox ehtimal ki, Məzmur 71:9 ayəsindəki xahiş də Davuda məxsusdur. O, gəncliyindən ahıl yaşlarına qədər Yehovaya xidmət etmiş, Allah da ona böyük işlər tapşırmışdı (1 Şam. 17:33—37, 50; 1 Pad. 2:1—3, 10). Buna baxmayaraq, Davud Yehovadan bundan sonra da ona xeyirxahlıq göstərməsini xahiş edirdi. (Məzmur 71:17, 18 ayələrini oxu.)
4 Bu gün də bir çoxları, Davud kimi, ahıl yaşında olmalarına və «pis günlər» keçirmələrinə baxmayaraq, Allahı izzətləndirmək üçün əllərindən gələni edirlər (Vaiz 12:1—7). Onlardan çoxu müxtəlif sahələrdə, o cümlədən xidmətdə əvvəllər etdikləri qədər edə bilmirlər. Bununla belə, onlar da Yehovadan bundan sonra da onlara xeyir-dua verməsini və qeydlərinə qalmasını xahiş edə bilərlər. Ahıl yaşda olan bu sadiq insanlar əmin ola bilərlər ki, Allah onların dualarını cavablandıracaq. Bundan əlavə, onların duaları Davudun Allahdan ilham alaraq ifadə etdiyi narahatçılığın əks-sədasıdır.
5. Yehova ahıl yaşda olan sadiq insanlara necə yanaşır?
5 Müqəddəs Yazılarda aydın deyilir ki, Yehova ahıl yaşda olan sadiq insanlara yüksək dəyər verir və xidmətçilərindən onlara hörmət etmələrini gözləyir (Məz. 22:24—26; Sül. məs. 16:31; 20:29). Levililərə 19:32 ayəsində deyilir: «Yaşlıların qarşısında ayağa durun, ağsaqqallara hörmət eləyin. Allahınızdan qorxun. Rəbb Mənəm». Bəli, bu sözlər yazılan dövrdə xalq arasında yaşlılara hörmət etməyə ciddi yanaşılırdı, bu, indiki dövrdə də belədir. Bəs onların qeydinə qalmaq məsuliyyəti kimlərin üzərinə düşür?
AİLƏNİN ÜZƏRİNƏ DÜŞƏN MƏSULİYYƏT
6. Valideynin qeydinə qalmaqda İsa hansı nümunəni qoyub?
6 Allahın Kəlamında deyilir: «Atana və anana hörmət et» (Çıx. 20:12; Efes. 6:2). İsa valideynlərin qeydinə qalmaqdan imtina edən fəriseyləri və mirzələri mühakimə etməklə bu əmrin nə dərəcədə vacib olduğunu vurğuladı (Mark 7:5, 10—13). İsa özü bu sahədə gözəl nümunə qoyub. Məsələn, o, ölüm qabağı, ehtimal ki, artıq dul qalmış anasının qeydinə qalmağı sevimli şagirdi Yəhyaya tapşırdı (Yəh. 19:26, 27).
7. a) Valideynlərin qeydinə qalmaqla bağlı həvari Pavel hansı prinsipi vurğulamışdı? b) Pavelin sözlərinin kontekstindən nə aydın olur?
7 Həvari Pavel Allahdan ilham alaraq imanda olanların öz ailə üzvlərinin qeydinə qalmalı olduqlarını yazmışdı. (1 Timoteyə 5:4, 8, 16 ayələrini oxu.) Pavelin Timoteyə yazdığı sözlərin kontekstinə nəzər salın. Burada o, yığıncaqdan kimlərin maddi yardım ala biləcəyini bildirmişdi. Həmçinin o, aydın şəkildə izah etmişdi ki, yaşlı dul qadına, ilk növbədə, imanda olan övladları, nəvələri və digər qohumları köməklik etməlidir. Beləcə, yığıncağın üzərinə yük düşməyəcəkdi. Eynilə, bu gün də məsihçilərin «Allaha sədaqət» göstərməli olduqları sahələrdən biri qohumlarının maddi tələbatlarını ödəmələridir.
8. Yaşlı valideynlərin qeydinə qalmaq məsələsinə gəldikdə Müqəddəs Kitab nə üçün konkret göstəriş vermir?
8 Bu o deməkdir ki, yetkin yaşa çatmış övlad valideynlərinin maddi cəhətdən korluq çəkmədiyinə əmin olmalıdır. Pavel imanlı qohumlardan bəhs etsə də, məsihçi yığıncağının üzvü olmayan valideynlərə də etinasızlıq göstərilməməlidir. Hər bir ailədə vəziyyət müxtəlif olduğundan, məsələnin həlli üsulu da eyni deyil. İnsanların sağlamlığı, tələbatları və xasiyyəti fərqlidir. Bəzi yaşlı insanların Say. 11:23).
çox, digərlərinin isə təkcə bir uşağı var. Bəziləri dövlətdən yardım alır, digərləri isə yox. Qayğıya ehtiyacı olan hər kəsin şəxsi istəkləri də fərqlənə bilər. Buna görə də kiminsə yaşlı qohumlarının qeydinə necə qalmasını tənqid etmək heç də müdrik və məhəbbətli davranış olmazdı. Musanın günlərindən bəri Yehova Müqəddəs Yazılara əsasən verilən qərarlara xeyir-dua verir və onların bizim rifahımıza xidmət etməsinin qeydinə qalır (9—11. a) Bəziləri hansı çətinliklərlə üzləşə bilər? (Məqalənin əvvəlindəki şəklə bax.) b) Nəyə görə övladlar tammüddətli xidməti dayandırmağa tələsməməlidirlər? Nümunə çək.
9 Uşaqlar valideynlərindən uzaqda yaşayanda yaşlı valideynlərin zəruri tələbatlarını ödəmək məsələsi çətinləşə bilər. Valideynin səhhəti qəfil pisləşdiyindən, ola bilsin, yıxılıb sümüyü sındığından və ya digər bədbəxtlik ucbatından ata-anaya baş çəkmək lazım gələ bilər. Bundan sonra onların, ehtimal ki, ya müvəqqəti, ya da daimi köməyə ehtiyacı ola bilər *.
10 Teokratik təyinatlarına görə evlərindən uzaqda yaşamalı olan tammüddətli xidmətçilərin vəziyyəti xüsusilə çətin ola bilər. Onlar bet-elli, xüsusi təyinatlı müjdəçi və səyyar nəzarətçi kimi xidmətlərinə Yehovadan olan dəyərli xəzinə kimi baxırlar. Bununla belə, əgər valideynləri xəstələnərsə, onların ilk reaksiyası belə ola bilər: «Gərək təyinatımızı dayandıraq, evə qayıdıb valideynlərimizə baxaq». Lakin yaxşı olardı ki, dua edib götür-qoy edərək bunun valideynimizin tələbatı, yoxsa istəyi olduğunu müəyyən edək. Heç kim tələm-tələsik öz xidmətini yarımçıq saxlamamalıdır, çünki həmişə buna ehtiyac olmur. Valideynlərindən birinin səhhətindəki problem müvəqqətidirsə, yığıncaq üzvləri ona öz köməyini göstərə bilərlər (Sül. məs. 21:5).
11 Gəlin evlərindən uzaqda xidmət edən iki doğma qardaşın nümunəsinə nəzər salaq. Biri Cənubi Amerikada xüsusi təyinatlı müjdəçi kimi, digəri isə Bruklindəki (Nyu-York) mərkəzi idarədə xidmət edirdi. Yaşlı valideynləri köməyə ehtiyac duyanda qardaşlar həyat yoldaşları ilə birgə Uzaq Şərqdə yaşayan valideynlərinə baş çəkdilər ki, onlara nədə və necə kömək edə biləcəklərini görsünlər. Bir müddət sonra Cənubi Amerikada xidmət edən cütlük təyinatlarını dayandırıb evə qayıtmağı düşündü. Sonra valideynlərinin yığıncağındakı ağsaqqallar şurasının koordinatoru onlara zəng etdi. Ağsaqqallar vəziyyəti götür-qoy etmişdilər və istəyirdilər ki, onlar xüsusi təyinatlı müjdəçi kimi xidmətlərini bacardıqları qədər davam etdirsinlər. Ağsaqqallar bu cütlüyün xidmətini qiymətləndirir və valideynlərinin qeydinə qalmaqda onlara kömək etmək üçün əllərindən gələni etməyə qətiyyətli idilər. Ailənin bütün üzvləri bu məhəbbət dolu qayğını olduqca qiymətləndirirlər.
12. Yaşlı valideynlərin qeydinə qalan hər bir məsihçi nə barədə düşünməlidir?
12 Yaşlı valideynlərinin qeydinə qalmaq üçün seçdiyi üsuldan asılı olmayaraq, hər bir məsihçi verdiyi qərarın Allahın adına izzət gətirməsini istəyir. Biz İsanın günlərindəki din rəhbərlərinə heç vaxt bənzəmək istəməzdik (Mat. 15:3—6). Əksinə, istəyirik ki, qərarlarımız Allahın və yığıncağın adına izzət gətirsin (2 Kor. 6:3).
YIĞINCAĞIN MƏSULİYYƏTİ
13, 14. Yığıncaqların yaşlı bacı-qardaşların qayğısına qalmalı olduğunu Müqəddəs Kitab necə göstərir?
13 Heç də hamı tammüddətli xidmətçiHəv. iş. 4:34, 35). Sonra ciddi problemlər yarandı. Məlum oldu ki, «gündəlik yemək paylananda» bəzi dul qadınlara etinasız yanaşılır. Buna görə də həvarilər müvafiq qardaşlar seçdilər ki, dul qadınlara yetərincə və insafla qida çatdığına nəzarət etsinlər (Həv. iş. 6:1—5). Düzdür, bu, eramızın 33-cü ilinin Əllinci gün bayramında məsihçiliyi qəbul edən və bir müddət Yerusəlimdə qalıb ruhən möhkəmlənmək istəyən insanların gündəlik ehtiyaclarını ödəmək üçün görülən müvəqqəti tədbir idi. Buna baxmayaraq, həvarilərin qərarları göstərir ki, yığıncaq ehtiyacı olanların qayğısına qala bilər.
lərə yuxarıda qeyd olunan üsulla dəstək ola bilmir. Lakin birinci əsrdə yaranmış vəziyyətdən aydın görünür ki, yığıncaqlar nümunəvi yaşlı bacı-qardaşların qeydinə qalmağa çalışır. Müqəddəs Kitabda Yerusəlimdəki yığıncaq barədə deyilir ki, orada «heç kim korluq çəkmirdi». Ancaq bu, o demək deyil ki, hər kəs maddi cəhətdən firavan həyat sürürdü. Bəzilərinin əli aşağı olsa da, «pul hər kəsə ehtiyacına görə paylanırdı» (14 Qeyd olunduğu kimi, Pavel yığıncağın məsihçi dul qadınlara nə vaxt maddi yardım göstərə biləcəyini Timoteyə izah etmişdi (1 Tim. 5:3—16). Allahdan ilham alaraq Müqəddəs Kitabı yazanlardan biri Yaqub da bildirmişdi ki, məsihçilər yetimlərin, dulların, eləcə də fəlakətlə üzləşən və dara düşən digərlərinin qeydinə qalmaq məsuliyyəti daşıyır (Yaq. 1:27; 2:15—17). Həmçinin həvari Yəhya da vurğulamışdı: «Firavan yaşayan adam qardaşının korluq çəkdiyini görüb ondan şəfqətini əsirgəyirsə, belə adamda Allaha qarşı məhəbbət necə ola bilər?» (1 Yəh. 3:17). Əgər hər bir məsihçinin belə öhdəçiliyi varsa, onda yığıncaqların da belə öhdəçiliyi olmamalıdırmı?
15. Yaşlı bacı-qardaşlara yardım edərkən hansı amillər nəzərə alınmalıdır?
15 Bəzi yerlərdə hökumət qocalara təqaüd və sosial yardım ayırır, eləcə də evdə onların qeydinə qalmaq üçün işçilər göndərir (Rom. 13:6). Ancaq elə yerlər də var ki, orada bu cür xidmətlər göstərilmir. Buna görə də yaşlı bacı-qardaşlar qohumlarının və yığıncaq üzvlərinin köməyinə daha çox ehtiyac duyur. Əgər imanda olan övladlar uzaqda yaşayırlarsa, məntiqlidir ki, onlar valideynlərinə istədikləri qədər kömək edə bilmirlər. Övladlar valideynlərinin yığıncağındakı ağsaqqallarla söhbət edib onları öz ailə vəziyyətlərindən tam agah etməlidirlər. Məsələn, ağsaqqallar valideynlərin dövlət və ya sosial xidmətlər haqda məlumat əldə etmələrinə və ya onların bu xidmətlərdən faydalanmalarına kömək edə bilərlər. Həmçinin onlar baxılmamış qəbzlər və ya qəbul edilməmiş dərmanlar barədə uşaqlarına məlumat verə bilərlər. Yaxşı niyyət və fikir mübadiləsi sayəsində vəziyyətin daha da pisləşməsinin qarşısını almaq və məsələnin praktiki həllini tapmaq olar. Aydındır ki, uzaqda yaşayan ailə üzvlərinə məsləhət verəcək və kömək edəcək kimlərinsə valideynlərin yanında olması narahatçılığı azalda bilər.
16. Bəzi məsihçilər yığıncaqdakı yaşlılara necə kömək edirlər?
16 Yaşlı insanlara məhəbbətdən irəli gələrək bəzi məsihçilər imkanları daxilində köməklik etmək üçün könüllü olaraq vaxtlarını və qüvvələrini sərf edirlər. Onlar bunu yığıncaqdakı yaşlı bacı-qardaşlara daha çox maraq göstərməklə edirlər. Bəzi könüllülər bu məsuliyyətlərini yığıncağın digər üzvləri ilə bölüşür və yaşlıların qeydinə növbə ilə qalırlar. Şəraitlərinin onlara tammüddətli xidmətdə iştirak etməyə imkan vermədiyini bildikləri üçün onlar yaşlıların övladlarına seçdikləri xidməti mümkün qədər daha çox icra etməyə məmnuniyyətlə kömək edirlər. Bu bacı-qardaşlar necə də gözəl əhval-ruhiyyə təzahür etdirirlər! Əlbəttə, onların səxavətli olması övladları valideynləri üçün bacardıqlarını etmək məsuliyyətindən azad etmir.
RUHLANDIRICI SÖZLƏRLƏ YAŞLILARA HÖRMƏT EDİN
17, 18. Yaşlı insanların qeydinə qalmaq məsələsinə necə yanaşmalıyıq?
17 Yaşlılar və onların qeydinə qalanlar mümkün qədər müsbət əhval-ruhiyyəni qorumağa çalışmalıdırlar. Bəzən yaşlılar məyus olur, hətta depressiyaya düşürlər. Buna görə də yaşlı bacı-qardaşlara hörmət etmək və onları ruhlandırmaq üçün xüsusilə səy göstərməliyik. Bunu onlarla daim təravətləndirici ünsiyyət etməklə edə bilərik. Uzun illər sədaqətlə xidmət edən bu insanlar tərifə layiqdirlər. Yehova onların Ona xidmətdə etdiklərini unutmur, elə biz də. (Malaki 3:16; İbranilərə 6:10 ayələrini oxu.)
18 Bundan əlavə, yaşlı və onun qayğısına qalan kəsdə yumor hissinin olması gündəlik çətinliklərin öhdəsindən gəlməyi asanlaşdırır (Vaiz 3:1, 4). Ahıl yaşda olanların çoxu həddən çox tələbkar olmur. Onlar anlayırlar ki, başqalarının onlara nə qədər diqqət göstərməsi və baş çəkməsi özlərinin göstərdiyi münasibətindən asılıdır. Yaşlılara baş çəkənlərin əksəriyyəti çox vaxt belə deyir: «Mən yaşlı dostumu ruhlandırmağa getmişdim, amma özüm ruhlandım» (Sül. məs. 15:13; 17:22).
19. Gənclərə və yaşlılara çətin vaxtlarda möhkəm qalmağa nə kömək edə bilər?
19 Biz əzabların və qeyri-kamilliyin təsirinin sona çatacağı günü həsrətlə gözləyirik. Ancaq o vaxt gələnə kimi Allahın xidmətçiləri diqqətlərini əbədi gələcəyə olan ümidlərinə cəmləməlidirlər. Biz bilirik ki, Allahın vədlərinə iman çətin və fəlakətli anlarda bir lövbərdir. Bu imanın sayəsində «biz ruhdan düşmürük, zahirən solsaq da, daxilən günbəgün yeniləşirik» (2 Kor. 4:16—18; İbr. 6:18, 19). Bəs yaşlıların qeydinə qalmaq məsələsində sizə Allahın vədlərinə möhkəm imanınızı qorumaqla yanaşı, daha nə kömək edə bilər? Bəzi praktiki məsləhətlər növbəti məqalədə müzakirə olunacaq.
^ abz. 9 Növbəti məqalədə qayğı göstərmək məsələsi ilə bağlı bəzi üsullar müzakirə olunacaq və bu, yaşlılar və onların övladları üçün faydalı ola bilər.