Musanın imanı qədər imanın varmı?
«Musa... böyüyəndən sonra, imanı sayəsində, firon qızının oğlu adlanmaqdan imtina etdi» (İBR. 11:24).
1, 2. a) Musa 40 yaşında hansı qərarı verdi? (Məqalənin əvvəlindəki şəklə bax.) b) Nəyə görə Musa Allahın xalqı ilə birgə əzablı həyatı seçdi?
MUSA Misirdə onu necə bir gələcək gözlədiyini yaxşı bilirdi. O, təmtəraqlı imarətlər görmüş, padşah ailəsində böyümüş, incəsənət, astronomiya, riyaziyyat və digər elmlər də daxil olmaqla, «misirlilərin bütün hikmətinə [yiyələnmişdi]» (Həv. iş. 7:22). Belə ki, o, adi misirlilərin yalnız xəyal edə biləcəyi var-dövlətə, qüdrətə və nüfuza sahib idi.
2 Lakin Musa 40 yaşında ögey ailəsini təəccübləndirə biləcək bir qərar verdi. O, adi misirli kimi yaşamağı yox, ondan betərini, qullarla birgə yaşamağı seçdi. Çünki Musa iman sahibi idi. (İbranilərə 11:24—26 ayələrini oxu.) O, imanı sayəsində ətrafındakı insanların görə bilmədiyi şeyləri görürdü. Bu mömin bəndə «Gözəgörünməz» Yehovaya və Onun vədlərinə iman edirdi (İbr. 11:27).
3. Bu məqalədə hansı üç suala cavab tapacağıq?
3 Biz də, Musa kimi, adi gözlə görünməyən şeyləri görməli, iman yiyəsi olmalıyıq (İbr. 10:38, 39). Buna görə də gəlin imanımızı möhkəmləndirmək üçün İbranilərə 11:24—26 ayələrində Musa peyğəmbər haqda yazılanları nəzərdən keçirək. Həmçinin aşağıdakı sualların cavabını tapaq: Musa imanı sayəsində cismani arzuları necə üstələdi? İman ona təhqirlərə baxmayaraq, Allahın buyruğundan boyun qaçırmamağa necə kömək etdi? Nə üçün Musa «gözünü alacağı mükafatdan çəkmirdi»?
O, CİSMANİ ARZULARI ÜSTƏLƏDİ
4. Musa «günahdan... həzz [almaq]»la bağlı nəyi dərk edirdi?
4 Hər şeyə iman gözü ilə baxan Musa dərk edirdi ki, «günahdan... həzz [almaq]» müvəqqətidir. Ancaq kimsə düşünə bilərdi: bütpərəstlik və spiritizmlə dolu olan Misir dünya imperiyasına çevrilib, Allahın xalqı isə əzab-əziyyət içindədir. Lakin Musa Allahın bunu belə qoymayacağını yaxşı bilirdi. Cismani istəklərinin dalınca düşən insanlar ilk baxışdan uğurlu görünsələr də, o əmin idi ki, pisliyin kökü mütləq kəsiləcək. Elə buna görə də o, «günahdan müvəqqəti həzz [almaq]» tələsinə düşmədi.
5. «Günahdan müvəqqəti həzz [almaqdan]» qaçmağa bizə nə kömək edə bilər?
5 Bəs sən özünü «günahdan müvəqqəti həzz [almaqdan]» necə qoruya bilərsən? Unutma, günahlı arzular gəldi-gedərdir. «[Dünyanın] öz istəkləri ilə bərabər keçib» getdiyinə iman gözü ilə bax (1 Yəh. 2:15—17). Tövbə etməyən günahkarların aqibətini düşün. Onlar «sürüşkən [yerdədirlər]... dəhşət içində itib-batacaqlar» (Məz. 73:18, 19). Ürəyindən günah işlətmək keçəndə özündən soruş: «Bunu etməklə əlimə nə keçəcək?»
6. a) Nəyə görə Musa «firon qızının oğlu adlanmaqdan imtina etdi»? b) Nəyə əsasən demək olar ki, Musa düzgün qərar verdi?
6 Musanın imanı həyatının axarına da təsir etdi. O, «böyüyəndən sonra, imanı sayəsində, firon qızının oğlu adlanmaqdan imtina etdi» (İbr. 11:24). Musa düşünmürdü ki, saraydakı səlahiyyəti və var-dövləti ilə israilli qardaşlarına kömək edərək Allaha xidmət edə bilər. O, Yehovanı bütün qəlbi, varlığı və gücü ilə sevirdi (Qanun. t. 6:5). Musanın qərarı onu bəlalardan qorudu. Onun Misirdə qoyub getdiyi var-dövləti sonradan israillilərin özləri daşıyıb-apardılar (Çıx. 12:35, 36). Firon alçaldılaraq məhv edildi (Məz. 136:15). Amma Allah Musanı hifz etdi və bütün xalqının rifahı naminə onu başçı təyin etdi. Və beləcə onun həyatına əsil məna qatıldı.
7. a) Matta 6:19—21 ayələrinə əsasən, hansı gələcəyimizi düşünməliyik? b) Ruhani dəyərlərə üstünlük vermiş bir nəfərin nümunəsini danış.
7 Bəs Yehovanın gənc xidmətçisi kimi, iman sənin həyatının axarına necə təsir edə bilər? Yaxşı olar ki, gələcəyini indidən düşünəsən. Allahın vədlərinə iman səni hansı gələcək üçün «toplamağa» təşviq edir: müvəqqəti, yoxsa əbədi? (Matta 6:19—21 ayələrini oxu.) İstedadlı balet rəqqasəsi Sofi belə bir seçim qarşısında idi. Ona təqaüdlü təhsil almaq və Birləşmiş Ştatların balet truppalarında aparıcı rol təklif olunmuşdu. «İnsanların sənə pərəstiş etməsi ifadəolunmaz bir hissdir. Özümü yaşıdlarımdan üstün hesab edirdim. Amma xoşbəxt deyildim», — deyə Sofi etiraf edir. Sonra o, «Gənclərin sualları. Həyatımı nəyə həsr edim?» filminə (rus.) baxdı. O bölüşür: «Anladım ki, dünya mənə şan-şöhrət və fanat ordusu verdi, əvəzində isə, Yehovaya ibadətimi əlimdən aldı. Mən hərarətlə dua etdikdən sonra qərara gəldim ki, baleti atım». O, qərarına görə peşman olmadı ki? «Əvvəlki həyatım üçün darıxmıram. İndi deyə bilərəm ki, 100 faiz xoşbəxtəm. Həyat yoldaşımla birgə pioner kimi xidmət edirik. Düzdür, şan-şöhrətimiz, var-dövlətimiz olmasa da, Yehovamız, Müqəddəs Kitabı öyrətdiyimiz insanlar və ruhani məqsədlərimiz var. Zərrə qədər də peşman deyiləm».
8. Müqəddəs Kitabın hansı məsləhəti gəncə düzgün həyat yolu seçməyə kömək edir?
8 Sənin üçün nəyin daha yaxşı olduğunu Qanun. t. 10:12, 13). Ey gənc, indidən elə həyat yolu seç ki, Yehovanı «bütün qəlbinlə və bütün varlığınla» sevə və Ona xidmət edə biləsən. Əmin ol, bu seçimin «xoş güzəranın üçün»dür.
Yehova bilir. Musa demişdi: «Axı Allahın Rəbb səndən nə istəyir? Yalnız bunu istəyir: Ondan qorx, tamamilə Onun yolunu tut, Onu sev, bütün qəlbinlə və bütün varlığınla Allahın Rəbbə sitayiş et. Bu gün xoş güzəranın üçün sənə buyurduğum Rəbbin əmr və qaydalarına riayət et» (O, ALLAHIN BUYRUĞUNDAN BOYUN QAÇIRMADI
9. Aldığı tapşırıq Musaya nəyə görə çətin gələ bilərdi?
9 Musa «bir məsh olunmuş kimi, dözdüyü təhqirləri Misirin bütün xəzinələrindən daha qiymətli bir sərvət hesab etdi» (İbr. 11:26). Musa israilliləri Misir əsarətindən çıxartmaq üçün «məsh olunmuş»du. O, aldığı tapşırığın çətin olacağını, hətta təhqirsiz ötüşməyəcəyini yaxşı bilirdi. Çünki xeyli əvvəl bir israilli onu ələ salıb demişdi: «Səni bizim üstümüzə kim başçı və hakim qoyub?» (Çıx. 2:13, 14). Sonralar Musa özü Yehovadan soruşmuşdu: «Firon mənə necə qulaq asacaq?» (Çıx. 6:12). Üzləşəcəyi təhqirlərə əvvəlcədən hazırlıqlı olmaq üçün o, qorxu və narahatçılığını Yehovaya açıq bildirdi. Bəs bu çətin tapşırığın öhdəsindən gəlmək üçün Yehova Musaya necə kömək edəcəkdi?
10. Yehova verdiyi tapşırığın öhdəsindən gəlməsi üçün Musaya necə kömək etdi?
10 Birincisi, Yehova Musanı arxayın edib dedi: «Mən səninləyəm» (Çıx. 3:12). İkincisi, Yehova onu ürəkləndirmək üçün adının mənasının bir yönünü ona açdı: «Mən Olmaq İstədiyim Kəs Olacağam» * (Çıx. 3:14, Yeni Dünya tərcüməsi). Üçüncüsü, Yehova Musanın Allahın elçisi olduğunun sübutu kimi ona möcüzə göstərmək qabiliyyəti verdi (Çıx. 4:2—5). Dördüncüsü, Yehova qardaşı Harunu Musaya köməkçi və onun əvəzinə danışan natiq təyin etdi (Çıx. 4:14—16). Musa Yehovanın verdiyi tapşırıqları yerinə yetirməsi üçün xidmətçisini hər şeylə yaraqlandırdığına o qədər əmin olmuşdu ki, həyatının sonuna yaxın xələfi Yeşuaya belə demişdi: «Başının üstündə Rəbb gedəcək. O səninlədir, səni atmaz və tərk etməz. Qorxub çəkinmə!» (Qanun. t. 31:8).
11. Musa nəyin sayəsində Allahın tapşırığının öhdəsindən layiqincə gələ bildi?
11 Yehovanın dəstəyi ilə Musa «Misirin bütün xəzinələrindən daha qiymətli» hesab etdiyi bu ağır tapşırığın öhdəsindən layiqincə gələ bildi. Hər şey bir yana, Külli-İxtiyar Allaha xidmət etmək hara, firona qulluq etmək hara?! Yaxud Misirdə şahzadə olmaq hara, Yehovanın məsh edilmişi olmaq hara?! Allahın sadiq qulu aldığı tapşırığın altından üzüağ, alnıaçıq çıxdığı üçün mükafatlandırıldı. Onun Yehova ilə, yəni İsrail xalqını Vəd edilmiş diyara apararkən «böyük və zəhmli» işlər görməsinə güc verən Şəxslə sıx dostluq münasibəti yarandı (Qanun. t. 34:10—12).
12. Yehova bizə layiq gördüyü hansı şərəfi qiymətləndirməliyik?
12 Allah bizə də tapşırıq verib. O, Öz Oğlu vasitəsilə təbliğ işini həvari Pavelə və digərlərinə həvalə etdiyi kimi, bizə də həvalə edib. (1 Timoteyə 1:12—14 ayələrini oxu.) Hamımız xoş xəbəri bəyan etmək şərəfinə layiq görülmüşük (Mat. 24:14; 28:19, 20). Bəziləri tammüddətli xidmətdə iştirak edir. Yetkin qardaşlar yığıncaqda xidməti köməkçi və ağsaqqal kimi başqalarına xidmət edirlər. Lakin sənin imanına şərik olmayan ailə üzvlərin və ya digər insanlar bu cür şərəfli xidmətləri lağa qoya, hətta göstərdiyin fədakarlığa görə səni təhqir edə bilərlər (Mat. 10:34—37). Əgər onların bu münasibəti səni ruhdan salsa, onda xidmətə həvəsin ölər və boşuna can qoyduğunu düşünə bilərsən. Bəs iman səni bu çuxurdan necə çıxara bilər?
13. Yehova teokratik tapşırıqların öhdəsindən gəlməyimiz üçün bizə necə kömək edir?
13 Yehovanın sənə dəstək olmasını imanla dilə. Qorxu və narahatçılığını Onunla bölüş. Üstəlik, bu işi sənə Yehova Özü tapşırıb və Özü də kömək edəcək. Bəs necə? Elə Musaya kömək etdiyi kimi. Birincisi, Yehova əmin edərək deyir: «Səni qüvvətləndirəcəyəm, sənə kömək edəcəyəm. Sadiq sağ əlimlə sənə dayaq olacağam» (Yeşaya 41:10). İkincisi, vədlərinin etibarlı olduğunu sənə xatırladır: «Mən bunları dedim, mütləq yerinə yetirəcəyəm, Mən niyyət etmişəm, bunu icra edəcəyəm» (Yeşaya 46:11). Üçüncüsü, xidmətini icra etməyin üçün sənə «insan gücündən üstün olan [qüdrət]» verir (2 Kor. 4:7). Dördüncüsü, verdiyi tapşırığı icra edə biləsən deyə qayğıkeş Atamız sənə dünyanın hər yerindən təsəlli verən və möhkəmləndirən bacı-qardaşlar yetirir (1 Salon. 5:11). Beləliklə, xidmətdə Yehovanın səni hər şeylə yaraqlandırdığını görəndə imanın artacaq və bu şərəfli tapşırığı dünya malından qat-qat üstün tutacaqsan.
O, «GÖZÜNÜ ALACAĞI MÜKAFATDAN ÇƏKMİRDİ»
14. Musa mükafat alacağına nəyə görə əmin idi?
14 Musa «gözünü alacağı mükafatdan çəkmirdi» (İbr. 11:26). Bəli, gələcək haqda biliyi məhdud olsa da, o, bu biliyin həyatının axarına təsir etməsinə yol verirdi. Ulu babası İbrahim kimi, Musa da Yehovanın ölüləri diriltməyə qadir olduğuna inanırdı (Luka 20:37, 38; İbr. 11:17—19). Gələcək xeyir-dualara əminliyi sayəsində Musa 40 il qaçaq, 40 il də səhradakı həyatına itki kimi baxmırdı. Allahın vədlərinin necə yerinə yetəcəyini dəqiqliklə bilməsə də, o, iman gözü ilə görünməyən mükafatı görə bilirdi.
15, 16. a) Gözümüzü alacağımız mükafatdan nə üçün çəkməməliyik? b) Padşahlıq sənə hansı xeyir-duaları gətirəcək?
Mark 13:32, 33). Lakin biz gözlədiyimiz Cənnət barədə Musadan daha çox bilirik. Bütün təfsilatları bilməsək də, Allahın Padşahlığı altında sürəcəyimiz həyatdan gözümüzü çəkməmək üçün yetərincə məlumatımız var. Yeni dünyanı gözümüzün qabağında canlandırmaq Padşahlığın işini birinci yerə qoymağa kömək edəcək. Bir düşün: haqqında, demək olar ki, heç nə bilmədiyin bir evi alardın? Təbii ki, almazdın! Eynilə, biz naməlum gələcək uğrunda dəridən-qabıqdan çıxmazdıq. Biz Padşahlığın rəhbərliyi altında olacaq o gözəl həyatı iman gözlərimizlə aydın görməli və bütün nəzərlərimizi ona cəmləməliyik.
15 Bəs sən gözünü alacağın mükafatdan çəkmirsən ki? Musa kimi, biz də Allahın vədləri ilə bağlı bir çox təfsilatlardan bixəbərik. Məsələn, böyük müsibət üçün «təyin edilmiş vaxtın haçan gələcəyini [bilmirik]» (16 Allahın Padşahlığı sənin üçün daha da real olsun deyə, gözünü Cənnətdə sürəcəyin həyatdan bir an belə çəkmə. Təxəyyülünü işə sal. Məsələn, Müqəddəs Kitab personajlarının həyatı haqqında oxuyarkən düşün: diriləcək bu insanlardan nə soruşardın? Onlar sənin bu axır günlərdəki həyatınla bağlı nə ilə maraqlanardılar? Təsəvvür et: bir neçə əsr öncə yaşamış nənə-babalarımıza qovuşmaq və onlara Allahın etdiyi işlər haqda danışmaq necə də maraqlı olacaq. Heyvanların bir-birini yemədən yaşadıqlarını seyr etmək sənə zövq verəcək. Kamilliyə yetişdikcə gör özünü Yehovaya nə qədər yaxın hiss edəcəksən.
17. Gözlə görünməyən mükafatımızı zehnimizdə canlandırmağın bizə hansı faydası var?
17 Gözlə görünməyən mükafatımızı zehnimizdə canlandırmaq bizə irəli addımlamağa, sevinc duymağa və əbədi gələcəyə zəmanət verəcək qərarlar verməyə kömək edəcək. Pavel məsh olunmuşlara yazmışdı: «Gözlə görmədiyimiz şeyə ümid ediriksə, dözüm göstərib onu gözləyirik» (Rom. 8:25). Mahiyyət etibarilə, bunu əbədi həyata ümidi olan bütün məsihçilərə şamil etmək olar. Hələ mükafatımızı almasaq da, imanımız o qədər möhkəmdir ki, alacağımız mükafatı səbirlə gözləməkdən usanmırıq. Biz də, Musa kimi, Yehovaya xidmətdə keçirdiyimiz illərə itki kimi baxmırıq. Əksinə, əminik ki, «görünən şeylər müvəqqəti, gözlə görünməyən şeylər isə əbədidir». (2 Korinflilərə 4:16—18 ayələrini oxu.)
18, 19. a) Nəyə görə imanımızı qorumaq üçün çarpışmalıyıq? b) Növbəti məqalədə nəyi araşdıracağıq?
18 İman bizə «gözlə görünməyən şeylərin əslində mövcud [olduğunu]» görməyə imkan verir (İbr. 11:1). Cismani düşüncəli insan Yehovaya xidmətin nə qədər dəyərli olduğunu dərk etmir. Bu cür insan ruhani dəyərləri ağılsızlıq sayır (1 Kor. 2:14). Biz isə dünyanın gözlə görmədiyi şeylərə, əbədi yaşayacağımıza və dirilmənin şahidi olacağımıza əminik. Pavelin günlərində onu «boşboğaz» cahil adlandıran fəriseylər kimi, bu gün də çoxları təbliğ etdiyimiz ümidi əsil cəfəngiyat hesab edir (Həv. iş. 17:18).
19 Sən isə imansız dünyada imanını qorumaq üçün çarpış. Yehovaya yalvar ki, «imanın tükənməsin» (Luka 22:32). Musa kimi, günaha qarşı gözüaçıq ol, xidmətini və əbədi həyat ümidini göz bəbəyin kimi qoru. Bəs ondan daha nələr öyrənə bilərik? Növbəti məqalədə imanın Musaya «Gözəgörünməz Allahı» görməyə necə kömək etdiyini araşdıracağıq (İbr. 11:27).
^ abz. 10 Bir Müqəddəs Kitab alimi Çıxış 3:14 ayəsinə belə şərh vermişdi: «İstədiyini yerinə yetirmək üçün Onun qarşısında heç nə dura bilməz... İsraillilər üçün bu ad [Yehova] ümid və sığınacaq qalası idi».