Kontentə keç

Mündəricatı göstər

Yadınızdadırmı?

Yadınızdadırmı?

«Gözətçi qülləsi»nin son saylarını diqqətlə oxumusunuz? Elə isə aşağıdakı suallara cavab verməyə çalışın.

Pasxa quzusu nisanın 14-ü, günün hansı vaxtında kəsilməli idi?

Müqəddəs Kitabın bəzi tərcümələrində deyilir ki, quzu «axşamçağı», yəni qaş qaralanda — gün batandan sonra, amma hələ hava işıqlı olan vaxtda — kəsilməli idi (Çıx. 12:6) (15/12, səhifə 18, 19).

Gənclər müdrik seçimlər etmək üçün Müqəddəs Kitabın hansı prinsiplərindən yararlana bilər?

Üç prinsip: 1) Allahın Padşahlığını və Onun salehliyini həyatda həmişə birinci yerə qoymaq (Mat. 6:19—34). 2) Başqalarına xidmət etməkdən sevinc duymaq (Həv. iş. 20:35). 3) Gənclik çağında Yehovaya xidmətdən sevinc duymaq (Vaiz 12:1) (15/1, səhifə 19, 20).

Quzunun toyu nə vaxt olacaq? (Vəhy 19:7).

Quzunun toyu Padşah İsa Məsih yekun qələbəsini çalandan, Böyük Babil məhv ediləndən və Har-Magedon müharibəsindən sonra baş tutacaq (15/2, səhifə 10).

Nə üçün İsanın günlərindəki yəhudilər Məsihin «intizarında» idilər? (Luka 3:15).

Biz birinci əsrdəki yəhudilərin Danielin Məsih haqda peyğəmbərliyini bizim qədər başa düşdüklərini deyə bilmərik (Dan. 9:24—27). Bununla belə, ola bilsin, onlar mələyin bəzi çobanlara verdiyi xəbəri və ya qadın peyğəmbər Annanın məbəddə körpə İsanı görərkən dediyi sözləri eşitmişdilər. Həmçinin münəccimlər «Yəhudilərin təzəcə anadan olmuş padşahı»nı görməyə gəlmişdilər (Mat. 2:1, 2). Sonra Vəftizçi Yəhya tezliklə Məsihin peyda olacağını demişdi (15/2, səhifə 26, 27).

«Bəli»mizin «yox» olmaması üçün nə edə bilərik? (2 Kor. 1:18).

Etiraf edək ki, məcburiyyət qarşısında qaldığımız üçün bəzən sözümüzün üstündə durmuruq. Ancaq bir məsihçi kimi, biz verdiyimiz sözü və ya üzərimizə götürdüyümüz məsuliyyəti yerinə yetirmək üçün əlimizdən gələni etməliyik (15/3, səhifə 32).

Pornoqrafiya kimi yoldançıxaran şeylərə uymamaq üçün nə edə bilərik?

Üç addım kömək edər. 1) Əgər gözümüz hansısa erotik təsvirə sataşsa, tez gözümüzü çəkək. 2) Düşüncəmizi yaxşı şeylərə cəmləməklə və Allaha dua etməklə fikrimizə yiyə duraq. 3) Pornoqrafiya ilə əlaqəsi olan filmlərdən və ya veb-saytlardan qaçmaqla addımımıza fikir verək (1/4, səhifə 10—12).

Məsihçi pul qazanmaq üçün ailəsini qoyub xaricə gedəndə hansı gözlənilməz vəziyyətlər baş verə bilər?

Valideynlərin bir ailə kimi birlikdə yaşamamaları uşaqlara emosional və əxlaqi zərbə vura bilər. Onlar valideyn(lər)indən inciyə bilərlər. Üstəlik, ərlə arvad bir-birlərindən ayrı düşdükləri üçün əxlaqsız təkliflər ala bilərlər (15/4, səhifə 19, 20).

Xidmətdə olarkən hansı dörd sualı nəzərə almalıyıq?

Həqiqəti kiminlə bölüşürəm? Harada bölüşürəm? Nə vaxt bölüşürəm? Necə bölüşürəm? (15/5, səhifə 12—15).