Qayıt və «qardaşlarına ürək-dirək ver»
PETER İsanı tanıdığını danandan sonra oturub acı-acı ağladı. Bu həvari ruhani cəhətdən özünə gəlmək üçün mübarizə aparmalı idi. Çünki İsa onun vasitəsilə digərlərinə kömək etmək istəyirdi. İsa ona demişdi: «Sən də qayıdanda qardaşlarına ürək-dirək ver» (Luka 22:32, 54—62). Peter birinci əsrdəki yığıncaq üçün sütunlardan biri olmalı idi (Qalat. 2:9). Eynilə, vaxtilə ağsaqqal kimi xidmət etmiş qardaşlar da yenidən bu məsuliyyəti qazanıb sevə-sevə həmimanlılarını ruhani cəhətdən möhkəmləndirə bilərlər.
Düzdür, ağsaqqal kimi xidmətinə xitam verilmiş qardaş özünü yararsız hiss edə bilər. Misal üçün, Cənubi Amerikada 20 ildən çox ağsaqqal kimi xidmət etmiş Xulio * qardaş demişdi: «Çıxışlar hazırlamaq, qardaşlara və yığıncağın digər üzvlərinə baş çəkmək həyatımın əsas hissəsinə çevrilmişdi. Birdən hər şeyi itirdim, həyatımda boşluq yarandı. O günlər getsin, bir də gəlməsin». İndi Xulio yenidən ağsaqqal kimi xidmət edir.
«SEVİNCLƏ QARŞILAYIN»
Yaqub yazmışdı: «Qardaşlar, üzləşdiyiniz müxtəlif sınaqları sevinclə qarşılayın» (Yaq. 1:2). Yaqub qeyri-kamilliyimiz və təqiblər ucbatından üzləşdiyimiz sınaqlara istinad edirdi. O həmçinin nəfs, ayrı-seçkilik və sair kimi meyillərdən söz açmışdı (Yaq. 1:14; 2:1; 4:1, 2, 11). Düzdür, Yehova bizi cəzalandıranda bu, bizə qəm gətirə bilər (İbr. 12:11). Amma bu kimi sınaqlar sevincimizi əlimizdən almamalıdır.
Yığıncaqda hansısa məsuliyyətimizi itirsək belə, imanımızı və Yehovaya məhəbbətimizi göstərməyə davam edə bilərik. Həmçinin biz nə üçün xidmət etdiyimizi sübut edə bilərik. Bəs bu məsuliyyətə öz xeyrimiz üçün can atırıq, yoxsa Allaha və bacı-qardaşlara Həv. iş. 20:28—30). Qardaş ağsaqqal məsuliyyətini itirsə də, müqəddəs xidməti canla-başla icra etməyə davam edirsə, Şeytan da daxil olmaqla hamıya göstərir ki, onun Yehovaya məhəbbəti səmimidir.
məhəbbətdən irəli gələrək? (Ciddi günahına görə cəzalanan Davud padşah töhməti qəbul etdiyi üçün bağışlanmışdı. Davud oxuyurdu: «Üsyankarlığı bağışlanan, günahı əfv olunan insan nə bəxtiyardır! Rəbb tərəfindən təqsirkar sayılmayan, qəlbində hiylə olmayan insan nə bəxtiyardır!» (Məz. 32:1, 2). Şübhəsiz, cəza Davud üçün bir dərs oldu və onu Allahın xalqı üçün daha yaxşı çoban etdi.
Çox vaxt yenidən ağsaqqal kimi xidmət edən qardaşlar daha yaxşı çoban olurlar. Belə ağsaqqallardan biri bölüşür: «İndi mən səhv edən həmimanlılarıma necə kömək edəcəyimi daha yaxşı bilirəm». Digər bir ağsaqqal isə deyir: «İndi mən həmimanlılarıma xidmət etmək imkanını daha çox qiymətləndirirəm».
SƏN DƏ QAYIT!
Məzmurçu yazmışdı: «[Yehova] həmişə töhmətləndirməz» (Məz. 103:9). Buna görə də düşünməməliyik ki, əgər kimsə ciddi günah edibsə, Yehova daha ona etibar etməyəcək. Uzun illər ağsaqqal kimi xidmət edən və sonradan bu məsuliyyəti itirən Rikardo qardaş deyir: «Buraxdığım səhvə görə çox peşmanam. Uzun illər içimdə yaşayan yararsızlıq hissi yenidən ağsaqqal kimi xidmət etməyimə mane olurdu. Heç inanmağım gəlmirdi ki, yenidən etibar qazanaram. Ancaq mən yenə də başqalarına kömək etməkdən, Müqəddəs Kitab öyrənməsi keçirməkdən, qardaşları ruhlandırmaqdan və onlarla təbliğə çıxmaqdan qalmırdım. Bütün bunlar özümə inamımı qaytardı. İndi mən yenə ağsaqqal kimi xidmət edirəm».
Ürəyində kin saxlaması qardaşa ağsaqqal kimi xidmət etməyə maneə ola bilər. Ən yaxşısı, paxıl padşah Şaulun əlindən qaçaq düşmüş Yehovanın xidmətçisi Davud kimi olmaqdır. Əlinə dəfələrlə Şauldan qisas almaq fürsəti düşsə belə, Davud bunu etmədi (1 Şam. 24:4—7; 26:8—12). Şaul döyüşdə həlak olanda Davud çox kədərlənmiş, onu və oğlu Yonatanı «sevimli, əziz» adlandırmışdı (2 Şam. 1:21—23). Davudun ürəyində zərrə qədər də kin yox idi.
Əgər hesab edirsən ki, sən yanlış anlaşılmanın və ədalətsizliyin qurbanı olmusan, onda kinin ağlını iflic etməsinə yol vermə. Məsələn, Böyük Britaniyada 30 ildən çox ağsaqqal kimi xidmət etmiş Uilyam qardaş məsuliyyətlərini itirdiyinə görə bəzi ağsaqqallara kin saxlayırdı. Bəs Uilyama düşüncəsində dəyişiklik etməyə nə kömək etdi? O deyir: «“Əyyub” kitabında oxuduqlarım məni ruhlandırdı. Əgər Yehova Əyyuba üç dostu ilə sülh yaratmağa kömək etdisə, onda mənə məsihçi ağsaqqallarla sülh yaratmağa daha çox kömək edər!» (Əyy. 42:7—9).
ALLAH YENİDƏN AĞSAQQAL KİMİ XİDMƏT EDƏNLƏRİ XEYİR-DUALANDIRIR
Əgər sən Allahın sürüsündə ağsaqqal kimi xidmət etməyi dayandırmısansa, onda yaxşı olar ki, nə üçün belə davrandığın üzərində fikirləşəsən. Şəxsi problemlərin səni üstələmişdi? Həyatında başqa şeylər daha çox əhəmiyyət daşımağa başlamışdı? Yoxsa səni başqalarının qeyri-kamilliyi ruhdan salmışdı? Səbəb nə olursa-olsun, yaddan çıxarma ki, sən ağsaqqal kimi xidmət edəndə başqalarına daha çox kömək etmək imkanın var idi. Təqdim etdiyin məruzələr onları ürəkləndirir, nümunən ruhlandırır və başçəkmələrin onlara mətin qalmağa kömək edirdi. Ağsaqqal kimi gördüyün işlər, sənin ürəyini sevindirdiyi kimi, Yehovanın da ürəyini sevindirirdi (Sül. məs. 27:11).
Yehova bir çox qardaşlara yığıncaqda yenidən məsuliyyət qazanmağa kömək edib. Fərqi yoxdur, ağsaqqal məsuliyyətini özün dayandırmısan, yoxsa buna xitam verilib, yenidən «nəzarətçi vəzifəsinə can [ata]» bilərsən (1 Tim. 3:1). Pavel Kolosdakı məsihçilərin Allahın iradəsi haqda dəqiq biliklə aşıb-daşmaları üçün «durmadan dua edir»di ki, onlar «Yehovanın adına layiq yaşayaraq, Onu hər şeydə məmnun» edə bilsinlər (Kolos. 1:9, 10). Əgər sən yenidən ağsaqqal təyinatına layiq görülmüsənsə, Yehovadan güc, səbir və sevinc dilə. Bu axır günlərdə Allahın xalqı qayğıkeş ağsaqqalların ruhani dəstəyinə ehtiyac duyur. Bəs sən istəməzdin qayıdıb yenidən bacı-qardaşlarına ürək-dirək verəsən?
^ abz. 3 Adlar dəyişdirilib.