Kontentə keç

Mündəricatı göstər

Yadınızdadırmı?

Yadınızdadırmı?

«Gözətçi qülləsi»nin son saylarını diqqətlə oxumusunuzsa, aşağıdakı suallara cavab verməyə çalışın.

Məsihçilərə cənazəni yandırmaq caizdirmi?

Cənazəni yandırıb-yandırmamaq hər kəsin şəxsi qərarıdır. Müqəddəs Kitabda bu barədə dəqiq heç nə deyilməsə də, qeyd etməyə dəyər ki, Şaul padşahın və oğlu Yonatanın cəsədi yandırılıb basdırılmışdı (1 Şam. 31:2, 8—13) (15/6, səhifə 7).

Necə əmin ola bilərik ki, baş verən pis şeylərin səbəbkarı Allah deyil?

Allah bütün yollarında adildir. Haqq, sadiq və doğru olan Odur. Yehova həmçinin nəvazişli və mərhəmətlidir (Qanun. t. 32:4; Məz. 145:17; Yaq. 5:11) (1/7, səhifə 4).

Daha çox tələbat olan əraziyə köçən təbliğçi hansı çətinliklərlə üzləşə bilər?

Üç çətinlik var: 1) fərqli şəraitə uyğunlaşmaq, 2) ev həsrəti çəkmək və 3) oradakı bacı-qardaşlarla dostlaşmaq. Belə çətinliklərdən keçənlərin çoxları bol xeyir-dualar biçiblər (15/7, səhifə 4, 5).

Nəyə görə yeni bukletlər effektiv və istifadəsi asandır?

Onların tərtibatı eynidir. Hər buklet insana Müqəddəs Kitab ayəsi oxumağa və sualla müraciət etməyə kömək edir. Cavabından asılı olmayaraq biz ikinci səhifəni açıb Müqəddəs Kitabda bu barədə nə deyildiyini göstərə bilərik. Həmçinin təkrar başçəkmə üçün sual verə bilərik (15/8, səhifə 13, 14).

Valideynlər uşaqlarının qayğısına qalmaq üçün nə edə bilərlər?

Uşaqları tanımaq üçün onları dinləmək vacibdir. Onları ruhani cəhətdən qidalandırın. Məsələn, uşaqlar ruhani qida ilə bağlı şübhələrini dilə gətirəndə mehribancasına yol göstərin (15/9, səhifə 18—21).

Allahın Padşahlığı nələrə son qoyacaq?

Xəstəliklərə, ölümə, işsizliyə, müharibələrə, aclıq və kasıbçılığa (1/10, səhifə 6, 7).

Müqəddəs Kitabdakı hansı əhd başqalarına Məsihlə birgə idarə etməyə yol açdı?

Axırıncı Pasxa yeməyini yedikdən sonra İsa sadiq şagirdləri ilə Padşahlıq əhdi adlanan bir əhd bağladı (Luka 22:28—30). Bu, onları əmin etdi ki, onlar göydə İsa ilə birlikdə idarə edəcəklər (15/10, səhifə 16, 17).

Yaqubun Həvarilərin işləri 15:14 ayəsində bəhs etdiyi kimi, Allahın «Öz adına bir xalq» kimlər idi?

Onlar Allahın «əzəmətli keyfiyyətlərini bəyan etmək» üçün yəhudilərdən və qeyri-yəhudilərdən seçilmiş soy idi (1 Pet. 2:9, 10) (15/11, səhifə 24, 25).