Xidmətə hazır könüllülər — Nyu-Yorkda
BİR NEÇƏ il əvvəl Sezarla həyat yoldaşı Rosio Kaliforniyada rahat həyat sürürdülər. Onların öz ev-eşiyi var idi. Sezar isitmə, ventilyasiya və havanın tənzimlənməsi sahəsində tam iş günü çalışırdı. Rosio isə həkim kabinetində yarım gün işləyirdi. Onların uşağı yox idi. Ancaq bir şey onların həyatını dəyişdi. Görək bu nə idi.
2009-cu ilin oktyabrında Birləşmiş Ştatlar filialından ölkənin bütün yığıncaqlarına məktub göndərildi. Məktubda Uolkilldə (Nyu-York) filial binalarının artırılması ilə əlaqədar bacarıqlı bacı-qardaşlar Bet-Eldə müvəqqəti xidmət etmək üçün anket doldurmağa təşviq olunurdular. Hətta yaşı Bet-El xidməti üçün qoyulmuş yaş həddindən yuxarı olanlar da anket doldurmağa dəvət olunurdu. Sezarla Rosio deyir: «Yaşımıza görə başa düşürdük ki, bu, bizim Bet-Eldə xidmət etməyimiz üçün yeganə şans ola bilər. Və biz bu fürsəti heç cür əldən vermək istəmirdik». Onlar vaxt itirmədən anketlərini doldurub verdilər.
Anketi doldurmalarının üstündən bir ildən çox keçsə də, Sezarla Rosio hələ də Bet-Elə dəvət almamışdılar. Ancaq onlar məqsədlərinə çatmaq üçün həyatlarını sadələşdirməyə başladılar. Sezar bölüşür: «Biz qarajımızı otaq elədik ki, evi kirayə verə bilək. Beləcə, cəmi bir neçə il əvvəl böyük həvəslə tikdiyimiz 200 kvadratmetrlik evdən 25 kvadratmetrlik otağa köçdük. İşdir əgər Bet-Eldən dəvət gələrdisə, etdiyimiz dəyişikliklərin sayəsində bu dəvəti qəbul etmək bizə asan olacaqdı». Bəs sonra nə oldu? Rosio deyir: «Balaca evimizə köçəndən bir ay sonra bizi Uolkilldə müvəqqəti könüllü kimi xidmət etməyə dəvət etdilər. Bizə bir şey aydın oldu, biz hərəkət etməliydik ki, Yehova da bizə bərəkət versin».
ALLAH FƏDAKAR XİDMƏTÇİLƏRİNİ MÜKAFATSIZ QOYMUR
Sezarla Rosio kimi, yüzlərlə bacı-qardaş Nyu-York ştatındakı tikintiyə qoşulmaq üçün çoxlu *. Bir çox ər-arvadlar rahat evlərini, gəlirli işlərini və ev heyvanlarını qoyub Yehovaya daha çox xidmət edirlər. Bəs Yehova onların fədakarlığını mükafatlandırırmı? Əlbəttə!
qurbanlar verib. Onların bəziləri Uolkilldə aparılan genişləndirmə işində, digərləri isə, Uorvikdəki mərkəzi idarənin tikintisində kömək edirlərMəsələn, 60-a yaxın yaşlarında olan elektrik Veylə arvadı Debra Kanzasdakı evlərini və əşyalarının çoxunu satdılar və ştatdankənar bet-elli kimi xidmət etmək üçün Uolkillə köçdülər *. Bunun üçün həyatlarında dəyişikliklər etməli olsalar da, onlar bu qurbanları verməyə peşman deyillər. Debra Bet-El təyinatı ilə bağlı bölüşür: «Hərdən mənə elə gəlir ki, mən nəşrlərimizdə təsvir olunan Cənnətdəki tikintidə iştirak edirəm».
Melvin və Şaron Cənubi Karolinada evlərini və əşyalarını satıb Uorvikdəki tikintidə kömək etməyə gəldilər. Bu kimi qurbanlar vermək asan olmasa da, onlar belə tarixi tikintidə iştirak etməyi özlərinə şərəf sanırlar. Onlar deyirlər: «Fikirləşəndə ki, gördüyün iş ümumdünya təşkilatımıza fayda verir, bu, adamı vəcdə gətirir».
50-dən çox yaşı olan və təqaüdə çıxmış inşaatçı Kenetlə arvadı Morin Uorvikdəki tikintidə iştirak etmək üçün Kaliforniyadan köçüb gəliblər. Köçə bilmək üçün onlar yığıncaqlarındakı bir bacıdan evlərindən göz-qulaq olmağı, qohumlarından isə Kenetin qoca atasına baxmağı xahiş etmişdilər. Bəs onlar Bet-Eldə xidmət etmək üçün verdikləri qurbanlara görə peşmandırlar? Kenet deyir: «Bunun bizə o qədər faydası oldu ki! Sözsüz ki, çətinliklər də bizdən yan keçmədi. Lakin bu cür yaşamağın mükafatı boldur. Bu xidməti dadmağı hamıya tövsiyə edirik».
ÇƏTİNLİKLƏRİ AŞIRLAR
Xidmətə hazır könüllülərin əksəriyyəti müəyyən çətinlikləri aşmalı olmuşlar. Məsələn, 60 yaşı haqlamış Uilyamla Sandra Pensilvaniyada rahat həyat sürürdülər. Onların ehtiyat hissələri istehsal edən müəssisələri var idi. 17 işçisi olan bu müəssisənin işi əla gedirdi. Onlar hələ uşaqlıqdan bəri olduqları yığıncağa çox öyrəşmişdilər, qohumlarının da əksəriyyəti o ərazidə yaşayırdı. Buna görə də Uolkilldə ştatdankənar bet-elli kimi xidmət etməyə dəvət alanda onlar hər kəslə və hər şeylə xudahafizləşməli olacaqlarını başa düşürdülər. Uilyam deyir: «Sözsüz ki, bizim üçün ən böyük çətinlik öyrəşdiyimiz mühiti tərk etmək idi». Lakin gecə-gündüz dualar etdikdən sonra bu ər-arvad köçmək qərarına gəldi. Onlar
buna görə peşman olmadılar. Uilyam deyir: «Bet-El ailəsində olmağın və buradakılarla çiyin-çiyinə xidmət etməyin sevincini heç nə əvəz edə bilməz. Sandra və mən hələ heç vaxt bu qədər xoşbəxt olmamışıq!»Havayda tikinti üzrə menecer olan Riki Uorvikdəki tikintidə ştatdankənar bet-elli kimi kömək etmək üçün dəvət aldı. Həyat yoldaşı Kendra onun bu dəvəti qəbul etməsini çox istəyirdi. Ancaq onlar 11 yaşlı oğulları Ceykoba görə narahat olurdular. Görəsən, oğulları yeni mühitə alışa biləcək? Ümumiyyətlə, Nyu-York ştatına köçmək nə dərəcədə düzgün olardı?
Riki deyir: «İstəyirdik elə yığıncaq tapaq ki, orada ruhani cəhətdən inkişaf edən gənclər olsun və oğlumuz Ceykob onlarla oturub-dursun». Lakin iş elə gətirdi ki, onların təyin olunduğu yığıncaqda uşaqlar az idi, amma orada bir neçə bet-elli var idi. Riki deyir: «Yığıncaqdakı birinci görüşdən sonra oğlum Ceykobdan yığıncaqdan xoşu gəlib-gəlmədiyini soruşdum. Həmyaşıdlarının olmadığına görə narahatçılıq keçirdiyimi görən Ceykob dedi: “Ata, narahat olma. Mənim dostlarım gənc bet-ellilər olacaq”».
Doğrudan da, gənc bet-ellilər Ceykobla dostlaşdılar. Bunun böyük faydası oldu. Riki bölüşür: «Bir dəfə gecə oğlumun otağının yanından keçəndə gördüm ki, otağın işığı yanır. Dedim, yəqin, elektron oyunları oynayır. Amma nə görsəm yaxşıdır? Ceykob Müqəddəs Kitab oxuyurdu. Soruşanda ki, “bala, nə edirsən?” Ceykob dedi: “Mən gənc bet-elliyəm, gərək bir ilə Müqəddəs Kitabı oxuyub qurtarım”». Yəqin təsəvvür edirsiniz, Rikiylə Kendra necə sevinirdilər. Bəli, onların sevincinə səbəb təkcə Rikinin tikintidə çalışması yox, həmçinin köçmələrinin oğullarının ruhani inkişafına müsbət təsir etməsidir (Sül. məs. 22:6).
GƏLƏCƏYİN DƏRDİNİ ÇƏKMİRLƏR
Uolkill və Uorvikdəki tikinti işləri əvvəl-axır sona çatacaq. Bu tikintiyə dəvət olunanlar bilirlər ki, onların Bet-Eldəki xidməti müvəqqətidir. Bu bacı-qardaşlar sonra hara gedəcəkləri, nə işlə məşğul olacaqları barədə həddən artıq narahat olmurlar. Onların çoxu Floridadan olan ortayaşlı ər-arvadın keçirdiyi hissləri keçirir. Tikinti meneceri Con və arvadı Karmen indi Uorvikdəki tikintidə müvəqqəti könüllü kimi xidmət edirlər. Məz. 119:116). Yanğınsöndürmə sistemi quraşdıran Luis və arvadı Kenya hal-hazırda Uolkilldə xidmət edirlər. Onlar deyirlər: «Yehovanın səxavətli əli bizi heç nədən korluq çəkməyə qoymayıb. Bilmirik bundan sonra nə olacaq, necə olacaq, amma arxayınıq ki, Yehova həmişə bizim qayğımıza qalacaq» (Məz. 34:10; 37:25).
Onlar deyirlər: «Yehova bu günə kimi hər ehtiyacımızı ödəyib. Buna görə də əminik ki, bu vaxta kimi qeydimizə qalan Yehova bizi yarı yolda qoymaz» («EHTİYACLARINIZDAN DA ÇOX BƏRƏKƏT YAĞDIRACAĞAM»
Nyu-Yorkdakı tikintidə kömək edənlərin əksəriyyəti bura gəlməmək üçün çox bəhanə tapa bilərdilər. Ancaq onlar Yehovanın Özünün istədiyi kimi, Onu sınadılar. Yehova deyir: «Məni sınayın. Görəcəksiniz ki, göylərin pəncərələrini sizə açacağam, üzərinizə ehtiyaclarınızdan da çox bərəkət yağdıracağam» (Mal. 3:10).
Siz də Yehovanı sınayın və görün Onun mükafatı nə qədər bol olacaq! Dua edib düşünün: Nyu-Yorkda və ya digər tikinti layihələrində iştirak etmək üçün nə edə bilərsiniz? Bu işə qoşulsanız, Yehovadan bol mükafat alacaqsınız (Mark 10:29, 30).
Alabamadan olan tikinti mühəndisi Deyl və həyat yoldaşı Kati bu xidmət növünü hamıya məsləhət görür. Uolkilldə xidmət edən bu könüllülər bölüşürlər: «Əgər öz rahat şəraitinizi tərk etməyə cəsarətiniz çatsa, Yehovanın ruhunun necə fəaliyyət göstərdiyini görəcəksiniz». Bu işdə iştirak etmək üçün nə etmək olar? Deyl deyir: «Nə qədər bacarırsınız, həyatınızı sadələşdirin. Heç vaxt peşman olmazsınız». Şimali Karolinadan olan Qari 30 il tikinti sahəsində məsul vəzifədə çalışıb. O və həyat yoldaşı Morin deyir ki, Uorvikdə onların ən çox xoşuna gələn şey həyatını Bet-El xidmətinə həsr edən çoxlu gözəl bacı-qardaşlarla bir yerdə olmaq, onlarla çiyin-çiyinə işləməkdir. Qari deyir: «Bet-Eldə xidmət etmək üçün sadə həyat yaşamaq lazımdır. Belə həyat bu dünyanın sonunda ən yaxşı həyatdır». İllinoysdan olan peşəkar elektrik Ceyson və həyat yoldaşı Cenifer deyir ki, Uolkilldəki tikintidə işləməklə «insan, sanki yeni dünyadakı həyatın dadına baxır». Cenifer əlavə edir: «Gördüyü hər bir işin Yehova üçün dəyərli olduğunu və bu işlə gələcəyə, sanki, sərmayə qoyduğunu bilmək insanı xoşbəxt edir. Yehova insanın üzərinə artıqlaması ilə bərəkət yağdırır».