Kontentə keç

Mündəricatı göstər

«Belə adamların qədrini bilin»

«Belə adamların qədrini bilin»

RƏHBƏRLİK ŞURASI 1992-ci ildən başlayaraq yetkin, təcrübəli məsihi ağsaqqalları komitələrə köməkçi təyin edir *. «Başqa qoyunlar»ın arasından seçilən bu köməkçilər, sözün əsil mənasında, Rəhbərlik Şurasının sağ əlidir (Yəh. 10:16). Onlar təyin olunduqları komitənin həftəlik görüşlərində iştirak edirlər, həmin görüşlərdə məlumatlar verir və təkliflər irəli sürürlər. Yekun qərarı Rəhbərlik Şurası verir, köməkçilər isə komitənin göstərişlərini həyata keçirirlər və aldıqları tapşırıqları yerinə yetirirlər. Bu köməkçilər xüsusi və beynəlxalq toplantılarda Rəhbərlik Şurasının üzvlərini müşayiət edirlər. Onlar həmçinin baş idarənin təmsilçisi kimi filiallara baş çəkirlər.

Bu sistem qüvvəyə minəndən köməkçi kimi xidmət edən bir qardaş deyir: «Mən öz tapşırıqlarımı yerinə yetirəndə Rəhbərlik Şurasının üzvləri ruhani işlərə daha çox diqqətlərini cəmləyə bilirlər». Digər bir qardaş köməkçi kimi xidmət etdiyi iyirmi ilə nəzər salaraq deyir: «Bu, mənim üçün çox böyük şərəfdir, onu heç nə ilə müqayisə etmək mümkün deyil».

Rəhbərlik Şurası köməkçilərə çox etibar edir və bu zəhmətkeş, sadiq qardaşların xidmətini yüksək qiymətləndirir. Gəlin hər birimiz belə qardaşların qədrini bilək (Filip. 2:29).

^ abz. 2 Rəhbərlik Şurasının altı komitəsinin həyata keçirdiyi məsuliyyətlər barədə qısa məlumatı «Gözətçi qülləsi» jurnalının 2008-ci il 15 may sayının 29-cu səhifəsindən tapa bilərsiniz.