Allahın Kəlamının canlı tərcüməsi
«Allahın sözü [canlıdır]» (İBR. 4:12).
NƏĞMƏ: 37, 116
1. a) Allah Adəmə hansı tapşırığı vermişdi? b) O vaxtdan bəri Allahın xalqı dil ənamından necə istifadə edir?
YEHOVA ALLAH yaratdığı varlıqlara dil qabiliyyəti bəxş edib. Adəmi cənnət bağında yerləşdirəndən sonra Allah ona dillə bağlı tapşırıq verdi. O, heyvanlara ad qoymalı idi. Adəm öz yaradıcılıq qabiliyyətini və ağlını işə salıb heyvanların hər birinə münasib ad verdi (Yar. 2:19, 20). O vaxtdan bəri Allahın xalqı danışıq qabiliyyəti ilə, yəni dildən istifadə edərək Yehova Allahı mədh edir və insanlara Onun iradəsini bəyan edir. Son zamanlar dil ənamı pak ibadətin vüsət almasına daha bir üsulla öz töhfəsini verir. Söhbət Müqəddəs Kitabın tərcüməsindən gedir.
2. a) «Yeni Dünya Müqəddəs Kitab Tərcüməsi Komitəsi» tərcümə işi ilə bağlı hansı prinsipləri rəhbər tutub? b) Bu məqalədə nəyi nəzərdən keçirəcəyik?
2 Müqəddəs Kitabın minlərlə tərcüməsi mövcuddur. Onlardan bəziləri digərləri ilə müqayisədə orijinal mətndəki fikirləri nisbətən dəqiq verir. 1940-cı illərdə «Yeni Dünya Müqəddəs Kitab Tərcüməsi Komitəsi» tərcümə prinsipləri təsis etmişdi. Müqəddəs Kitab 130-dan çox dilə tərcümə olunarkən bu prinsiplər rəhbər tutulmuşdur. Bunlar növbəti Mətta 6:9 ayəsini oxuyun.) 2) Mümkün olan yerlərdə hərfi tərcümə etmək, lakin sözbəsöz tərcümə fikri təhrif edərsə, onda mənanı düzgün çatdırmaq. 3) Oxumaq və başa düşmək asan olsun deyə aydın dildə tərcümə etmək *. (Nəhəmya 8:8, 12 ayələrini oxuyun.) Gəlin görək bu prinsiplər «Yeni Dünya Tərcüməsi»nin 2013-cü ildə ingiliscə buraxılan yenilənmiş versiyasında, eləcə də başqa dillərdə olan buraxılışında necə rəhbər tutulub.
prinsiplərdir: 1) Allahın adını Müqəddəs Yazıların orijinal mətnində rast gəlinən yerlərdə yazmaq və bununla da bu adı müqəddəs tutmaq. (ALLAHIN ADINI ŞƏRƏFLƏNDİRİR
3, 4. a) Hansı qədim əlyazmalarda tetraqrammatona rast gəlinir? b) Müqəddəs Kitabın bir çox tərcüməçiləri nə etmişlər?
3 Müqəddəs Kitabın qədim ibrani əlyazmalarını, məsələn, Ölü dəniz əlyazmalarını araşdıranlar tetraqrammatonun, yəni Allahın adını bildirən dörd ibrani hərfinin nə qədər çox işləndiyini görəndə heyrətə gəlirlər. Allahın adına yalnız qədim ibrani əlyazmalarında yox, həmçinin yunanca «Septuaginta»nın eramızdan əvvəl ikinci əsrdən eramızın birinci əsrinə qədər olan dövrə aid bəzi nüsxələrində də rast gəlinir.
4 Bəli, bu faktlar sübut edir ki, Allahın adı Müqəddəs Kitabda olmalıdır. Amma bir çox tərcümələrdən Allahın müqəddəs adı tamamilə götürülüb. 1950-ci ildə «İncilin Yeni Dünya Tərcüməsi» çıxandan iki il sonra «Yenilənmiş standart tərcümə» nəşr olundu. 1901-ci ildə dərc olunan «Amerikan standart tərcümə»nin yenilənmiş versiyası olan bu tərcümə «Amerikan standart tərcümə»nin naşirlərinin yürütdüyü siyasəti tamamilə dəyişərək Allahın adını tərcümədən götürmüşdü. Bunun səbəbi ön sözdə belə izah olunur: «Tək olan Allahın adını çəkmək Xristian Kilsəsinin imanına tamamilə ziddir». Sonralar həm ingilis, həm də başqa dillərə edilən tərcümələr də eyni yolla getdilər.
5. Nəyə görə Allahın adının Müqəddəs Kitabın tərcüməsinə daxil edilməsi vacibdir?
5 Allahın adının tərcüməyə daxil edilib-edilməməsi nəyə görə mühüm məsələdir? Peşəkar tərcüməçi bilir ki, müəllifin niyyətini başa düşmək çox vacibdir. Bu, tərcümə ilə bağlı qərarlara öz təsirini göstərir. Müqəddəs Kitabın çoxlu ayələri Allahın adının və bu adı müqəddəs tutmağın vacibliyini göstərir (Çıx. 3:15; Zəb. 83:18; 148:13; Əşy. 42:8; 43:10; Yəh. 17:6, 26; Həv. 15:14). Müqəddəs Kitabın müəllifi olan Yehova Allah mömin bəndələrinə ilham vermişdi ki, Onun Kəlamını yazarkən adını sərbəst şəkildə çəksinlər. (Hizqiyal 38:23 ayəsini oxuyun.) Qədim əlyazmalarda minlərlə dəfə rast gəlinən bu adın tərcüməyə daxil edilməməsi Müqəddəs Kitabın Müəllifinə qarşı hörmətsizlikdir.
6. Nəyə görə «Yeni Dünya Tərcüməsi»nin yenilənmiş versiyasında Allahın adı daha altı ayəyə əlavə olunub?
6 Müqəddəs Kitabda Allahın adının saxlanılmasının lehinə olan sübutlar artır ki azalmır. «Yeni Dünya Tərcüməsi»nin 2013-cü ildə yenilənmiş versiyasında Allahın adı 7216 dəfə yazılıb. Bu, 1984-cü il nəşrindən altı dəfə çoxdur. Əlavə olunan adlardan beşi 1 İşmuil 2:25; 6:3; 10:26; 23:14, 16 ayələrində yazılıb. Bu, əsas etibarilə, «Ölü dəniz əlyazmaları»na görə əlavə edilib. «Yeni Dünya Tərcüməsi»ni tərcümə edərkən ibrani Masoret mətnindən istifadə olunmuşdu. Ancaq yaşı ibrani Masoret mətnindən 1000 ildən çox olan «Ölü dəniz əlyazmaları»nda Allahın adı bu ayələrdə də yazılmışdı. Qədim əlyazmaları araşdırmağın nəticəsində Allahın adı bir dəfə də Hakimlər 19:18 ayəsinə əlavə olunub.
7, 8. Yehova adının mənası nədir?
7 Həqiqi məsihilər üçün Allahın adı böyük məna daşıyır. «Yeni Dünya Tərcüməsi»nin 2013-cü ildə yenilənmiş versiyasında bununla bağlı yeni fikir var. «Yeni Dünya Müqəddəs Kitab Tərcüməsi Komitəsi» bilir ki, bu ad ibrani dilində «havah» felinin icbar növünü əks etdirir və «olmasına səbəb olur» mənasını daşıyır *. Əvvəllər bizim nəşrlərimizdə bu mənanı Çıxış 3:14 ayəsilə bağlayırdılar. Orada deyilir: «Kim İstəsəm, Olacağam». Müqəddəs Kitabın 1984-cü il nəşrində Allahın adının mənası belə izah olunurdu ki, Yehova vədlərini icra etmək üçün Özünün istədiyi kəs olmasına səbəb olur *. Lakin Müqəddəs Kitabın 2013-cü il nəşrinin A4 əlavəsində izah olunur: «Düzdür, Allahın adının mənası özünə bu fikri də daxil edə bilər, lakin təkcə bununla məhdudlaşmır. Mənaya həmçinin bu fikir də daxildir ki, Allah-Taala Öz xilqəti ilə və məqsədinin həyata keçməsi ilə əlaqədar lazımi şeylərin olmasına səbəb olur».
8 Yehova yaratdığı xilqətin istədiyi kəs olmasına səbəb olur. Adının mənasına uyğun olaraq, Yehova Nuhun gəmi düzəldən, Bəsalilin sənətkar, Cədunun igid döyüşçü, Bulusun digər xalqlara göndərilmiş həvari olmasına səbəb oldu. Bəli, Allahın xalqı üçün Onun adının böyük mənası var. Məhz buna görə də «Yeni Dünya Müqəddəs Kitab Tərcüməsi Komitəsi» Allahın adının müqəddəsliyinə və dərin mənasına hörmət edərək bu tərcüməyə bu adı daxil etmişdir.
9. Hansı səbəbə görə Müqəddəs Kitabın başqa dillərə tərcümə olunmasına önəm verilir?
9 130-dan çox dildə çıxan «Yeni Dünya Tərcüməsi» Allahın adını Müqəddəs Yazılarda lazım olan yerlərdə yazmaqla bu ada hörmətlə yanaşmışdır. (Məlaki 3:16 ayəsini oxuyun.) Bunun əksinə olaraq, müasir dövrdə Müqəddəs Kitab tərcümələrinə Allahın adı daxil edilmir, əvəzinə «Rəbb», yaxud da yerli allahların adı yazılır. Ən çox da məhz bu səbəbə görə Yehovanın Şahidlərinin Rəhbərlik Şurası ilk növbədə çalışır ki, mümkün qədər daha çox insanda Allahın adını ucaldan Müqəddəs Kitab olsun.
AYDIN VƏ DƏQİQ TƏRCÜMƏ
10, 11. «Yeni Dünya Tərcüməsi»ni digər dillərə tərcümə edənlər hansı çətinliklərlə üzləşirdilər?
10 Müqəddəs Yazıları ingiliscədən başqa dillərə tərcümə edərkən tərcüməçilər çoxlu problemlərlə üzləşirdilər. Məsələn, əvvəllər ingiliscə «Yeni Dünya Tərcüməsi»ndə ibrani sözü olan «şeol» bir çox ayələrdə, misal üçün, Vaiz 9:10 ayəsində saxlanılmışdı. Bu, ingiliscə olan bəzi başqa tərcümələrdə də belə idi. Əvvəllər bu ayə belə yazılmışdı: «Gedəcəyin Şeolda nə iş, nə niyyət, nə elm, nə də hikmət var». Başqa dillərə tərcümə edən tərcüməçilər belə bir problemlə üzləşirdilər: «şeol» sözü onların oxucularına tanış deyil, bu söz lüğətdə yoxdur, həmçinin bu söz coğrafi məkan kimi səslənir. Bu səbəbdən, «şeol» və onun yunan ekvivalenti olan «hades» sözünün mənasını aydın vermək üçün bu sözləri «Məzar» kimi tərcümə etməyə icazə verildi.
11 Bəzi dillərdə ibrani sözü «nefeş» və yunan sözü «psixi»nin davamlı olaraq ingilis dilindəki kimi «can» sözü ilə tərcümə olunması çaşqınlıq yaradırdı. «Can» sözü ruh kimi başa düşülürdü və yanlış olaraq belə bir təsəvvür oyadırdı ki, söhbət
insanın özündən yox, öləndən sonra onun bədənindən ayrılan ruhdan gedir. Buna görə də «can» sözünün kontekstə əsasən və «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi — İstinadlarla» nəşrinin əlavələr bölməsində izah olunan mənalarına müvafiq tərcümə edilməsinə icazə verildi. Beləliklə, mətnin aydın başa düşülməsinə üstünlük verildi, əlavə məlumat isə çox vaxt haşiyəyə daxil edildi.12. «Yeni Dünya Tərcüməsi»nin 2013-cü ildə yenilənmiş versiyasında hansı dəyişikliklər edildi? (Həmçinin bu sayda olan «“Yeni Dünya Tərcüməsi”nin 2013-cü il buraxılışı» adlı məqaləyə baxın.)
12 Tərcüməçilərin suallarından aydın olurdu ki, başqa sözlər də yanlış təəssürat oyada bilər. Beləliklə, 2007-ci ilin sentyabr ayında Rəhbərlik Şurası «Yeni Dünya Tərcüməsi»nin ingilis nəşrinə yenidən baxılmasına icazə verdi. İş prosesində Müqəddəs Kitab tərcüməçilərinin yazdığı minlərlə suala baxıldı. Köhnəlmiş ingilis sözləri yeniləri ilə əvəz olundu. Mətnin aydın, anlaşıqlı olmasına, eyni zamanda mənanın düzgün tərcümə edilməsinə diqqət yetirildi. Başqa dillərdə tətbiq edilən üsulların ingilis mətninə də tətbiq edilməsi onu təkmilləşdirdi (Məs. 27:17).
MİNNƏTDARLIQLAR
13. 2013-cü ildə yenilənmiş versiya necə qarşılandı?
13 «Yeni Dünya Tərcüməsi»nin ingilis dilində yenilənmiş versiyası necə qarşılandı? Bununla bağlı Yehovanın Şahidlərinin Bruklindəki baş idarəsinə minlərlə minnətdarlıq məktubu gəldi. Bir bacının sözlərində çoxlarının hissləri əks olunurdu: «Müqəddəs Kitab ləl-cəvahiratla dolu olan xəzinədir. 2013-cü il nəşrindən Yehovanın aydın yazılmış sözlərini oxuyanda, sanki, inciləri bir-bir gözdən keçirirsən, onun hər tərəfinə, rənginə, gözəlliyinə, şəffaflığına heyran olursan. Müqəddəs Yazıların dilinin sadəliyi mənə Yehovanı daha yaxından tanımağa kömək edir. O, sanki, ata kimi, məni bağrına basıb mənə sözləri ilə təskinlik verir».
14, 15. «Yeni Dünya Tərcüməsi»nin başqa dillərdə çıxması hansı hissləri doğurmuşdur?
14 «Yeni Dünya Tərcüməsi»nin başqa dillərdə çıxan nəşri də insanlara xoş təsir bağışlayır. Bolqarıstanın Sofiya şəhərindən olan yaşlı bir kişi bolqar dilində çıxan nəşrlə bağlı demişdi: «Mən uzun illərdir ki, Müqəddəs Kitabı oxuyuram, amma hələ heç bir tərcüməni bu qədər aydın
başa düşməmişdim, bu tərcümədə sözlər insanın ruhuna, ürəyinə işləyir». Alban dilində «Yeni Dünya Tərcüməsi»ni alan bir bacı deyir: «Allahın Kəlamı alban dilində çox gözəl səslənir. Bu, çox böyük şərəfdir ki, Yehova Allah bizimlə öz dilimizdə danışır!»15 Bir çox ölkələrdə Müqəddəs Kitab bahadır və hələm-hələm tapılmır. Buna görə də Müqəddəs Kitabı almağın özü artıq hamı üçün böyük hədiyyə olur. Ruanda barədə hesabatda deyilir: «Uzun müddət ərzində qardaşların dərs keçdiyi adamlar ruhani cəhətdən irəliləmirdilər. Çünki onların Müqəddəs Kitabı yox idi. Onların yerli kilsənin buraxdığı nəşri almağa da imkanları çatmırdı. Müəyyən ayələrin mənasını başa düşmürdülər. Bu da onların inkişafına mane olurdu». Ancaq onların dilində «Yeni Dünya Tərcüməsi» çıxanda hər şey dəyişdi. Ruandada yaşayan və dörd yeniyetmə övladı olan bir ailə demişdi: «Bizə bu Müqəddəs Kitabı verdiyinə görə Yehovaya, sadiq və ağıllı nökərə çox minnətdarıq. Biz çox kasıbıq, ailənin hər bir üzvü üçün Müqəddəs Kitab almağa imkanımız yoxdur. Ancaq indi hər birimizin öz kitabı var. Yehovaya minnətdarlığımızı göstərmək üçün biz hər gün ailəlikcə Müqəddəs Kitabı oxuyuruq».
16, 17. a) Yehova Öz xalqı üçün nə istəyir? b) Biz nəyə əzmli olmalıyıq?
16 Vaxt keçdikcə «Yeni Dünya Tərcüməsi»nin yenilənmiş versiyası başqa dillərə də tərcümə olunacaq *. Şeytan bu işə əngəl törətmək istəyir. Amma Yehova Allah «Yeni Dünya Tərcüməsi» vasitəsilə öz xalqı ilə aydın, anlaşıqlı şəkildə danışır. Və biz inanırıq ki, Yehova xalqının bu kitabı oxuyub Ona qulaq asmasını istəyir. (Əşiya 30:21 ayəsini oxuyun.) Gün gələcək «sular dənizi doldurduğu kimi, dünya başdan-başa Yehova barədə biliklə dolacaq» (Əşy. 11:9).
17 Gəlin Yehovanın verdiyi hər bir bəxşişdən, o cümlədən Onun adını şərəfləndirən bu nəşrdən faydalanmağa əzmli olaq. Qoy Yehova hər gün Öz Kəlamı vasitəsilə sizinlə danışsın. O, Öz sonsuz qüdrətilə bizim dualarımıza diqqətlə qulaq asır. Bu ünsiyyətin sayəsində biz Yehovaya daha da yaxınlaşacağıq və Ona olan məhəbbətimiz artdıqca artacaq (Yəh. 17:3).
^ abz. 2 «Yeni Dünya Tərcüməsi»nin yenilənmiş versiyasının A1 əlavəsinə, həmçinin «Gözətçi qülləsi»nin 2008-ci il 1 may sayında «Müqəddəs Kitabın yaxşı tərcüməsini necə müəyyən edə bilərsiniz?» (rus.) adlı məqaləyə baxın.
^ abz. 7 Bəzi elmi işlərdə bu fikir irəli sürülsə də, alimlərin hamısı bununla razı deyil.
^ abz. 7 «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» nəşrinin 1733-cü səhifəsində «Tövratda Allahın adı» adlı I əlavəyə (rus.) baxın.
^ abz. 16 İngilis dilindəki yenidən baxılmış versiyaya əsaslanan Azərbaycanca «Yeni Dünya Tərcüməsi» 2014-cü il 19 sentyabrda işıq üzü gördü.