«Yeni Dünya Tərcüməsi». 2013-cü il buraxılışı
İLLƏR ərzində «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nə dönə-dönə baxılmışdı. Lakin 2013-cü il buraxılışında onda böyük dəyişikliklər edilmişdi. Məsələn, indiki tərcümədə sözlər əvvəlkindən 10 faiz azdır. Terminlərin bəziləri dəyişdirilib. Bəzi fəsillər nəzm şəklində yazılıb, həmçinin haşiyələrdə əlavə məlumatlar gətirilib. Bu məqalədə bütün dəyişikliklərdən danışmaq mümkün olmasa da, gəlin əsas dəyişikliklərdən bəzilərini nəzərdən keçirək.
Əsas sözlərdən bəziləri dəyişdirilib. Əvvəlki məqalədə qeyd olunduğu kimi, «şeol», «hades» və «can» sözləri başqa cür tərcümə olunub. Ancaq bundan əlavə bir neçə termin də dəyişdirilib.
Məsələn, əvvəllər İsanın edamı ilə əlaqədar işlədilən söz oxucuda elə təsəvvür yaradırdı ki, sanki, İsanı dirəyə keçirərək öldürmüşdülər. Ancaq indi yanlış təsəvvürdən qaçmaq üçün «dirəkdə edam etmək», «dirəyə mıxlamaq» kimi ifadələr işlədilib (Mət. 20:19; 27:31). «Pozğun davranış» ifadəsi «azğınlıq» kimi tərcümə olunub. Belə ki, bu söz yunan dilindəki sözdə duyulan ikrah hissini dəqiq ifadə edir. Əvvəllər «uzun müddət səbir etmək» mənasını ifadə etmək üçün işlədilən söz «uzun müddət əzab çəkmək» kimi başa düşülürdü. Amma indi «səbir» sözü işlədilib və bu, mənanı düzgün şəkildə ifadə edir. İndi «kef məclisləri» kimi tərcümə olunan ifadənin yerinə əvvəllər ingiliscə arxaik söz istifadə olunurdu (Qal. 5:19—22). «Sevgi dolu xeyirxahlıq» kimi tərcümə olunan «xesed» sözü indi «məhəbbət» kimi tərcümə olunur. Bu, çox vaxt «sədaqət» sözü ilə yanaşı işlənən «xesed» sözünün mənasını hərtərəfli əhatə edir (Zəb. 36:5; 89:1).
Əvvəlki nəşrlərdə bəzi sözlər bütün hallarda eyni sözlə tərcümə olunurdu. İndi isə həmin terminlər kontekstə uyğun olaraq tərcümə olunub. Məsələn, ibrani sözü «ohlam» «qeyri-müəyyən vaxt» kimi tərcümə olunmuşdu. Ancaq bu sözün «əbədi» mənası da var. İndi bu sözün necə verildiyini görmək üçün Zəbur 90:2 və Mikə 5:2 ayəsinə baxın.
«Toxum» kimi tərcümə olunmuş ibrani və yunan sözünə Müqəddəs Kitabda tez-tez rast gəlinir. Yunan dilində də, ibrani dilində də bu söz həm hərfi mənada «toxum» deməkdir, həm də məcazi mənada «övlad» Yaradılış 3:15 ayəsi də daxil olmaqla, hər yerdə «toxum» sözü ilə tərcümə olunmuşdu. Lakin indi ingilis dilində «toxum» sözü daha «övlad» mənasında işlənmir. Buna görə də yenilənmiş versiyada Yaradılış 3:15 ayəsində və bununla əlaqəli digər ayələrdə «övlad» sözü işlədilib (Yar. 22:17, 18; Vəhy 12:17). Digər hallarda isə bu söz kontekstə uyğun olaraq tərcümə olunub (Yar. 1:11; Zəb. 22:30; Əşy. 57:3).
mənasını verir. «Yeni Dünya Tərcüməsi»nin əvvəlki nəşrlərində bu söz,Hərfi tərcümələr bir çox yerlərdə dəyişdirilib. 2013-cü il buraxılışının A1 əlavəsində deyilir ki, yaxşı tərcümə olunmuş Müqəddəs Kitabda «hərfi tərcümə fikri təhrif etdikdə və ya aydınlığa xələl gətirdikdə sözün və ya ifadənin daşıdığı məna tərcümə edilir». Orijinal dildəki idiomlar başqa dildə məna kəsb edirsə, onda hərfən tərcümə olunur. Məsələn, Vəhy 2:23 ayəsindəki «ürəyi tədqiq etmək» ifadəsi bir çox dillərdə məna verir. Lakin elə həmin ayədə işlənən «böyrəkləri tədqiq etmək» ifadəsi aydın deyil, buna görə də böyrəklər sözü «ən gizli fikirlər» kimi tərcümə edilmiş və beləliklə də orijinal dildəki məna ifadə olunmuşdur. Qanunun təkrarı 32:14 ayəsində «buğdanın böyrək piyi» ifadəsi aydın başa düşülsün deyə «iri dənli buğdalar» kimi tərcümə olunub. «Dodaqlarım sünnət olunmayıb» ifadəsi əksər dillərdə başa düşülmədiyinə görə «güc-bəla ilə danışmaq» kimi tərcümə olunub (Çıxış 6:12).
«İsrail oğulları» «israillilər», «atasız oğlanlar» ifadəsi isə «yetim» sözü ilə əvəz olunub. İbrani dilində ismin kişi cinsi və qadın cinsi var. Buna görə də, adətən, söhbətin qadından, yoxsa kişidən getdiyi məlum olur. Lakin bəzən kişi cinsini bildirən söz həm kişiyə, həm də qadına aid işlənir. Məsələn, bəzi ayələrin konteksti göstərir ki, ayədə işlənən «İsrail oğulları» sözü həm kişiyə, həm də qadına aiddir. Buna görə də bu ifadə indi, əsas etibarilə, «israillilər» kimi tərcümə olunub (Çıx. 1:7; 35:29; 2 Pad. 8:12).
Buna bənzər tərzdə Yaradılış 3:16 ayəsində «oğullar» mənasını verən ibrani sözü «Yeni Dünya Tərcüməsi»nin əvvəlki buraxılışlarında «uşaqlar» kimi verilmişdi. İndi Çıxış 22:24 ayəsində də həmin söz dəyişilərək belə tərcümə olunub: «Uşaqlarınız [ibranicə «oğullarınız»] yetim qalacaq». Bu prinsipdən irəli gələrək «atasız oğlan» ifadəsi «yetim» sözü ilə əvəz olunub (Qan. 10:18; Əyy. 6:27). Bu, yunanca «Septuaginta»da da belə tərcümə olunmuşdu. Bu səbəbdən, Vaiz 12:1 ayəsində «cavan kişilik günləri» ifadəsi «cavanlıq günləri» ifadəsi ilə əvəz olunub.
Bir çox ibrani feillərinin tərcüməsi sadələşdirilib. İbrani dilində feilin iki forması var. Hərəkətin davam etdiyini göstərən bitməmiş forma və hərəkətin bitdiyini göstərən bitmiş forma. «Yeni Dünya Tərcüməsi»nin əvvəlki buraxılışlarında ibrani feillərinin bitməmiş forması bütün hallarda «davam etmək» və sairə feillərlə və ya köməkçi sözlərlə ifadə olunurdu və hərəkətin davam etdiyini və ya təkrarlandığını göstərirdi *. Feilin bitmiş forması ilə ifadə olunan tamamlanmış hərəkəti göstərmək üçün isə «mütləq», «həqiqətən də» kimi sözlərdən istifadə olunurdu.
2013-cü il buraxılışında məna baxımından vacib olmayan hallarda belə köməkçi ifadələr işlədilməmişdir. Məsələn, Allahın «qoy işıq olsun» ifadəsini dəfələrlə dediyini vurğulamağa heç bir ehtiyac yoxdur. Buna görə də yenilənmiş versiyada bitməmiş formada olan «demək» feili davamedici hərəkət kimi tərcümə Yar. 1:3). Lakin, görünür, Yehova Adəmi dönə-dönə çağırmışdı, buna görə də Yaradılış 3:9 ayəsində bu fikir yenə də vurğulanıb və «çağırırdı» kimi tərcümə olunub. Ümumilikdə, feillər daha sadə tərcümə olunub, əsas diqqət ibrani feilinin bitmiş və ya bitməmiş formada olmasına yox, hərəkətin özünə cəmlənib. Bunun bir xeyri də odur ki, tərcümədə ibrani dilinə xas olan lokaniklik əks olunub.
olunmayıb (Bəzi fəsillər nəzm şəklində yazılıb. Müqəddəs Kitabın bir çox hissəsi nəzm şəklində yazılmışdı. Müasir dillərdə nəzmin əsas səciyyəvi xüsusiyyəti qafiyənin olmasıdır. Lakin ibrani poeziyasında ən vacib elementləri paralelizm və ziddiyyət təşkil edir. İbrani poeziyasında ahəngə sözlərin qafiyələşməsi ilə yox, fikirlərin məntiqi ardıcıllıqla düzülməsi ilə nail olunurdu.
«Yeni Dünya Tərcüməsi»nin əvvəlki buraxılışlarında «Əyyub» və «Zəbur» kitabı nəzm formasında yazılmışdı. Bu, qədimdə onların nəğmə kimi oxunduğunu və ya əzbərdən söylənildiyini göstərmək məqsədilə edilmişdi. Bu format vurğulamaq üçün olan nəzm elementlərini qabardır və parçanı əzbərləməyə kömək edir. 2013-cü il buraxılışında «Məsəllər», «Nəğmələr nəğməsi» və peyğəmbərlik kitablarının bir çox fəsilləri də şeir formasında yazılıb. Bu, həmin parçaların orijinal mətndə nəzm şəklində yazıldığını göstərir, həmçinin paralelizm və ziddiyyətləri vurğulayır. Buna Əşiya 24:2 ayəsini nümunə gətirmək olar. Bu ayənin hər sətrində ziddiyyət var və hər sətir özündən əvvəlki sətirdəki fikri inkişaf etdirir və beləliklə vurğulayır ki, heç kəs Allahın hökmündən yaxa qurtara bilməyəcək. Bu parçaların nəzm formasında olması sayəsində oxucu başa düşür ki, Müqəddəs Kitabı yazan sadəcə eyni fikri təkrar etmir, Allahın xəbərini vurğulamaq üçün nəzm formasından istifadə edir.
İbrani dilində nəzm və nəsr arasındakı fərq həmişə aydın hiss olunmur. Buna görə də hansı parçaların nəzm formasında olduğu ilə bağlı Müqəddəs Kitabın tərcüməçiləri arasında fikir ayrılığı mövcuddur. Hansı ayələrin nəzm şəklində yazılacağına qərar verərkən tərcüməçi müəyyən dərəcədə öz hissiyyatına da arxalanır. Bəzi parçalar poetik sözlərlə yazılmış nəsrdir. Orada bədii təsvirlərdən, söz oyunundan və fikri vurğulamaq üçün paralelizmdən istifadə olunub.
Həmçinin bu nəşrdə hər kitabın əvvəlində onun məzmunu yazılıb. Bunun xüsusən də, «Nəğmələr nəğməsi» kitabını oxuyanda çox böyük köməyi dəyir. Belə ki, bu qədim poemada sözlər tez-tez gah bu qəhrəmanın, gah da o biri qəhrəmanın dili ilə deyilir. Məzmunda da hansı sözləri hansı personajın dediyi qeyd olunub.
Orijinal dildəki əlyazmaların tədqiqi yeni versiyada öz əksini tapıb. «Yeni Dünya Tərcüməsi»nin orijinal mətni İbrani Masoret mətninə, həmçinin Vestkott və Hortun hazırladığı yunan mətninə əsaslanırdı. Ancaq Müqəddəs Kitabın qədim əlyazmalarının tədqiqi sahəsində irəliləyişlər edilir, bunun da sayəsində Müqəddəs Kitabın bir çox ayələrinin oxunmasına aydınlıq gətirilir. Belə ki, Ölü dəniz əlyazmalarının nüsxələri əlçatan olub. Daha çox yunan əlyazmaları tədqiq olunub. Yeni tapılmış əlyazmaların çoxu elektron formatda mövcuddur. Buna görə də əlyazmalar arasında fərqləri təhlil etmək asanlaşıb. Bunun da sayəsində, ibrani, yaxud yunan mətninin hansı versiyasının dəqiqliyinə daha çox sübutun olduğunu müəyyən etmək indi daha asandır. «Yeni Dünya Müqəddəs Kitab Tərcüməsi Komitəsi» bu nailiyyətlərdən istifadə edərək müəyyən ayələri tədqiq etmişdir. Buna görə də bəzi ayələrə dəyişikliklər edilib.
Məsələn, yunanca «Septuaginta»da 2 İşmuil 13:21 ayəsində bu sözlər yazılıb: «Amma o, Əmnunun xətrinə dəymədi. Çünki onu çox sevirdi. Əmnun onun ilk oğlu idi». Lakin bu sözlər Masoret mətnində olmadığı üçün «Yeni Dünya Tərcüməsi»nin əvvəlki versiyalarına daxil edilməmişdi. Ancaq Ölü dəniz əlyazmalarında bu sözlər var. Odur ki, 2013-cü ilin nəşrinə də bu sözlər əlavə olunub. Buna bənzər səbəblərə görə Allahın adı «Birinci İşmuil» kitabına beş dəfə əlavə olunub. Yunan mətnlərinin tədqiqi nəticəsində Mətta 21:29—31 ayələrində fikirlərin sırasına da dəyişiklik edilmişdir. Beləliklə, sırf bir yunan mətninə bağlı qalınmamışdır, əksinə bir neçə sanballı əlyazmaya əsaslanaraq bəzi dəyişikliklər edilmişdir.
Beləcə, «Yeni Dünya Tərcüməsi»ndə edilən dəyişikliklərdən bir neçəsini nəzərdən keçirdik. Bu dəyişikliklərin sayəsində, bu tərcüməyə Allahın hədiyyəsi kimi baxan insanlar onu daha asanlıqla oxuyur və başa düşür.
^ abz. 10 «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi — İstinadlarla» nəşrinin «Davamedici hərəkəti bildirən ibrani feilləri» adlı «3C» əlavəsinə (ing.) baxın.