Kontentə keç

Mündəricatı göstər

Yadınızdadırmı?

Yadınızdadırmı?

«Gözətçi qülləsi»nin son saylarını diqqətlə oxumusunuzsa, aşağıdakı suallara cavab verməyə çalışın.

«Hizqiyal» kitabındakı «Məcuc ölkəsindən olan Yəcuc» kimdir?

Görünür, «Məcuc ölkəsindən olan Yəcuc» Şeytanı yox, xalqlar birliyini bildirir. Bu xalqlar birliyi böyük müsibət başlayandan sonra yer üzündən Allahın xalqının kökünü kəsmək istəyəcək (15/5, səhifə 29, 30).

İsanın möcüzələri onun səxavətli olduğunu necə göstərir?

Qanədəki toyda İsa təxminən 380 litr suyu şəraba çevirmişdi. Başqa bir vaxt 5000-dən çox adamı möcüzəvi şəkildə yedirtmişdi (Mət. 14:14—21; Yəh. 2:6—11). Hər iki halda o, Atası kimi, səxavət göstərmişdi (15/6, səhifə 4, 5).

Böyük Babil məhv edilən zaman yalan dinlərin keçmiş üzvlərinin hamısı məhv olacaq?

Xeyr. Zəkəriyyə 13:4—6 ayələrinə əsasən, hətta keşişlərdən bəziləri dindən əl çəkəcək və heç vaxt yalan dinin üzvü olmadığını iddia edəcəklər (15/7, səhifə 15, 16).

Məsihilər nə barədə düşünə bilərlər?

Yehovanın yaratdıqları, nazil etdiyi Kəlamı, dua ənamı və Onun məhəbbətini əks etdirən fidyə barədə (15/8, səhifə 10—13).

Pis dostlardan uzaq durmaq göstərişinə əsasən, məsihi kiminlə görüşə bilər?

Biz imanımıza şərik olmayanlara qarşı sərt deyilik. Lakin Allaha həsr olunmayan və Onun qanunları ilə yaşamayan kəslə görüşmək Allahın əmrinə ziddir (1 Kor. 15:33) (15/8, səhifə 25).

Nəyə görə həvari Butrus bir anlıq imanını itirmişdi, bəs sonra imanını necə bərpa etdi?

Butrus iman edib suyun üzü ilə İsaya tərəf getdi (Mət. 14:24—32). Ancaq fırtınaya baxanda qorxdu. Sonra yenidən diqqətini İsaya cəmlədi və onun köməyini qəbul etdi (15/9, səhifə 16, 17).

Həvarilərin işləri 28:4 ayəsində deyilir ki, Malta əhli həvari Bulusun qatil olduğunu düşünürdü. Nəyə görə onlar belə düşünmüşdü?

Həvari Bulusu gürzə sancanda onlar belə nəticəyə gəlmişdilər ki, ədalət ilahəsi Dike onu cəzalandırdı (1/10, səhifə 9).

Martanın başının işə qarışmasından nə öyrənirik?

Bir dəfə Martanın başı biş-düşə bərk qarışmışdı. İsa dedi ki, onun bacısı İsanın sözlərinə qulaq asmaqla özünə yaxşı pay seçib. Biz ehtiyatlı olmalıyıq ki, ikinci dərəcəli məşğuliyyətlər ruhani işlərimizə mane olmasın (15/10, səhifə 18—20).