Kontentə keç

Mündəricatı göstər

Əziz oxucularımız!

Əziz oxucularımız!

Hal-hazırda oxuduğunuz jurnal 1879-cu ilin iyul ayından etibarən nəşr edilir. Zaman dəyişdikcə bu jurnal da dəyişib. (Yuxarıdakı şəkillərə baxın.) Bu saydan etibarən «Gözətçi qülləsi»nin tərtibatında yenə də dəyişikliklər ediləcək. Hansı dəyişikliklər?

Bir çox ölkələrdə məlumatı İnternet vasitəsilə əldə etməyi sevən insanların sayı getdikcə artır. Yalnız İnternetdə olan məlumatları tapmaq üçün bir düyməyə basmaq kifayətdir. Bir çox kitabları, jurnalları və qəzetləri İnternetdən oxumaq olar.

Bunu nəzərə alaraq, bu yaxınlarda www.pr418.com saytımızın tərtibatında dəyişiklik edərək onu daha maraqlı etdik və istifadəsini asanlaşdırdıq. Sayta daxil olan insanların nəşrlərimizi 430-dan çox dildə oxumaq imkanı var. Bu aydan etibarən isə jurnallarımızda müntəzəm şəkildə çap edilən bəzi rubrikalar yalnız İnternetdə çıxacaq *.

İnternetdə daha çox məqalələr yerləşdirməyi planlaşdırdığımıza görə bu saydan etibarən «Gözətçi qülləsi»nin kütləvi nəşri 32-i yox, 16 səhifə olacaq. Hal-hazırda «Gözətçi qülləsi» 195 dilə tərcümə olunur. Həcminin azaldılmasının sayəsində bu jurnalı daha çox dillərə tərcümə etmək mümkün olacaq.

Ümidvarıq ki, bu dəyişikliklər sayəsində Müqəddəs Kitabın xilasedici xoş xəbəri daha çox insana əlçatan olacaq. Biz bundan sonra da insanların ürəklərinə yol tapan zəngin və maarifləndirici məlumatları Müqəddəs Kitaba hörmət edən və onun təlimlərini öyrənmək istəyən oxucularımıza həm jurnallar, həm də İnternet vasitəsilə təqdim edəcəyik.

Naşirlər

^ abz. 5 Yalnız İnternetdə çıxacaq rubrikalar arasında yeniyetmələrə Müqəddəs Kitabı araşdırmağa kömək edən «Gənc oxucularımız üçün», eləcə də valideynlərin üç yaşına qədər uşaqlarına təlim-tərbiyə verməsi üçün nəzərdə tutulan «Balacalar üçün» rubrikaları da var.