Kontentə keç

Mündəricatı göstər

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

Böyük toplantıya dəvət kampaniyası

Böyük toplantıya dəvət kampaniyası

Hər il biz regional toplantını, orada verilən ruhani ziyafəti səbirsizliklə gözləyirik. Başqaları da Yehovanın necə gözəl Allah olduğunu görsün deyə, biz mümkün qədər çox insanı toplantıya dəvət edəcəyik (Zb 34:8). Hər yığıncağın ağsaqqallar şurası dəvətnamələrdən mümkün qədər səmərəli istifadə etmək üçün tədbir görməlidir.

NƏZƏRƏ ALINMALI MƏQAMLAR

  • Toplantımız nə vaxt olacaq?

  • Bizim ərazidə kampaniya nə vaxt başlayır?

  • Təbliğ görüşləri nə vaxt olacaq?

  • Kampaniya ilə bağlı hansı məqsədlərim var?

  • Kimi dəvət etməyi planlaşdırıram?

BELƏ DEMƏK OLAR:

Salamlaşandan sonra deyə bilərsiniz:

«Biz sizi mühüm bir mərasimə dəvət etmək istəyirik. Bu mərasimin günü, vaxtı və ünvanı dəvətnamədə qeyd olunub. Yolunuzu gözləyirik».

SONRA NƏ ETMƏK OLAR?

Bizim məqsədimiz insanları toplantıya dəvət etmək olsa da, maraq göstərənlərə kömək etməyə hazır olmalıyıq.

Həftəsonları dəvətnamə ilə yanaşı jurnal da vermək olar.