MƏSİHİ HƏYATI
Onları gülərüzlə salamlayın
Kimləri? Yığıncaq görüşünə gələn hər kəsi, görüşə yeni gələnlərdən tutmuş ta uzun illər tanıdığımız insanlara kimi (Rm 15:7; İb 13:2). Başqa ölkədən yığıncağımıza qonaq gələn dindaşlarımızı və bir neçə ildən sonra ilk dəfə görüşə gələn qeyri-fəal təbliğçiləri də eyni cür salamlamalıyıq. Özünüzü bu insanların yerinə qoyun. İstəməzdiniz, sizi gülərüzlə, mehriban şəkildə qarşılasınlar?! (Mt 7:12). Buna görə də gəlin yığıncağa gələndə bir yerdə oturub qalmayaq, çətin də olsa, görüşdən əvvəl və sonra gələnləri salamlayaq. Bu, ibadət evində xoş ab-hava yaradar və Yehova Allaha şərəf gətirər (Mt 5:16). Təbii ki, hər kəslə ünsiyyət etmək mümkün deyil, amma əlimizdən gələni edib hamını mehriban qarşılaya bilərik *.
Biz yalnız anma mərasimi kimi xüsusi günlərdə deyil, hər zaman qonaqpərvər olmalıyıq. Yığıncağa yeni gələnlər aramızda məhəbbət görsələr, ola bilsin, onlar da Allahı ucaldar və həqiqi ibadətə qoşularlar (Yh 13:35).