MƏSİHİ HƏYATI VƏ İBADƏTİ İŞ DƏFTƏRİ Aprel 2018
Söhbət planı
Müqəddəs Kitab və xoşbəxt həyatla bağlı söhbət üçün mövzular
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ
Pasxa və anma mərasimi — oxşar və fərqli cəhətlər
Pasxa anma mərasiminin timsalı olmasa da, bu bayramın bəzi cəhətləri bizim üçün əhəmiyyət kəsb edir.
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ
Gedin və şagird hazırlayın. Nəyə görə, harada və necə?
Şagird hazırlamaq insana İsanın əmr etdiyi hər şeyə riayət etməyi öyrətmək deməkdir. Bu işə şagirdə İsanın təlimlərinə riayət etməyi və İsanın nümunəsini izləməyi öyrətmək daxildir.
MƏSİHİ HƏYATI
Təbliğ və təlim — şagird hazırlamaq işinin özəyi
İsa davamçılarına gedib şagird hazırlamağı tapşırmışdı. Bu işə nə daxildir? İnsanlara ruhani cəhətdən böyüməyə necə kömək edə bilərik?
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ
«Günahların bağışlandı»
Mark 2:5—12 ayəsində yazılmış möcüzədən nə öyrənirik? Bu əhvalat bizə xəstə olanda dözməyə necə kömək edə bilər?
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ
İsa şənbə günü xəstəni sağaldır
Nə üçün İsa Yəhudi din rəhbərlərinə görə bərk kədərlənmişdi? Özümüzə hansı sualları verərək İsa kimi mərhəmətli olub-olmadığımızı yoxlaya bilərik?
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ
İsa vəfat etmiş doğmalarımızı diriltməyə qadirdir
Müqəddəs Kitabda dirilməni təsvir edən əhvalatlar barədə düşünsək, gələcəkdə doğmalarımızın diriləcəyinə imanımız artacaq.
MƏSİHİ HƏYATI
Təlim vəsaitlərindən məharətlə istifadə edin
Yaxşı öyrətmək üçün təlim vəsaitlərindən məharətlə istifadə etməyi bacarmalıyıq. Əsas təlim vəsaitlərimiz hansılardır? Bu vəsaitlərdən istifadə etməkdə necə püxtələşə bilərik?