Nəyə görə Yəhudi din rəhbərlərinin əhval-ruhiyyəsi İsanı bərk kədərləndirmişdi? Çünki onlar saysız-hesabsız qadağalar qoyaraq Şənbə qanununu ağır yükə çevirmişdilər. Məsələn, həmin gün birə öldürmək qadağan idi. Yalnız ölümcül halda olan xəstəyə kömək etməyə icazə verilirdi. Bu o demək idi ki, sınığı, çıxığı Şənbə günü müalicə etmək olmazdı. Aydındır ki, əli qurumuş adam din xadimlərinin heç vecinə də deyildi.