Yehova vəfalı Allahdır
Bəzən Yehova sınağı aradan qaldırır, amma çox vaxt O, sınaqdan çıxış yolu göstərir, yəni bu sınağa dözə bilək deyə bizi lazım olan hər şeylə təmin edir.
-
Yehova Kəlamı, müqəddəs ruhu və təqdim etdiyi ruhani qida vasitəsilə bizə aydın düşünməyə kömək edə bilər, bizi ruhlandırıb təsəlli verə bilər (Mt 24:45; Yh 14:16, haş.; Rm 15:4).
-
Yehova müqəddəs ruhu vasitəsilə bizə bələdçilik edə bilər; ruh Müqəddəs Kitabdakı əhvalatları və prinsipləri yadımıza sala bilər, sonra isə kömək edə bilər ki, hansı addımı atmalı olduğumuzu anlayaq (Yh 14:26).
-
Allah bizə kömək etmək üçün mələklərindən istifadə edə bilər (İb 1:14).
-
Allah həmçinin bizə dindaşlarımız vasitəsilə kömək edə bilər (Kl 4:11).