Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

«Yad allahların bütlərini atın»

«Yad allahların bütlərini atın»

Yehova hələ bütpərəstliyi qadağan edən qanun verməmişdən öncə Yaqub başa düşürdü ki, Yehova tam sədaqətə layiqdir (Çx 20:3—5). Buna görə də Yehova Yaquba Beytelə qayıtmağı buyuranda o, ev əhlinə bütlərini atmağı tapşırdı. Sonra bütləri və ola bilsin, talisman kimi taxılan sırğaları basdırdı (Yr 35:1—4). Şübhəsiz ki, Yehova Yaqubun bu hərəkətindən razı qaldı.

Bəs biz Yehovaya tam sadiq olduğumuzu necə göstərə bilərik? İlk öncə, bütpərəstliklə, yaxud şər qüvvələrlə əlaqəsi olan şeylərdən uzaq durmalıyıq. Bura okkultizmlə əlaqəsi olan əşyaları atmaq və əyləncə seçiminə ciddi yanaşmaq daxildir. Özünüzdən soruşun: «Vampir, zombi, fövqəltəbii qüvvələrdən bəhs edən kitablara, yaxud filmlərə marağım var? Seçdiyim əyləncədə sehrbazlıq, cadugərlik və lənət zərərsiz bir şey kimi təqdim edilmir ki?» Biz Yehovanın nifrət etdiyi hər şeydən uzaq durmalıyıq (Zb 97:10).

«İBLİSƏ MÜQAVİMƏT GÖSTƏRİN» ADLI VİDEOYA BAXANDAN SONRA NÖVBƏTİ SUALLARA CAVAB VERİN:

  • Palesa adlı qadın hansı problemlə üzləşmişdi?

  • Şər ruhlarla bağlı məsələlərdə nəyə görə ağsaqqallardan kömək istəmək düzgün olardı?

  • İblisə müqavimət göstərin, Allaha yaxınlaşın (Yq 4:7, 8)

    Yehovanın müdafiəsində olmaq istəyən kəs nələri özündən tamamilə kənar etməlidir?

  • Palesa hansı qəti addımı atdı?

  • Yaşadığınız ərazidə şər ruhların təsirindən necə uzaq dura bilərsiniz?