Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Xidmətdə püxtələşək. Dərs keçdiyiniz insanlara həsr olunub vəftiz olmağa kömək edin

Xidmətdə püxtələşək. Dərs keçdiyiniz insanlara həsr olunub vəftiz olmağa kömək edin

NƏ ÜÇÜN VACİBDİR? Müqəddəs Kitabı öyrənənlər Yehova Allahın lütfünü qazanmaq üçün həyatlarını Ona həsr etməli və vəftiz olmalıdırlar (1Bt 3:21). Həsr olunmalarına uyğun yaşayanlar ruhani cəhətdən müdafiə olunurlar (Zb 91:1, 2). Biz özümüzü hansısa insana, işə və ya təşkilata yox, Yehova Allaha həsr edirik. Buna görə də Müqəddəs Kitabı öyrənən insan ürəyində Allaha məhəbbət və minnətdarlıq hissi inkişaf etdirməlidir (Rm 14:7, 8).

NECƏ ETMƏLİ?

  • Dərs keçərkən mövzunun Yehova haqda nə öyrətdiyini müzakirə edin. Müqəddəs Kitabı hər gün oxumağın və Yehovaya həmişə dua etməyin vacibliyini vurğulayın (1Sk 5:17; Yq 4:8).

  • Dərs keçdiyiniz insanı həsr olunub vəftiz olmağa təşviq edin. Bu məqsədə nail olması üçün ona kömək edin ki, qarşısına yığıncaqda şərh vermək, qonşusuna və ya iş yoldaşına şahidlik etmək kimi kiçik məqsədlər qoysun. Unutmayın ki, Yehova heç kimi Ona xidmət etməyə məcbur etmir. Həsr olunma hər kəsin şəxsi qərarıdır (Qn 30:19, 20).

  • Yehovanı razı salması və vəftizə layiq olması üçün dərs keçdiyiniz insanı lazımi dəyişikliklər etməyə təşviq edin (Ms 27:11). Bəzi xüsusiyyətlər və vərdişlər insanda dərin kök salır. Buna görə də dərs keçdiyiniz insana köhnə şəxsiyyəti əynindən çıxarıb yeni şəxsiyyətə bürünməsi üçün mütəmadi olaraq kömək etmək lazımdır (Ef 4:22—24). «Gözətçi qülləsi»nin «Müqəddəs Kitab həyatları dəyişir» adlı rubrikasındakı məqalələri onunla bölüşün.

  • Öyrətdiyiniz insana Yehova Allaha xidmətin sizə gətirdiyi sevinc haqda danışın (Əş 48:17, 18).