Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Sentyabr ayında xüsusi kampaniya

Sentyabr ayında xüsusi kampaniya

Bütün insanların təsəlliyə ehtiyacı var (Vz 4:1). Biz sentyabr ayı ərzində «Gözətçi qülləsi» jurnalının təsəlli mövzusu ilə bağlı sayını paylamaq üçün xüsusi səy göstərəcəyik. Bu jurnalı mümkün qədər çox adama verin. Amma biz istəyirik ki, insanlara üzbəüz danışaraq təsəlli verək. Buna görə də jurnalı evdə olmayan insanın qapısına qoymaq yaxşı olmazdı.

BUNU NECƏ ETMƏK OLAR?

«Bu gün hamının təsəlliyə ehtiyacı var. Bəs təsəllini haradan tapmaq olar? [2 Korinflilərə 1:3, 4 ayələrini oxu.] “Gözətçi qülləsi”nin bu sayında Allahın bizə necə təsəlli verdiyi haqda yazılıb».

Əgər söhbət etdiyiniz adam maraq göstərər və jurnalı götürərsə...

«MÜQƏDDƏS KİTABI ÖYRƏNMƏK NƏYƏ GÖRƏ VACİBDİR?» ADLI VİDEONU GÖSTƏR

Sonra Müqəddəs Kitab dərsi keçməyi təklif et.

TƏKRAR SÖHBƏT ÜÇÜN ZƏMİN YARAT

Gələn dəfə müzakirə etmək üçün açıq sual saxla. Məsələn, «Allah əzablara nə üçün yol verir?»