MƏSİHİ HƏYATI
Xidmətdə püxtələşək. JW.ORG saytından necə istifadə etməli?
NƏ ÜÇÜN VACİBDİR? Təlim vəsaitlərimizin hər birində jw.org saytına istinad olunur. Vizit kartın və «Həyati vacib suallara kim cavab verə bilər?» bukletinin əsas məqsədi insanları saytımıza yönəltməkdir. Siz jw.org saytı vasitəsilə təlim vəsaitlərini paylaya bilərsiniz. Bunun üçün ya həmin nəşrin özünü, ya da linkini elektron poçtla göndərmək olar. Bu üsul, xüsusilə də başqa dildə danışan adama şahidlik edərkən köməyinizə çata bilər. Bundan başqa kimsə elə sual verə bilər ki, sualın cavabı təlim vəsaitində yox, başqa nəşrdə olar. Əgər biz saytdan yaxşı istifadə edə biliriksə, xidmətdə daha effektiv olacağıq.
NECƏ ETMƏLİ?
-
«MÜQƏDDƏS KİTAB TƏLİMLƏRİ» bölməsindən istifadə edin. Tutalım ki, siz uşaqların tərbiyəsilə bağlı ətraflı məlumat əldə etmək istəyən valideynə təbliğ edirsiniz. O zaman MÜQƏDDƏS KİTAB TƏLİMLƏRİ > NİKAH VƏ AİLƏ bölməsinə daxil olun.
-
«NƏŞRLƏR» bölməsindən istifadə edin. Tutalım ki, məktəbdə şahidlik edirsiniz və sinif yoldaşınıza «Gənclərin 10 sualına cavab» broşürünü vermək istəyirsiniz. Bu zaman NƏŞRLƏR > KİTABLAR VƏ BROŞÜRLƏR bölməsinə daxil olun.
-
«HAQQIMIZDA» bölməsindən istifadə edin. Tutalım ki, bizim etiqadlarımız haqqında qısa məlumat almaq istəyən iş yoldaşınıza şahidlik edirsiniz. Bu zaman HAQQIMIZDA > TEZ-TEZ VERİLƏN SUALLAR bölməsinə daxil olun.
«JW.ORG SAYTINDAN NECƏ İSTİFADƏ ETMƏLİ?» ADLI VİDEOYA BAXDIQDAN SONRA NÖVBƏTİ VƏZİYYƏTLƏRDƏ SAYTIN HANSI BÖLMƏSİNƏ DAXİL OLACAĞINIZI DÜŞÜNÜN:
-
ateistlə söhbət edərkən
-
faciə ilə üzləşən adamla söhbət edərkən
-
qeyri-fəal bacı və ya qardaşla söhbət edərkən
-
fəaliyyətimizin necə maliyyələşdirildiyi ilə maraqlanan adamla təkrar söhbət etməyə hazırlaşarkən
-
başqa ölkədən olan və öz ölkəsində yığıncaq görüşünə getmək istəyən adama kömək etmək üçün