MƏSİHİ HƏYATI
Yehovanı sevənlərlə oturub-durun
Nəyə görə biz Yehovanı sevənlərlə oturub-durmalıyıq? Çünki ünsiyyət etdiyimiz adamlar bizə ya yaxşı, ya da pis təsir edir (Ms 13:20). Məsələn, Yuəs padşah nə qədər ki baş kahin Yəhyadayın nəsihəti ilə oturub-dururdu, «Yehovanın bəyəndiyi işləri görürdü» (2Sm 24:2). Yəhyadayın vəfatından sonra Yuəs pis insanlarla oturub-durduğuna görə Yehovadan uzaqlaşdı (2Sm 24:17—19).
Eramızın birinci əsrində həvari Bulus məsihi yığıncağını böyük evə, yığıncaq üzvlərini isə qablara bənzətmişdi. Biz istər ailə, istərsə də yığıncaq üzvü olsun, Yehovaya xoş getməyən işlərlə məşğul olan insanlarla yaxından ünsiyyət etməsək, «şərəfli məqsəd üçün istifadə edilən... qab» olaraq qalacağıq (2Tm 2:20, 21). Buna görə də gəlin Yehovanı sevən və bizi Ona xidmət etməyə təşviq edən insanlarla dostluq edək.
«PİS DOSTLUQDAN UZAQ DURMAĞI ÖYRƏNİN» ADLI VİDEOYA BAXANDAN SONRA NÖVBƏTİ SUALLARA CAVAB VERİN:
-
Pis dostluq hansı yollarla həyatımıza daxil ola bilər?
-
Videodakı üç məsihiyə pis dostlarla münasibəti kəsməyə nə kömək etdi?
-
Müqəddəs Kitabdakı hansı prinsiplər sizə düzgün dostlar seçməyə kömək edə bilər?